Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi

Share

"Təhsil millətin gələcəyidir." Heydər Əliyev

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 30/04/2026

Xarici dillər aylığı çərçivəsində bilik yarışı
Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə xarici dillər aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq aprelin 30-da rus dili müəllimləri 6-cı sinif şagirdləri arasında rus dili fənnindən bilik yarışı keçirdilər.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 30/04/2026

"Gözəl xətt" müsabiqəsinin qalibləri təltif olundular
Aprelin 30-da şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması və düzgün yazı vərdişlərinin aşılanması məqsədilə 2-4-cü sinif şagirdləri arasında keçirilmiş "Gözəl xətt" müsabiqəsinin qalibləri Fəxri Fərmanla təltif olundular.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 30/04/2026

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbdə görüş keçirildi
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 30-da müəllim və şagirdlərlə görüş keçirilmişdir.
Görüş zamanı məktəblərdə təhlükəsizliyin təmin olunması, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, şagirdlər arasında hüquq pozuntularının və zərərli vərdişlərin qarşısının alınması, internet təhlükəsizliyi, bullinq və zorakılıq halları, eləcə də polis–məktəb əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olundu.
Bu cür görüşlərin məqsədi müəllimlərin hüquqi maarifləndirilməsini artırmaq, şagirdlərin təhlükəsiz və sağlam mühitdə təhsil almalarını təmin etmək, eyni zamanda valideyn–məktəb–polis əməkdaşlığını daha da möhkəmləndirməkdir.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 30/04/2026

Kimya-biologiya aylığı çərçivəsində dəyirmi masa
Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə kimya-biologiyaaylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq 30 aprel tarixində məktəbin biologiya müəllimləri Bəyim Səfərova, İmamə Rzayeva və tibb bacısı A. Hüseynova 8 "M" sinfində “İnsan sağlamlığı və onu qorumaq üsulları” mövzusunda dəyirmi masa keçirildi. Şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 29/04/2026

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sevinc Fətəliyeva “Təhsil dialoqları” silsiləsi çərçivəsində məktəbdə müəllim və valideynlərlə görüş keçirdi.
Görüşün mövzusu “Rəqəmsal dövrdə tərbiyə: məktəb və ailənin rolu” oldu. Müzakirələr zamanı rəqəmsal sosiallaşmanın şagirdlərə təsiri, məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsi, şagirdlərdə davranış və məsuliyyətin formalaşdırılması, eləcə də müəllimlərin son illərdə müşahidə etdiyi əsas dəyişikliklər ətrafında fikir mübadiləsi aparıldı.
Eyni zamanda, müəllimlərlə birlikdə şagird davranışındakı dəyişikliklər və valideynlərlə əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı müzakirələr də aparıldı. Bu cür dialoqlar təhsildə mövcud çağırışları daha yaxşı anlamağa və birgə həll yolları tapmağa imkan yaradır.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 29/04/2026

"Gözəl xətt" müsabiqəsi keçirilir
Məktəbin illik Fəaliyyət planının 1.1.2.6-cı bəndinə uyğun olaraq şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması və düzgün yazı vərdişlərinin aşılanması məqsədi ilə bu gün təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Rüstəmovanın rəhbərliyi ilə 2-4-cü sinif şagirdləri arasında "Gözəl xətt" müsabiqəsi keçirilmişdir.

29/04/2026

Tarix fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunun yekun nəticələri elan edildi!
Məktəbimizin 11-ci sinif şagirdi Musa Məmmədov tarix fənni üzrə gümüş medal qazanıb. Şagirdimizi təbrik edir və uğurlar arzulayırıq.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 29/04/2026

29 Aprel – Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü
Qardaşlaşmış şəhərlər dedikdə böyük və kiçik şəhərlər, hətta coğrafi və siyasi ərazilərdə əyalətlər arasında mədəni - iqtisadi əlaqələrin təmin edilməsi üçün əldə edilmiş müəyyən razılığın daxili və zahiri tərəfləri nəzərdə tutulur.
Aprelin 29 - da məktəbin təşkilatçısı Şəhla Abdullayeva, coğrafiya müəllimləri Müşkünaz Quliyeva, Aysel Xamıyeva 9"C" və 7"C" sinif şagirdləri ilə birlikdə "Qardaşlaşmış şəhərlər" mövzusunda dəyirmi masa keçirdilər. Şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 29/04/2026

Şagird davranış qaydaları ilə bağlı maarifləndirici söhbət aparıldı
Şagird davranış qaydalarına uyğun olaraq davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi, ümumi təhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı mövzusunda mütəmadı olaraq maarifləndirici söhbətlər və izahat işləri aparılır.
Aprel ayı ərzində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E. Cavadova, təşkilatçı Ş. Abdullayeva, psixoloqlar A. Əliverdiyeva, Z. Abdullayeva və sosial pedaqoq E. Hüseynova tərəfindən bütün siniflərdə şagird davranış qaydalrı ilə bağlı maarifləndirici söhbət aparıldı. Məqsəd uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər, şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət, əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühitin yaratmaqdan ibarətdir.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 29/04/2026

Kimya-biologiya aylığı çərçivəsində bilik yarışı
Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə kimya-biologiya aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq 29 aprel tarixində kimya - biologiya müəllimləri 8-ci sinif şagirdləri arasında kimya fənnindən bilik yarışı keçirdilər.

Photos from Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumtəhsil məktəbi's post 28/04/2026

“Oxu dəqiqələri” layihəsi çərçivəsində Mark Tven "Tom Soyerin" macəraları mütaliə edilib
Ümumi təhsil müəssisələrində Azərbaycan dili dərslərində kollektiv mütaliənin təşkili məqsədilə “Oxu dəqiqələri” layihəsinin tətbiqi nəzərdə tutulur. “Oxu dəqiqələri”nin məqsədi Azərbaycan dili dərslərində təşkil olunan kollektiv mütaliə saatları şagirdlərimizin təkcə oxu sürətini deyil, həm də anlama bacarıqlarını, tənqidi təfəkkürünü və bədii zövqünü formalaşdırmaqdır.
Aprelin 28-də məktəbin kitabxanaçısı R. Abbasova və Azərbaycan dili və ədəbiyyat müəllimi Ü. Abbasova Mark Tven "Tom Soyerin macəraları" adlı povesti barədə geniş məlumatı 5 "K" sinif şagirdlərinin diqqətinə çatdırdılar. Müzakirələr zamanı şagirdlər povestin ideyasını izah etdilər, obrazlar haqqında düşüncələrini bölüşdülər və oxu bacarıqlarını nümayiş etdirdilər.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Hövsan Qəsəbəsi, İ. Əhlimanov Küçəsi 13/14
Baku