05/12/2018
Azərbaycan Respublikası Gənclər Fondunun ( ) maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının İttifaqının ( ) təşkilatçılığı ilə "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start verilir. Beynəlxalq münasibətlərə, siyasi sistemə və BMT-in fəaliyyətinə xüsusi marağı olan gənclər üçün BMT kimi universal bir təşkilatın nümayəndələri ilə görüşmək şansı qazandırılır. ATGTİ tələbə-gəncləri universal təşkilat olan Birləşmiş Millətlər Təşkilatı üzrə gənc mütəxəssis olmağa dəvət edir.
Ətraflı məlumat: https://www.atgti.az/post/42