Nəsimi rayonu 159 nömrəli tam orta məktəb

Nəsimi rayonu 159 nömrəli tam orta məktəb Ümumtəhsil məktəbi

19/06/2026
Məktəbimizdə Son Zəng tədbiri böyük sevinc və duyğulu anlarla qeyd olundu. İllərin xatirəsini özündə daşıyan bu əlamətda...
15/06/2026

Məktəbimizdə Son Zəng tədbiri böyük sevinc və duyğulu anlarla qeyd olundu. İllərin xatirəsini özündə daşıyan bu əlamətdar gündə məzunlarımız müəllimləri, valideynləri və məktəb yoldaşları ilə bir araya gələrək unudulmaz anlar yaşadılar. Sevinclə kədərin bir-birinə qarışdığı bu gün hər kəsin yaddaşında xoş xatirə kimi qalacaq. Məzunlarımıza gələcək həyatlarında uğurlar və yeni nailiyyətlər arzulayırıq! 🎓

Məktəbimizdə 3 a sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş maraqlı tədbir keçirildi. ...
10/06/2026

Məktəbimizdə 3 a sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş maraqlı tədbir keçirildi. Tədbir zamanı şagirdlər xalçaçılıq sənəti ilə bağlı viktorinalarda iştirak etmiş, hazırladıqları əl işlərini nümayiş etdirmiş, rəngləmə fəaliyyətləri həyata keçirmiş, şeirlər söyləmiş və mahnılar ifa etmişlər. Milli-mədəni irsimizin təbliği məqsədi daşıyan tədbir hər kəs tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Şagirdlərimizə və tədbirin təşkilində əməyi olan müəllimlərimizə təşəkkür edir, onlara yeni uğurlar arzulayırıq.

Məktəbimizdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin artırılması məqsədi...
10/06/2026

Məktəbimizdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin artırılması məqsədilə Böyük Summativ Qiymətləndirmələr (BSQ) keçirilir. Şagirdlər imtahanlarda müxtəlif fənlər üzrə əldə etdikləri bilikləri nümayiş etdirir, nəticələr isə onların təlim nailiyyətlərinin müəyyənləşdirilməsinə xidmət edir. BSQ-lərin şəffaf və obyektiv şəkildə təşkili tədris prosesinin daha səmərəli qurulmasına töhfə verir.

Məktəb üzrə yaşıl kart alan şagirdlərimiz nümunəvi davranışları, dərsdə fəallıqları və əldə etdikləri uğurlara görə təri...
10/06/2026

Məktəb üzrə yaşıl kart alan şagirdlərimiz nümunəvi davranışları, dərsdə fəallıqları və əldə etdikləri uğurlara görə tərifnamə ilə təltif olunmuşlar. Təltifetmə mərasimində şagirdlərimizin nailiyyətləri yüksək qiymətləndirilmiş, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulanmışdır. Bu təşəbbüs şagirdlərin motivasiyasının artırılmasına və müsbət davranışların təşviq edilməsinə xidmət edir.

Şagirdlərin fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və idman mühitinin gücləndirilməsi məqsədilə m...
03/06/2026

Şagirdlərin fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və idman mühitinin gücləndirilməsi məqsədilə məktəbdə "Ayın idman növü" adlı təşəbbüs keçirilir. Bu gün məktəbin şagirdləri arasında velosiped müsabiqəsi təşkil edilmişdir.



Məktəbin 2c sinif şagirdi Hacızadə Ziya Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə taekvondo üzrə keçirdiyi turnir...
02/06/2026

Məktəbin 2c sinif şagirdi Hacızadə Ziya Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə taekvondo üzrə keçirdiyi turnirdə I yer tutaraq Diplom və medalla təltif edilmişdir.
Şagirdimizə uğurlar arzu edirik.

Məktəbin 7c sinif şagirdi Nəzürmətov Yusif  28 May-Respublika Gününə həsr olunmuş 2014-2015-ci il təvəllüdlü məktəblilər...
02/06/2026

Məktəbin 7c sinif şagirdi Nəzürmətov Yusif 28 May-Respublika Gününə həsr olunmuş 2014-2015-ci il təvəllüdlü məktəblilər arası futbol turnirində II yer tutaraq Diplom və medalla təltif edilmişdir.
Şagirdimizə uğurlar arzu edirik.

Məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Gələcəyimizə işıq saçanlar" adlı tədbir keçirilmiş...
01/06/2026

Məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Gələcəyimizə işıq saçanlar" adlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlər müxtəlif bədii çıxışlar, mahnılar və rəqslərlə iştirak etmiş, uşaqların hüquqlarının qorunması, onların xoşbəxt və sağlam gələcəyinin təmin edilməsinin vacibliyi vurğulanmışdır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə “Hər uşaq bir çiçəkdir” adlı güləkmə aksiyası keç...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə “Hər uşaq bir çiçəkdir” adlı güləkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində şagirdlər böyük həvəslə iştirak edərək müxtəlif gül və bitkilər əkmiş, ətraf mühitin qorunması və yaşıllaşdırılmasına öz töhfələrini vermişlər. Tədbirin məqsədi uşaqlarda təbiətə sevgi, qayğıkeşlik və məsuliyyət hissini aşılamaq olmuşdur.

Address

1-ci Mkr . , Cavadxan Küçəsi 3
Baku
AZ1010

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nəsimi rayonu 159 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nəsimi rayonu 159 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category