Akademik Zərifə Əliyeva adına lisey

Akademik Zərifə Əliyeva adına lisey

Share

Liseyimizin qapıları oxumaq və keyfiyyətli təhsil almaq istəyən hər bir kəs üçün açıqdır

Zərifə xanımın adını əbədiləşdirən lisey 2008-ci ildən fəaliyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gəlişi - 2008-ci il aprelin 28-də akademik Z.Əliyeva adına liseyin açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin açılışında şəxsən iştirak etmiş, məktəbin interyeri ilə tanış olmuş, sinif otaqlarını, fənn kabinetlərini gəzmiş,öz dəyərli tövsiyələrini vermişdir.

22/05/2026

Dövlət İmtahan Mərkəzinin 15 mart 2026-cı il tarixində XI sinif şagirdləri üçün təşkil etdiyi buraxılış imtahanında 290 və yuxarı bal toplayan şagirdlərimizi təqdim edirik!

Bütün şagirdlərimizi ürəkdən təbrik edir, hər zaman yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.

15/05/2026

📣Diqqət, diqqət!

✅Cari 8-ci sinif şagirdləri üçün sonuncu sınaq imtahanı 6 iyun tarixində keçiriləcək.

🎯İmtahanda iştirak üçün həftəiçi 10:00-14:00 aralıqda liseyimizə yaxınlaşaraq (Şagirdin UTİS kodunu təqdim etməklə) bilet əldə edə bilərsiniz.

✅Sınaq Azərbaycan və rus bölmələri üzrə Akademik Zərifə Əliyeva adına liseyin binasında təşkil ediləcək.

Photos from Akademik Zərifə Əliyeva adına lisey's post 15/05/2026

Avropanın ən böyük kosmos və aviasiya təlim mərkəzlərindən biri olan “Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzi”ndə (GUHEM) məktəblilər üçün genişmiqyaslı elmi təcrübələr keçirilib. Proqram çərçivəsində külək tuneli və aerodinamika, reaktiv mühərriklərin iş prinsipləri, Cessna 172 uçuş sessiyası, Ayda gəzinti simulyatoru və mikroskop altında ekstremofillərin müşahidəsi kimi sessiyalar təşkil olunub.

15/05/2026

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

2.Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

3. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.

(Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur.)

Ətraflı: https://shorturl.at/1zaGl

Photos from Akademik Zərifə Əliyeva adına lisey's post 15/05/2026

✅ Liseyimizin 9,10,11-ci sinif şagirdləri üçün Blok imtahanına hazırlıq məqsədilə 4-cü sınaq imtahanı keçirilib.

📌 Qeyd edək ki, imtahanlar yoxlandıqdan sonra nəticələr saytımızda yerləşdirilir.

Photos from Akademik Zərifə Əliyeva adına lisey's post 15/05/2026

Liseyimizdə “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir. Bu çərçivədə liseyin təsviri incəsənət müəllimi Fidan Nurəliyevanın rəhbərliyi ilə “Rənglərlə Qurulan Şəhər” adlı rəsm müsabiqəsi keçirilmişdir.

Müsabiqədə iştirak edən şagirdlər öz yaradıcılıq bacarıqlarını nümayiş etdirərək bir-birindən maraqlı və fərqli rəsm əsərləri təqdim etmişlər. Şagirdlərin vatman və kətan üzərində hazırladıqları işlər memarlıq, şəhərsalma və gələcəyin şəhərləri mövzusunu əks etdirmişdir.

Tədbirin sonunda təqdim etdikləri yaradıcı işlərlə fərqlənən şagirdlər təşəkkürnamələrlə təltif olunmuşlar.

Photos from Akademik Zərifə Əliyeva adına lisey's post 15/05/2026

Bu gün liseyimizdə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş tədbir keçirilmişdir. Coğrafiya müəllimi Gülçöhrə Əsədovanın təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif siniflərdən olan şagirdlər maraqlı təqdimatlarla çıxış etmişlər.

