286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi

286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi Bakı şəhəri 286 №-li tam orta ümumtəhsil məktəbi 1992-ci ildən fəaliyyət göstərir.

20/08/2026
https://www.facebook.com/share/p/1647ZQL8n63/
11/08/2026

https://www.facebook.com/share/p/1647ZQL8n63/

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

17/07/2026

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

10 iyuldan etibarən başlamış 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçiminə start verilir. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📅 Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.

🔔 Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Paytaxt üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb Yeni təmayül tədris modelində iştirak et...
16/07/2026

Paytaxt üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.
Şagirdlər üçün qeydiyyat: https://anket.edu.az/user/321
Müəllimlər üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform

Paytaxt üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Belə ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi davam edir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.

Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.

Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunurlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınır.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Şagirdlər üçün qeydiyyat:
https://anket.edu.az/user/321

Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform?usp=header

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI sinifl...
18/06/2026

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı başlayıb.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.

Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Şagirdlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfH-gbLr4r0Hf5p2IRbbbZqURFZUcSA6A72Gz1qytwUT9_xcQ/viewform?usp=publish-editor

Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform?usp=header

Hörmətli müəllimlər! Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI siniflərində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl pedaqoji təcrübəyə malik kadrların seçilməsi məq...

Asiyanın nüfuzlu Xiamen Universiteti tərəfindən keçirilən, Azərbaycanda isə ilk dəfə bu il təşkil olunan "Brainiacs Beyn...
08/06/2026

Asiyanın nüfuzlu Xiamen Universiteti tərəfindən keçirilən, Azərbaycanda isə ilk dəfə bu il təşkil olunan "Brainiacs Beynəlxalq Tarix Olimpiadası" şagirdlərin tarixi biliklərini beynəlxalq standartlar çərçivəsində nümayiş etdirmələrinə və bacarıqlarının inkişafına geniş imkanlar yaradır.
Bu Beynəlxalq Olimpiadada iştirak edən məktəbimizin 8A sinif şagirdi Səma Sadiyeva uğur əldə edərək bürünc medal qazanmış, ölkə üzrə müvafiq yaş kateqoriyasında isə 2-ci yerə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, ona yeni-yeni uğurlar arzu edirik.

25/05/2026
“Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində növbəti tədbir dünya şöhrətli bəstəkar, simfonik muğam janrının ba...
13/05/2026

“Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində növbəti tədbir dünya şöhrətli bəstəkar, simfonik muğam janrının banisi Fikrət Əmirovun əziz xatirəsinə həsr olundu. Məktəbin kitabxanasında baş tutan tədbir musiqi müəllimi Rəhimə Abasovanın təşkilatçılığı və 7D sinif şagirdlərinin fəal iştirakı ilə keçirildi. Üzeyir Hacıbəyli ənənələrinin layiqli davamçısı olan Fikrət Əmirov, Azərbaycan musiqi mədəniyyətini dünya miqyasına daşıyan dahi sənətkarlardandır. Tədbirdə vurğulandı ki, bəstəkarın yaradıcılığı xalqımızın düşüncə tərzi və milli ruhunun güzgüsüdür. Onun musiqisi ölkəmizin hüdudlarını aşaraq, dünyanın ən böyük səhnələrində əks-səda doğurub.
Fikrət Əmirovun Azərbaycan musiqisinə bəxş etdiyi misilsiz töhfələrdən biri məhz simfonik muğam janrını yaratmasıdır. Belə ki, onun “Şur” və “Kürd Ovşarı” kimi ölməz əsərləri dünya musiqi xəzinəsinin incilərinə çevrilmişdir.
Şagirdlərimiz bəstəkarın həyat və yaradıcılığı ilə yaxından tanış olaraq, onun orkestr, vokal əsərləri və unudulmaz kino musiqiləri haqqında geniş məlumat əldə etdilər. Tədbir şagirdlərin birgə ifasında səslənən, bəstəkarın könülləri oxşayan “Bahar gəlir” nəğməsinin səsləndirilməsi ilə yekunlaşdı.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbimizin “Heydər Əliyev və Zəfər muzeyi”ndə ...
08/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbimizin “Heydər Əliyev və Zəfər muzeyi”ndə tarix müəllimi Mehparə Xəlilovanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Xəlillinin təşkilatçılığı, həmçinin 5e sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar təqdim etdilər, onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdilər. Tədbirdə şagirdlərin ifasında ümummilli liderə həsr olunmuş şeirlər, dahi şəxsiyyət haqqında dövlət və siyasi xadimlərin fikirləri səsləndirildi.

Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlh...
04/05/2026

Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, məktəbimizin kitabxanasında 6ç sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi, şairin ölməz əsəri olan “Vaqif” dramından bir parça şagirdlərin təqdimatında səhnələşdirildi. Şairin yaradıcılığına müraciət olunaraq, onun “Azərbaycan”, “Şair, nə tez qocaldın sən!”, “Bahar”, “Dünya” kimi şeirləri səsləndirildi. Bildirildi ki, onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Səməd Vurğun irsi əsrləri bir-birinə bağlayan mənəvi bir körpü, gələcək nəsillərə miras qalan ən qiymətli ana dili və vətənpərvərlik məktəbidir.

Address

Yeni Yasamal1, D. Bünyadzadə 1
Baku
AZ1012

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00

Telephone

+994124337817

Alerts

Be the first to know and let us send you an email when 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 286 Nömrəli Tam Orta Ümumtəhsil Məktəbi:

Shortcuts

Share

Category