Bakı Film İnstitutu (BFİ)

Bakı Film İnstitutu (BFİ) Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı Film İnstitutu (BFİ), Education, Alovset Quliyev 131, Baku.

22/12/2025
Facebook xatirladir ki 12 il evvel Avropa Kino Akademiyasinin ve Asia Pasific Screen Awards  mükafatçısı "Bir zamanlar A...
14/03/2024

Facebook xatirladir ki 12 il evvel Avropa Kino Akademiyasinin ve Asia Pasific Screen Awards mükafatçısı "Bir zamanlar Anadoluda" "Qiş yuxusu" ve s filmlərin prodseri Zeyneb Atakanı Bakıya dəvət etmişdim və burada 3 günlük əla bir masterklasi olmuşdu.

Dünyaya çıxış
18/11/2023

Dünyaya çıxış

İşıqlı gənclərin əhatəsində…   #14
12/11/2023

İşıqlı gənclərin əhatəsində…

#14

20-21 aprel tarixində keçiriləcək Kino forumu üçün istiqamətlər də demək Fehruz Shamiyev lə  olan bu müsahibə-müzakirəyə...
20/04/2023

20-21 aprel tarixində keçiriləcək Kino forumu üçün istiqamətlər də demək Fehruz Shamiyev lə olan bu müsahibə-müzakirəyə. "

"Azərbaycan kinosu 125. Reallıqlar, çağırışlar." Forumda nələr müzakirəyə çıxarılmalıdır və milli kinomuzdakı problemlər və s mövzular kinoprodüser, rejissor...

09/11/2022

13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının yerli münsiflər heyətini sizlərə təqdim edirik.

Qismət Rüstəmov (Azərbaycan)
Şair, esseist, tərcüməçi

Son illər Azərbaycan ədəbi mühitində özünəxas məqalələrlə adını gündəmdə saxlayan Qismət həm də, kino tənqidi və tarixinə dair oçerklərin müəllifidir. 2010-cu ildən bu günə kimi şairin “Vitrin”, “Meqapolis hüznləri”, “Gələcəyin tarixi”, “Qumru əlifbası” şeirlər və esselər kitabı çap edilib, 2014-cü ildən isə dünya ədəbiyyatından tərcümələri işıq üzü görməyə başlayıb. Eyni zamanda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri olan şair-tənqidçi 2011-ci ildə Gürcüstan Yazıçılar Birliyinin təsis etdiyi “Vaja Pşavela adına beynəlxalq poeziya mükafatı”na layiq görülüb.

www.filmfestival.az

09/11/2022

13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının yerli münsiflər heyətini sizlərə təqdim edirik.

Əli İsa Cabbarov (Azərbaycan)
Rejissor, ssenari müəllifi, prodüser

Azərbaycan sənədli kinosunda maraqlı tərzi və yanaşması ilə seçilən Əli İsa Cabbarov “Didor”, “Kiş” və s. festivalların mükafatçısıdır. “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Molokanlar. Saf ruh”, “Mənim tanıdığım Vaqif” və digər sənədli filmlərin rejissoru olmaqla yanaşı, həm də “Düyün” bədii filminin rejissoru, bir çox filmin ssenari müəllifi, “Ev”, “Yalançılar”, “Teatral həyat”, “Arxası qibləyə” kimi filmlərin prodüseridir. Onun rejissoru və prdodüseri olduğu filmlər bir çox beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb. “Fokus” kino jurnalının layihə rəhbərlərindən biri və redaktorudur. Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının həmtəsisçisi olan rejissor 2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.

www.filmfestival.az

09/11/2022

13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının yerli münsiflər heyətini sizlərə təqdim edirik.

Günel Rzayeva (Azərbaycan)
Yazıçı-publisist, jurnalist, türkoloq

Ölkənin mədəni, ictimai həyatında yaxından iştirak edən yazıçı-publisist BDU-nun şərqşünaslıq fakültəsində təhsil alıb. “Atama məktub” hekayəsilə geniş oxucu kütləsi qazanan yazıçı “Altıncı”, “Arzu”, “Qarabağ hekayələri”, “Seçilənlər” kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2002-ci ildən jurnalist kimi fəaliyyət göstərməyə başlayan Günel Anarqızı bir sıra məqalələrə imza atmaqla yanaşı ölkənin mədəni və siyasi həyatında mühüm rol oynayan “Pəncərə” və “Ölkəm“ jurnallarının baş redaktoru olub. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktoru kimi fəaliyyət göstərir. 2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsindəki xidmətlərinə görə Polşa səfirliyinin medalına layiq görülüb.

www.filmfestival.az

09/11/2022

13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının yerli münsiflər heyətini sizlərə təqdim edirik.

Mirsadıq Ağazadə (Azərbaycan)
Rejissor, ssenari müəllifi

Ssenarisi ilə Avropanın ən böyük film fondlarından biri olan “FOCAL” fondunun “AVANTI” proqramının qalibi, müasir kinomuzun ən məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə bir sıra kino və televiziya filmlərinin müəllifidir. Rejissor elə ADMİU-nun Kino və teatr rejissorluğu fakültəsində təhsil aldığı dövrdən həm kino, həm də televiziya sahəsində çalışmağa başlayıb. “Hind yuxusu”, “Eviniz abad” bədii filmlərini lentə alan rejissor, “Altıaylıq”, “Aləmdə qalan səs”, “54 gün mühasirədə”, “Sizə məktub var” və digər onlarla sənədli filmin ssenari müəllifi və rejissorudur. Rejissor hazırda “Azərbaycanfilm” kinostudiyasının keçirdiyi ssenari müsabiqəsinin qalibi kimi “Supəri” filmi üzərində çalışır.

www.filmfestival.az

09/11/2022

Address

Alovset Quliyev 131
Baku
AZ1000

Telephone

+994704312151

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Film İnstitutu (BFİ) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı Film İnstitutu (BFİ):

Shortcuts

Share

Category