Cəbrayıl rayon 25 nömrəli tam orta məktəb

Cəbrayıl rayon 25 nömrəli tam orta məktəb Cəbrayıl rayonu 25 nömrəli tam orta ümumtəhsil məktəbi. Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşir.

Məktəbimizdə VI sinif şagirdləri arasında BSQ  keçirildi. BSQ-lərin əsas məqsədi şagirdlərin tədris ili ərzində əldə etd...
23/01/2026

Məktəbimizdə VI sinif şagirdləri arasında BSQ keçirildi. BSQ-lərin əsas məqsədi şagirdlərin tədris ili ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi, onların inkişaf dinamikasının izlənilməsi və mövcud boşluqların vaxtında müəyyən olunmasıdır.

İmtahan çərçivəsində şagirdlərin ana dili və riyaziyyat fənləri üzrə mövzu mənimsəmə səviyyələri yoxlanıldı. Nəticələr müəllimlərə şagirdlərin bilik göstəricilərini daha dəqiq təhlil etməyə, tədrisdə fərdi yanaşmalar tətbiq etməyə və növbəti mərhələlərdə tədris prosesinin keyfiyyətini artırmağa imkan verəcək.

Keçirilən BSQ-lər həm müəllimlər, həm də şagirdlər üçün tədris prosesinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.



"Oxu dəqiqələri" çərçivəsində məktəbimizdə monitorinqlər keçirilib. Oxu materialı: Maqsud İbrahimbəyov "Uşaqlığın son ge...
22/01/2026

"Oxu dəqiqələri" çərçivəsində məktəbimizdə monitorinqlər keçirilib. Oxu materialı: Maqsud İbrahimbəyov "Uşaqlığın son gecəsi" kitabı



"Oxu dəqiqələri" çərçivəsində məktəbimizdə monitorinqlər keçirilib.Oxu materialı: Astrid Lindqrenin  "Damda yaşayan Karl...
22/01/2026

"Oxu dəqiqələri" çərçivəsində məktəbimizdə monitorinqlər keçirilib.
Oxu materialı: Astrid Lindqrenin "Damda yaşayan Karlson" kitabı



Məktəbimizdə IV sinif şagirdləri arasında BSQ  keçirildi. BSQ-lərin əsas məqsədi şagirdlərin tədris ili ərzində əldə etd...
22/01/2026

Məktəbimizdə IV sinif şagirdləri arasında BSQ keçirildi. BSQ-lərin əsas məqsədi şagirdlərin tədris ili ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi, onların inkişaf dinamikasının izlənilməsi və mövcud boşluqların vaxtında müəyyən olunmasıdır.

İmtahan çərçivəsində şagirdlərin ana dili və riyaziyyat fənləri üzrə mövzu mənimsəmə səviyyələri yoxlanıldı. Nəticələr müəllimlərə şagirdlərin bilik göstəricilərini daha dəqiq təhlil etməyə, tədrisdə fərdi yanaşmalar tətbiq etməyə və növbəti mərhələlərdə tədris prosesinin keyfiyyətini artırmağa imkan verəcək.

Keçirilən BSQ-lər həm müəllimlər, həm də şagirdlər üçün tədris prosesinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.



19.01.2026-cı il tarixində məktəbimizdə müxtəlif siniflərdə 20 Yanvar faciəsi və şəhidləri xatırlandı, onların mübarizli...
19/01/2026

19.01.2026-cı il tarixində məktəbimizdə müxtəlif siniflərdə 20 Yanvar faciəsi və şəhidləri xatırlandı, onların mübarizliyi haqqında şagirdlərlə geniş söhbətlər aparıldı. Şagirdlərimizin ifasında isə şeirlər səsləndirildi.

Allah bütün şəhidlərə rəhmət eləsin!



30/12/2025
Məktəbimizin X sinif şagirdi Babayev Elton Alim oğlu Bakı Biznes Universitetində keçirilən Olympiad U.S.A - beynəlxalq i...
19/12/2025

Məktəbimizin X sinif şagirdi Babayev Elton Alim oğlu Bakı Biznes Universitetində keçirilən Olympiad U.S.A - beynəlxalq ingilis dili olimpiadasında yüksək nəticə göstərərək beynəlxalq dərəcəli sertifikata və qızıl medala layiq görülüb. Təbrik edirik və uğurlarının davamlı olmasını diləyirik.



Cəbrayıl rayon 25 nömrəli tam orta ümumtəhsil məktəbində IX siniflər üçün monitorinqlər keçirilib.Monitorinqlərin məqsəd...
04/12/2025

Cəbrayıl rayon 25 nömrəli tam orta ümumtəhsil məktəbində IX siniflər üçün monitorinqlər keçirilib.

Monitorinqlərin məqsədi tədris prosesinin keyfiyyətini izləmək, şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməkdir.


Cəbrayıl rayonu 25 nömrəli tam orta ümumtəhsil məktəbinin IV və VI siniflərində monitorinq keçirilib.
03/12/2025

Cəbrayıl rayonu 25 nömrəli tam orta ümumtəhsil məktəbinin IV və VI siniflərində monitorinq keçirilib.



02/12/2025
Məktəbimizdə “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici söhbətlər aparılıb.Tədbirin əsas məqsədi şagirdlər ara...
01/12/2025

Məktəbimizdə “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici söhbətlər aparılıb.
Tədbirin əsas məqsədi şagirdlər arasında erkən nikahın sosial, psixoloji və hüquqi nəticələri barədə məlumatlılığı artırmaq, bu sahədə düzgün düşüncə formalaşdırmaq və risk amillərini vaxtında müəyyən etmək olmuşdur.
İclasında:
• Erkən nikahın uşaqların psixoloji inkişafına mənfi təsirləri,
• Təhsildən yayınma və sosial adaptasiya problemləri,
• Azərbaycan Respublikasının qanunvericiliyində nikah yaşı və məsuliyyət məsələləri,
• Valideyn və cəmiyyətin rolu kimi mövzular geniş şəkildə izah edilmişdir.
Tədbir zamanı şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılmış, mövzu üzrə maarifləndirici video və təqdimat nümayiş etdirilmişdir. Sonda şagirdlərə erkən nikahın qarşısının alınması üçün tövsiyələr verilmiş, mövzunun əhəmiyyəti bir daha vurğulanmışdır.

`

Address

Baku

Telephone

(012) 450 54 02

Website

Alerts

Be the first to know and let us send you an email when Cəbrayıl rayon 25 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cəbrayıl rayon 25 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category