Şagirdlər şəhərsalma və memarlığın inkişafı, müasir şəhər quruculuğu prinsipləri haqqında məlumat vermiş, Azərbaycanın və xüsusilə Bakı şəhərinin memarlıq abidələri və möhtəşəm tikililəri barədə təqdimatlar etmişlər. Tədbir zamanı milli memarlıq nümunələrinin əhəmiyyəti vurğulanmış, şəhərsalmanın ölkələrin inkişafındakı rolu haqqında fikir mübadiləsi aparılmışdır.

Sonda liseyin direktoru çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, şagirdlərə və müəllimlərə fəal iştiraklarına görə təşəkkürünü bildirmişdir. Maarifləndirici və maraqlı keçən tədbir şagirdlərin memarlıq və şəhərsalma sahəsinə marağının artırılmasına, onların dünyagörüşünün genişlənməsinə töhfə vermişdir.

10/05/2026

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür.

Dərin hörmət və ehtiramla anırıq.

08/05/2026

Möhtəşəm uğurumuzu sizinlə bölüşməkdən qürur duyuruq!

12 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən IX sinif buraxılış imtahanında şagirdlərimiz böyük bir nailiyyətə imza atıblar.

Onlardan 3-ü bütün sualları düzgün cavablandıraraq maksimum nəticə göstərib! 🏆

Bu uğurda əməyi olan şagirdlərimizi, onların valideynlərini və fədakar müəllimlərimizi ürəkdən təbrik edirik.

̧imtahanı

Photos from Akademik Zərifə Əliyeva adına lisey's post 08/05/2026

Liseyimizdə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanın yenilənən siması” adlı tədbir keçirildi.

Tədbirin adında da göründüyü kimi Ulu Öndərin sayəsində Azərbaycan daim inkişaf edib, yenilənib. “Şəhərsalma və Memarlıq İli”-də təşkil olunmuş bu tədbirdə Ulu Öndərin Azərbaycanın inkişafı, xüsusilə şəhərsalma və abadlıq sahəsində həyata keçirdiyi mühüm işlərdən bəhs olundu.

Çıxışlarda qeyd edildiyi kimi Heydər Əliyevin rəhbərliyi dövründə Bakı şəhərinin siması dəyişmiş, yeni yaşayış massivləri, parklar, yollar və mühüm memarlıq obyektləri inşa olunmuşdur. Milli memarlıq ənənələrinin qorunması, şəhərlərin müasir infrastruktura qovuşması və abadlıq işlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin ölkənin inkişafında mühüm rolu vurğulanmı.

Şagirdlər təqdimatlarla çıxış edərək, Ulu Öndərin zəngin dövlətçilik irsindən və Azərbaycan şəhərlərinin inkişafına verdiyi töhfələrdən danışdılar. Sonda liseyin direktoru F.İsayeva çıxış edərək tədbirin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına və milli irsə bağlılığının gücləndirilməsinə xidmət etdiyini vurğuladı.

Photos from Akademik Zərifə Əliyeva adına lisey's post 08/05/2026

UNEC-in ISE fakültəsinin müəllim və tələbələri liseydə şagirdlərlə görüş keçirdilər. Görüşün məqsədi şagirdlərin ali təhsil və gələcək ixtisas seçimləri barədə maarifləndirilmə idi.

Tədbir zamanı Logistika ixtisasının rəhbəri Fədai Əfəndiyev 9–10-cu sinif şagirdlərinə fakültənin fəaliyyəti, tədris imkanları və Logistika Klubunun fəaliyyəti haqqında ətraflı məlumat verdi. Şagirdlər logistika sahəsinin perspektivləri və gələcək karyera imkanları ilə yaxından tanış oldular.

Daha sonra universitet tələbələri öz təcrübələrini şagirdlərlə bölüşərək onları maraqlandıran sualları cavablandırıblar. Tələbələr arasında liseyimizin 2023-cü il məzunu Nəzrin Babayeva da var idi. Görüş səmimi və interaktiv mühitdə keçərək şagirdlərdə böyük maraq yaratdı.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Hüseyn Cavid Prospekti, 577-ci Məhəllə
Baku
AZ1143

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00