286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi

286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi

Share

Bakı şəhəri 286 №-li tam orta ümumtəhsil məktəbi 1992-ci ildən fəaliyyət göstərir.

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 13/05/2026

“Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində növbəti tədbir dünya şöhrətli bəstəkar, simfonik muğam janrının banisi Fikrət Əmirovun əziz xatirəsinə həsr olundu. Məktəbin kitabxanasında baş tutan tədbir musiqi müəllimi Rəhimə Abasovanın təşkilatçılığı və 7D sinif şagirdlərinin fəal iştirakı ilə keçirildi. Üzeyir Hacıbəyli ənənələrinin layiqli davamçısı olan Fikrət Əmirov, Azərbaycan musiqi mədəniyyətini dünya miqyasına daşıyan dahi sənətkarlardandır. Tədbirdə vurğulandı ki, bəstəkarın yaradıcılığı xalqımızın düşüncə tərzi və milli ruhunun güzgüsüdür. Onun musiqisi ölkəmizin hüdudlarını aşaraq, dünyanın ən böyük səhnələrində əks-səda doğurub.
Fikrət Əmirovun Azərbaycan musiqisinə bəxş etdiyi misilsiz töhfələrdən biri məhz simfonik muğam janrını yaratmasıdır. Belə ki, onun “Şur” və “Kürd Ovşarı” kimi ölməz əsərləri dünya musiqi xəzinəsinin incilərinə çevrilmişdir.
Şagirdlərimiz bəstəkarın həyat və yaradıcılığı ilə yaxından tanış olaraq, onun orkestr, vokal əsərləri və unudulmaz kino musiqiləri haqqında geniş məlumat əldə etdilər. Tədbir şagirdlərin birgə ifasında səslənən, bəstəkarın könülləri oxşayan “Bahar gəlir” nəğməsinin səsləndirilməsi ilə yekunlaşdı.

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 08/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbimizin “Heydər Əliyev və Zəfər muzeyi”ndə tarix müəllimi Mehparə Xəlilovanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Xəlillinin təşkilatçılığı, həmçinin 5e sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar təqdim etdilər, onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdilər. Tədbirdə şagirdlərin ifasında ümummilli liderə həsr olunmuş şeirlər, dahi şəxsiyyət haqqında dövlət və siyasi xadimlərin fikirləri səsləndirildi.

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 04/05/2026

Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, məktəbimizin kitabxanasında 6ç sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi, şairin ölməz əsəri olan “Vaqif” dramından bir parça şagirdlərin təqdimatında səhnələşdirildi. Şairin yaradıcılığına müraciət olunaraq, onun “Azərbaycan”, “Şair, nə tez qocaldın sən!”, “Bahar”, “Dünya” kimi şeirləri səsləndirildi. Bildirildi ki, onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Səməd Vurğun irsi əsrləri bir-birinə bağlayan mənəvi bir körpü, gələcək nəsillərə miras qalan ən qiymətli ana dili və vətənpərvərlik məktəbidir.

30/04/2026

📢 Uşaqların I sinfə qəbulu prosesi başlayır!

🗓️ 06 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi
www.mektebeqebul.edu.az
portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

📊 Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

📌 Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 27/04/2026

“Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində UBTR, kitabxanaçılar və texnologiya müəllimi Arəstə Mövsümova tərəfindən 9A sinif şagirdlərinin iştirakı ilə dahi rəssam, ixtiraçı, alim Leonardo Da Vinçinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Arəstə Mövsümova çıxış edərək bildirdi ki, İtaliya İntibahının rəmzi, “Universal insan” tipinin ən parlaq nümayəndəsi olan bu dahi şəxsiyyət təkcə rəssam deyil, həm də ensiklopedik alim, riyaziyyatçı, mühəndis və ixtiraçı idi. Onun eskizləri arasında paraşüt, skafandr (dalğıc geyimi), hərəkət edən robot, uçan maşınlar (helikopterin prototipi), hidravlik mişar kimi müasir texnologiyaların əsasını qoyan bir çox qurğu yer alır.
Daha sonra şagirdlər dahi şəxsiyyətin rəsmləri barədə məlumat verdilər. Qeyd olundu ki, onun rəsmləri İntibah dövrünün zirvəsi sayılır və onların sayı az olsa da bəşəriyyətin ən məşhur sənət əsərləridir. Ən tanınmış əsərləri “Mona Liza”, “Sonuncu Şam Yeməyi”, “Xilaskar” hesab olunur.
Şagirdlər böyük maraqla iştirak edərək, həm biliklərini genişləndirdilər, həm də dünya mədəniyyətinin görkəmli simalarından birini daha yaxından tanıdılar.

