Şuşa şəhər 2 nömrəli tam orta məktəb

Şuşa şəhər 2 nömrəli tam orta məktəb Şuşa şəhər 2 nömrəli tam orta məktəb

05/08/2024

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.

Nazirlər Kabineti COP29 dövründə təhsil müəssisələrində fəaliyyətin təşkilinə dair qərar qəbul edib.   Ətraflı: https://...
01/08/2024

Nazirlər Kabineti COP29 dövründə təhsil müəssisələrində fəaliyyətin təşkilinə dair qərar qəbul edib.



Ətraflı: https://bit.ly/3WrAOow

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Ana dilimizi sevək və saflığını qoruyaq!
01/08/2024

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Ana dilimizi sevək və saflığını qoruyaq!

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun ...
26/06/2024

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, şərəfli xidmətlərində uğurlar arzulayırıq! 🇦🇿

54 balMəktəbimizin  riyaziyyat müəllimi Aynur Qurbanova sertifikasiya prosesində 54 bal toplayaraq yüksək nəticə göstəri...
21/06/2024

54 bal

Məktəbimizin riyaziyyat müəllimi Aynur Qurbanova sertifikasiya prosesində 54 bal toplayaraq yüksək nəticə göstərib.

Təbrik edirik.

Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik.
16/06/2024

Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik.

Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edir, müstəqilliyimizin ...
15/06/2024

Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edir, müstəqilliyimizin əbədi olmasını arzulayırıq.

27/05/2024

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

İyunun 3-ü saat 17:00-da 2023-2024-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Eyni zamanda bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün elan edilmiş müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da yekunlaşacaq.

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu məqsədilə elan edilən mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.

Növbəti tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinin aktivləşəcəyi tarix barədə öncədən ictimaiyyətə məlumat veriləcək.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərimizdəndir.

15/05/2024

Möhtəşəm beynəlxalq uşaq yaradıcılıq festivalına sayılı günlər qaldı🥳

Mədəniyyət beşiyi, zəngin incəsənət irsi olan Şuşa növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. 🇦🇿

Türk dövlətlərinin istedadlı gəncləri Şuşada bir araya gələcək, türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər. 🏵️

Birliyimiz əbədi olsun!💫

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin biologiya müəllimi Yeganə Abdullayevanın təşkilatçılığı ilə yux...
13/05/2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin biologiya müəllimi Yeganə Abdullayevanın təşkilatçılığı ilə yuxarı sınıf şagirdləri həyətyanı sahədə abadlıq isləri aparıb və otaq bitkilərinə qulluq ediblər.

Bu gün ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev təhsilin cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək...
10/05/2024

Bu gün ümummilli lider Heydər Əliyevin doğum günüdür.

Heydər Əliyev təhsilin cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.

Address

Naxçivani 38, 276 №/li Məktəbin Binası
Baku
AZ1110

Alerts

Be the first to know and let us send you an email when Şuşa şəhər 2 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şuşa şəhər 2 nömrəli tam orta məktəb:

Shortcuts

Share