ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi

ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi

Share

Faculty of Music, Fine art, Physical education and Pre-conscription training

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 23/05/2026

İncəsənət və fiziki tərbiyə fakültəsinin “Musiqi müəllimliyi” ixtisasının tələbələri beynəlxalq müsabiqələrdə uğurla çıxış edərək yüksək nailiyyətlər əldə etmişlər.
Belə ki, tələbələrimiz “Digi Talenty Winter 2026” beynəlxalq onlayn müsabiqəsində müxtəlif nominasiyalar üzrə I yerə layiq görülmüş, həmçinin iştirakçıların hazırlanmasında göstərdiyi əməyi və peşəkar fəaliyyəti ilə seçilən kafedranin baş müəllimi Aslanova Gülarə Çingiz qızı xüsusi təşəkkürnamə ilə təltif olunmuşdur.
Bununla yanaşı, “Astana Stars International – Euro Stars” beynəlxalq incəsənət müsabiqəsində tələbələrimiz “Grand-Prix” mükafatına layiq görülərək fakültəmizi beynəlxalq arenada uğurla təmsil etmişlər.
Qazanılan bu uğurlar tələbələrimizin istedadının, müəllimlərimizin peşəkarlığının və fakültədə təşkil olunan keyfiyyətli tədris prosesinin bariz nümunəsidir. İnanırıq ki, gələcəkdə də tələbələrimiz yeni nailiyyətlər qazanaraq universitetimizi beynəlxalq səviyyədə layiqincə təmsil edəcəklər.

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 16/05/2026

15 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və Fiziki Tərbiyə fakültəsinin “Təsviri incəsənət müəllimliyi” ixtisası tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Tədbir fakültədə yüksək təşkilatçılıq şəraitində baş tutmuş və tələbələrin yaradıcılıq qabiliyyətlərinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır.
Müsabiqədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov iştirak etmişdir. O, çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, elm, təhsil və mədəniyyət sahələrinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, gənclərin bu irsi dərindən öyrənməsinin vacibliyini vurğulamışdır.
Daha sonra fakültənin dekanı, sosialogiya üzrə fəlsəfə doktoru Anar Fərmayılov çıxış edərək belə müsabiqələrin tələbələrin estetik zövqünün formalaşmasında, yaradıcılıq potensialının üzə çıxarılmasında və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsində mühüm rol oynadığını qeyd etmişdir. O, iştirakçı tələbələrə uğurlar arzulamış və bu cür tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini xüsusi olaraq bildirmişdir.
Müsabiqə zamanı tələbələrin təqdim etdikləri rəsm əsərləri münsiflər heyəti tərəfindən diqqətlə qiymətləndirilmişdir.
Tədbirin sonunda qaliblər münsiflər heyətinin qərarı ilə I, II və III yerlər üzrə müəyyən edilmiş, onlara diplom və təşəkkürnamələr təqdim olunmuşdur. Müsabiqə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və fakültənin ictimai-mədəni həyatında yaddaqalan tədbirlərdən biri kimi yadda qalmışdır.

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 16/05/2026

15 may 2026-cı il tarixində İncəsənət və Fiziki Tərbiyə fakültəsinin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının baş müəllimi Rəfiqə Kərimovanın “Qəmbər Hüseynli – bir mahnı ilə şöhrət qazanan bəstəkar” mövzusunda elmi seminarı keçirilmişdir. Seminar Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan bəstəkar Qəmbər Hüseynlinin həyat və yaradıcılığına həsr olunmuşdur.
Seminarda “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının müdiri dosent Laçın Həsənova və kafedranın əməkdaşları iştirak etmişdirlər. Çıxış zamanı bəstəkarın musiqi irsi, yaradıcılıq yolu, Azərbaycan mahnı janrının inkişafındakı rolu və xüsusilə onu geniş kütlələrə tanıdan məşhur əsərləri haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Qəmbər Hüseynli öz zəngin melodik dili, milli musiqi üslubuna bağlılığı və dərin emosional təsir gücü ilə Azərbaycan bəstəkarlıq məktəbində özünəməxsus yer tutmuşdur.
Seminar iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, mövzu böyük maraqla qarşılanmışdır. Təqdim olunan elmi faktlar, tarixi məlumatlar və tələbələrin ifasında səslənən musiqi nümunələri dinləyicilərin xüsusi marağına səbəb olmuşdur. Eyni zamanda seminar interaktiv mühitdə keçmiş, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparmış, suallar ünvanlamış və geniş müzakirələr aparılmışdır.
Belə elmi seminarların təşkili tələbə və müəllim heyətinin musiqi irsinə daha dərindən yanaşmasına, milli bəstəkarlıq məktəbinin görkəmli simalarının yaradıcılığını daha yaxından öyrənməsinə və gələcək pedaqoji fəaliyyətlərdə bu biliklərdən səmərəli istifadə etməsinə mühüm töhfə verir.