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 13/04/2026

09.04.2026-cı il tarixində məktəbimizdə Milli Müdafiə Universitetinin əməkdaşı, kapitan Əli Elşənoğlunun 9, 10 və 11-ci sinif şagirdləri ilə maarifləndirici görüşü keçirilib. Tədbirdə məktəbin direktoru Samir Mehdi-zadə, müəllimlər və valideynlər də iştirak ediblər.

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 19/03/2026

Məktəbin kitabxanasında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin bədii ədəbiyyatda necə əks olunduğunu şagirdlərə tanıtmaq və onlarda oxu marağını artırmaq idi. Bu münasibətlə kitabxanada mövzuya uyğun xüsusi kitab guşəsi yaradıldı, dəyərlərimizi əks etdirən müxtəlif əsərlər sərgiləndi.
Tədbirin Novruz bayramı ərəfəsinə təsadüf etməsi onun əhəmiyyətini daha da artırdı. Şagirdlər milli geyimlərdə iştirak edərək, bayram ab-havasını daha da canlandırdılar. Novruz bayramının qədim adət-ənənələri haqqında ətraflı məlumat verildi, uşaqlar bu ənənələrin mənası və əhəmiyyəti ilə yaxından tanış oldular.
Tədbirin ən maraqlı hissələrindən biri isə yumurta döyüşdürmə adəti oldu. Şagirdlər böyük həvəslə bu oyunda iştirak edərək, həm əyləndilər, həm də milli dəyərlərimizi daha yaxından tanıdılar.

Photos from Bakı Şəhəri üzrə Təhsil İdarəsi's post 18/03/2026

Birinci sinfə elektron qeydiyyatla bağlı valideynlərə müraciət

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 11/03/2026

"5 Mart – Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə Yasamal rayonu məktəbliləri arasında 3x3 basketbol növü üzrə yarış keçirilmişdir. Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və onların fiziki inkişafına dəstək olmaqdan ibarətdir. Yarışda məktəbimizin komandası da fəal iştirak edərək, yüksək əzmkarlıq nümayiş etdirmiş və nəticədə III yerə layiq görülmüşdür. Bu uğur şagirdlərimizin idmana olan marağının və komanda ruhunun bariz nümunəsidir. Komanda üzvlərini təbrik edir, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 06/03/2026

Yasamal rayon İcra Hakimiyyətində "5 Mart - Bədən tərbiyəsi və İdman günü" ilə əlaqədar idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirildi. Tədbirdə qeyd olundu ki, Azərbaycan idman sahəsində əldə etdiyi nailiyyətlərlə dünyada tanınan ölkələrdən biridir. Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Xüsusilə Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən idmanın inkişafına verilən dəstək nəticəsində ölkəmizdə beynəlxalq səviyyəli yarışlar keçirilir, idmançılar üçün geniş imkanlar yaradılır. Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında qazanılan çoxsaylı uğurlar böyük əhəmiyyətə malikdir. Gənc nəslin idmana cəlb olunması həm də onların zərərli vərdişlərdən uzaqlaşaraq sağlam mühitdə inkişafına kömək edir, idmançılarda iradə, komanda ruhu və məsuliyyət kimi keyfiyyətləri formalaşdırır.
Yasamal rayon İcra Hakimiyyətində "5 Mart- Bədən tərbiyəsi və İdman günü" ilə əlaqədar keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Elşad Həsənov çıxış edərək, uğurlu nəticələri ilə seçilən idmançıları təbrik etdi.Onların sırasında yer alan məktəbimizin 2b sinif şagirdi, paraüzgüçülük idman növü ilə məşğul olan Kərimli Əli Araz oğlu da fəxri fərmanla mükafatlandırıldı.

Photos from 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 03/03/2026

BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı məktəbin coğrafiya müəllimi Nigar Quliyeva tərəfindən 9d sinfində maarifləndirici söhbət təşkil olundu.Bu forum şəhərlərin inkişafı, urbanizasiya, iqlim dəyişikliyi, yaşayış şəraiti və davamlı inkişaf mövzularını müzakirə etmək üçün keçirildi.Qeyd olundu ki, Bakı şəhərinin bu cür beynəlxalq foruma ev sahibliyi etməsi ölkəmizin şəhərsalma sahəsində qazandığı nailiyyətlərin və beynəlxalq nüfuzunun bariz göstəricisidir. Forumun keçirilməsi ölkəmizin qlobal səviyyədə daha fəal və etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Eyni zamanda forum işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq, və abadlıq işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün mühüm platformadır.
Tədbir zamanı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı və mövzu ətrafında müzakirələr aparıldı. Bu gün ekoloji problemlərin həllində gənclərin fəal rol oynamalı olduqları və gələcəyin şəhərlərinin məhz onların düşüncəsi ilə formalaşacağı qeyd olundu.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Yeni Yasamal1, D. Bünyadzadə 1
Baku
AZ1012

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00