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 16/05/2026

14 may 2026-cı il tarixində Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “Gələcəyin müəllimi” müsabiqəsinin möhtəşəm bağlanış və mükafatlandırma mərasimi yüksək səviyyədə keçirilmişdir. Tədbir elm, sənət və pedaqogikanın vəhdətini əks etdirən xüsusi bir atmosferdə baş tutmuş, iştirakçılar və qonaqlar üçün unudulmaz anlarla yadda qalmışdır.
Mərasimin açılışında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış edərək müsabiqə iştirakçılarını, professor-müəllim heyətini və təşkilatçıları səmimi-qəlbdən təbrik etmiş, bu cür müsabiqələrin gənc müəllimlərin peşəkar inkişafında, yaradıcılıq potensialının üzə çıxarılmasında və gələcəyin pedaqoqlarının formalaşmasında mühüm rol oynadığını vurğulamışlar. Daha sonra qaliblərə diplom və mükafatlar təqdim edilmişdir.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən bəhs etmiş, mükafatlandırma mərasimində iştirak etmişlər.
Daha sonra müsabiqənin münsiflər heyəti səhnəyə dəvət olunmuş, onların pedaqoji fəaliyyətə və müsabiqənin uğurla təşkilinə verdikləri töhfələr yüksək qiymətləndirilərək fəxri fərmanlarla təltif olunmuşlar.
Mükafatlandırma mərasimindən sonra müsabiqə iştirakçılarının ifasında zəngin və rəngarəng konsert proqramı təqdim edilmişdir. Gənc istedadların səhnə performansları tədbirə xüsusi ruh qatmış, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
“Gələcəyin müəllimi” müsabiqəsi bir daha sübut etdi ki, gələcəyin savadlı, yaradıcı və peşəkar müəllimləri bu gün formalaşır. Bu cür layihələr gənclərin həm elmi, həm də bədii potensialının inkişafına geniş imkanlar yaradır.
Bütün qalibləri və iştirakçıları ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər, uğurlar və parlaq bir pedaqoji yol arzulayırıq!

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 10/05/2026

“Gələcəyin müəllimi” musiqi müsabiqəsi artıq ənənəvi olaraq keçirilən musiqi müsabiqələrindən biridir. Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qarabağ Universiteti və Azərbaycan Milli Konservatoriyasının istedadlı tələbələri iştirak edirlər. Bu il də müsabiqənin təntənəli açılış mərasimi yüksək səviyyədə baş tutmuşdur. Açılışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru prof. Asəf Zamanov iştirak edərək müsabiqə professor- müəllim heyətini salamlamış, müsabiqə iştirakçılarına uğurlar arzulamış və belə nüfuzlu müsabiqələrin gənclərin bacarıqlarını sərgiləmələri baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulamışdır. Gənc ifaçılar müxtəlif nominasiyalar üzrə öz bacarıqlarını nümayiş etdirmiş, peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Müsabiqənin nəticələri artıq bəllidir və qaliblərin siyahısı müəyyənləşdirilmişdir. 14 may tarixində qaliblərin və mükafatçıların təltif olunacağı möhtəşəm bağlanış mərasimi və qala gecəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti-nim əsas korpusunun Böyük Akt Zalında keçiriləcəkdir. Müsabiqə gənc musiqiçilərin yaradıcılıq potensialının üzə çıxarılması, onların sənət yolunda daha da irəliləməsi və gələcəyin uğurlu müəllim və ifaçıları kimi formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

“Gələcəyin müəllimi” adlı III Musiqi Müsabiqəsinin qalibləri aşağıdakı siyahıda göstərilmişdir:

🎹 Fortepiano nominasiyası

🥇 I yer
Zəhra Aslanova — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Müəllim: Humay Mansurova

🥈 II yer
Nərmin Zəkizadə — Azərbaycan Dövlət Pedaqoji Universiteti
Müəllim: Zemfira Abdullayeva

🥉 III yer
Mədinə Əliyeva — Qərb Universiteti
Müəllim: Nərmin Rzayeva

🎼 Duet nominasiyası
Azərbaycan Dövlət Pedaqoji Universiteti

🥈 II yer
Röya Bəşirova
Aysun Həsənzadə
Müəllimlər: İradə Əhmədova, Lalə İsgəndərova

🥉 III yer
Günay Yusifova
Fatimə Mərəzadə
Müəllimlər: Lalə İsgəndərova, Abutidze Nelli Nikolayevna

🎻 Digər alətlər nominasiyası

🥇 I yer
Aqif Vəliyev — Qarmon
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Müəllim: Adil Vəliyev

🥇 I yer
Vüsal Mahmudov — Skripka
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Müəllim: Zəhra Qarayeva

🎼 Ən yaxşı Azərbaycan və Türk bəstəkarlarının əsərlərinin ifaçıları

1. Zəhra Aslanova — ADMİU
Azərbaycan bəstəsi: “Qızıl gül”
İşləyəni: A. Yusifova
2. Nərmin Zəkizadə — ADPU
Azərbaycan bəstəsi: “Qıtqılıda”
İşləyəni: A. Dadaşov
3. Mədinə Əliyeva — Qərb Universiteti
Türk bəstəsi: “U razvalin Bibixanım”
İşləyəni: D. Amanullayeva
4. Leyla Mirzəcanova — Qərb Universiteti
Türk bəstəsi: “Dutarın səsi”
İşləyəni: N. Halməmmədov
5. Türkanə Ağamalıyeva — ADMİU
Azərbaycan bəstəsi: “Girdim yarın bağçasına”
İşləyəni: L. Əhmədova
6. Gülnar Hüseynova — ADPU
Azərbaycan bəstəsi: “Dilican”
İşləyəni: X. Zeynalova
7. Səidə Kərimova — ADMİU
Azərbaycan bəstəsi: “Çay dərəsi”
İşləyəni: M. Əhmədova
8. Aqif Vəliyev — ADPU
Türk bəstəsi: “Fantaziya”
İşləyəni: D. Navosi
İşləyəni: H. Rəhimov
9. Vüsal Mahmudov — ADMİU
Azərbaycan bəstəsi: “Aman ovçu”
İşləyəni: X. Əhmədli Cəfər

Bütün qalibləri və iştirakçıları ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

10/05/2026

Bu gün müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 103 il ötür. Ulu Öndərin həmişəyaşar xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 08/05/2026

08 may 2026-cı il tarixində İncəsənət və fiziki tərbiyə fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş şahmat turnirinin final mərhələsi keçirilmişdir. Turnirdə tələbələr böyük maraq və fəallıqla iştirak etmiş, intellektual bacarıqlarını və strateji düşünmə qabiliyyətlərini nümayiş etdirmişlər. Yarışın əsas məqsədi gənclər arasında şahmat idman növünə marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və Ümummilli Liderin zəngin irsinin yad edilməsidir. Final mərhələsi gərgin və maraqlı mübarizə şəraitində keçmiş, qaliblər müəyyən edilmişdir. Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmış və yadda qalan anlarla zəngin olmuşdur.

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 08/05/2026

8 may 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və Fiziki Tərbiyə fakültəsinin dəstəyi və təşkilatçılığı ilə Tələbə Gənclər Təşkilatı tərəfindən “Səhər İdmanı” tədbiri uğurla həyata keçirilmişdir. Tədbirin əsas məqsədi tələbə gənclər араsında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması və idmana marağın gücləndirilməsi olmuşdur. Səhər idmanı proqramı iştirakçılar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanmış, tələbələrin fəallığı tədbirə xüsusi rəng qatmışdır.

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 05/05/2026

"Fiziki Tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisasının II kurs tələbəsi Məhəmməd Şixəmməd oğlu Baxışov

ADPU-nun Tələbə Gənclər Təşkilatında "İncəsənət və Fiziki tərbiyə fakültəsi" üzrə sədr olaraq çalışır. Universitet daxili tədbirlərin ərsəyə gətirilməsində fəal iştirak edib və təşəbbüskar fikirlər irəli sürüb. Tələbələrin universitet daxli asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbirlərin ərsəyə gəlməsində yaxından iştirak edir. Könüllü fəaliyyət çərçivəsində bir çox beynəlxalq və yerli tədbirdə iştirak edərək Azərbaycan qonaqpərvərliyini və mədəniyyətini təbliğ edir. 2024-cü ildən Azərbaycan Atletika Federasiyasının Hakimlər kollegiyasının üzvüdür. Atletika idman növünün həvəskarıdır. Heydər Əliyev fondu tərəfindən "Küləyə qalib gəl" şüarı altında keçirilən 2026 Bakı Marafonunda iştirak edərək 25,000 iştirakçıdan biri olub. O, Tam Marafon distansiyasını ( 42km 195m ) finiş edərək 710-cu yerdə qərarlaşıb.

Photos from ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi's post 05/05/2026

04 may 2026-cı il tarixində İncəsənət və fiziki tərbiyə fakültəsinin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının müəllimi Afət Məmmədovanın “Musiqi terapiyası: Musiqinin müalicəvi əhəmiyyəti” mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda musiqinin insan psixologiyasına və sağlamlığına təsiri, beynin musiqiyə reaksiyası, stressin azaldılması və emosional tarazlığın bərpasında rolu geniş şəkildə izah olunmuşdur. Həmçinin musiqi terapiyasının insult, Parkinson, Alzheimer və autizm kimi hallarda tətbiqi, eləcə də muğamın müalicəvi potensialı və U-SİN nəzəriyyəsi əsasında aparılan araşdırmalar haqqında maraqlı məlumatlar təqdim edilmişdir.
Seminarda “Musiqi və onun tədrisi texnologoya” kafedrasının müdiri dos Laçın Həsənova və kafedranın əməkdaşları iştirak etmişdirlər.
İştirakçılar tərəfindən seminar yüksək qiymətləndirilmiş, mövzu böyük maraqla qarşılanmışdır. Çıxış zamanı verilən elmi faktlar və praktik nümunələr dinləyicilərin xüsusi marağına səbəb olmuşdur. Seminar interaktiv mühitdə keçmiş, müzakirələr və sual-cavab hissəsi ilə daha da zənginləşmişdir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Nasibbey Yusifbayli 60
Baku