14/02/2024
Ön söz
Hazırda Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı 20-dən çox normativ hüquqi akt, o cümlədədən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul edilib.
Bunlarla yanaşı, Azərbaycan 2 oktyabr 2008-ci il tarixli qanunla Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqlarının müdafiəsi haqqında” 13 dekabr 2000-ci il tarixli Konvensiyasına (Konvensiya) və həmin Konvensiyanın Fakültətiv Protokoluna qoşulub.
Ötən dövrdə ölkədə “Əlillərin hüquqları haqqında” Konvensiyadan və onun Fakultativ Protokolundan irəli gələn öhdəliklərin yerinə yetirilməsi, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Komitəsinin Azərbaycanın Dövri Hesabat; üzrə tövsiyyələrinə uyğun olaraq xeyli tədbirlər həyata keçirilib. Bu tədbirlər əlilliyi olan şəxslərin hüquqları sahəsində hüquqi bazanın və praktikanın təkmilləşdirilməsinə dair məsələləri əhatə edib.
Bunlarla yanaşı, əliliyi olan şəxslərin hüquqları ilə bağlı xüsusi Dövlət Proqramı qəbul edilib və həyata keçirilən bir sıra Dövlət proqramlaında əlilliyi olan şəxslərlə bağlı məsələr də öz əksini tapıb.
Lakin bununla belə, ictimai münasibətlərin inkişafı bütün sahələrdə olduğu kimi əlilliyi olan şəxslərin hüquqları sahəsində də, hüquqi bazanın davamlı inkişafını zəruri edir. Bu mənada Azərbaycanda da əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac vardır.
Hesab edirik ki, indiki mərhələdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarına ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi əlilliyin müəyyən edilməsi və əlillik statusu, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların idarəetmədə iştirakı, əlilliyi olan şəxslərin məşğulluq və sosial təminatları, habelə hüquqi müdafiə məsələlərini əhatə etməlidir.
Beləliklə, bütün bunlar nəzərə alınaraq əlilliyi olan şəxslərin hüquqları üzrə mövcud qanunvericiliyin təhlili əsasında “Əlilliyi olan şəxslərin hüquqları sahəsində hüquqi bazanın təkmilləşdirilməsinə dair Təkliflər hazırlanıb.
Qanunvericiliyin təhlili Konstitusiya və Azərbaycanın qoşulduğu müvafiq beynəlxalq hüquqi aktlar, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “İcbari tibbi sığorta haqqında”, “Əlillərin sosial müdafiəsi haqqında”, “Məşğulluq haqqında”,
Vəkilllər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Əmək Məcəlləsi, mülki Prosessual Məcəllə, İnzibati Prosessual Məcəllə, “Şəhərsalma və Tikinti Məcəlləsi”, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”, “Əlilliyin müəyyən olunması meyarları”, “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarları haqqında Əsasnamə”, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işlə təmin olunmaqda çətinlik çəkən vətəndaşlar üçün kvotaların tətbiqi Qaydaları”, “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”, “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” barədə” normativ hüquqi aktlar üzrə aparılıb.
Təkliflər əlilliyi olan şəxslərin hüquqları sahəsində təkmilləşdirilməsi zəruri hesab edilən 4 sahə üzrə aparılıb. Təkliflər 1) Əlilliyin müəyyən edilməsi, 2). Əmək və məşğulluq, 3) Sosial təminat və 4) Hüquqi müdafiə sahələrini əhatə edir.
Hesab edrik ki, bu Təkliflər əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcək və bu sahədə hüquqi bazanın inkişafına yardım edəcək.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində mövcud hüquqi baza
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları sahəsində hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi aktlardan, qanunlarından və digər müvafiq normativ hüquqi aktlardan ibarətdir.
Konstitusiyaya görə hər kəsin doğulduğu andan hüquqları və azadlıqları vardır və sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edirlər. (24-cü maddənin II hissəsi və 25-ci maddənin VI hissəsi).
Konstitusiyada həmçinin, göstərilir ki, hər kəs sosial təminat hüququna və qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (38-ci maddənin IV hissəsi).
Konstitusiyadan sonra əlilliyi olan şəxslərin hüquqları sahəsində mümhüm beynəlxalq hüquqi akt Azərbaycanın 2 oktyabr 2008-ci il tarixli qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqlarının müdafiəsi haqqında” 13 dekabr 2000-ci il tarixli Konvensiyası (Konvensiya) və həmin Konvensiyanın Fakültətiv Protokoludur.
Azərbaycan bu Konvensiya ilə əlillərin hüquqlarına dair bir sıra əhəmiyyətli öhdəliklər götürüb. Bu öhdəliklər əlillərə münasibətdə ayrı-seçkilik yaradan mövcud qanunların, qərarların, adət və əsasların dəyişdirilməsi və ya ləğv olunması üçün bütün lazımi tədbirləri, o cümlədən qanunvericilik tədbirlərini görmək, Konvensiyaya uyğun gəlməyən hərəkət və metodlardan çəkinmək, hər kəs tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün lazımi tədbirləri görmək, sürətli hərəkəti asanlaşdıran vasitələr, qurğular və köməkçi texnologiyalar, o cümlədən yeni texnologiyalar, və obyektlər haqqında mümkün informasiyaları əlillərə vermək və s. kimi məsələləri əhatə edir.
Konvensiyaya görə Hökumət həmçinin, qanunlara, konvensiyalara, qaydalara və ya adətlərə əsasən tanınan və ya mövcud olan hər hansı insan hüquqlarının və əsas azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasına və ya azaldılmasına yol verməməlidir.
Azərbaycan bu öhdəliklərlə yanaşı Konvensiyanın 5-ci maddəsi (Bərabərlik və ayrı- seçkiliyə yol verilməməməsi), 6-cı maddəsi (Əlil qadınlar), 12-ci maddəsi (Qanun qarşısında bərabərlik), 13-cü maddəsi (Ədalət mühakiməsinin təmin olunması), 15-ci maddəsi (İşgəncələrdən və qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza növlərindən azadolma), 16-cı maddəsi (İstismardan, zorakılıqdan və təhqirdən azad olma), 24-cü maddəsi (Təhsil), 25-ci maddəsi (Sağlamlıq), 27-ci maddəsi (əmək və məşğulluq), 28-ci maddəsi (qənaətbəxş həyat səviyyəsi və sosial müdafiə)məsələləri də daxil olmaqla ümumilikdə 30 maddə üzrə nəzərdə tutulan hüquqların həyata keçirilməsi üçün bütün zəruri qanunverici, inzibati və digər tədbirlər görmək öhdəliklərini götürüb.
Əlilliyi olan şəxslərin hüquqlarına dair Azərbaycanın beynəlxalq hüquqi öhdəlikləri BMT-nin adıçəkilən Konvensiyası ilə yanaşı, Azərbaycanın 6 yanvar 2004-cü il tarixli qanunla təsdiq etdiyi 4 noyabr 1950-ci il tarixli Avropa Sosial Xartiyasından da irəli gəlir.
Avropa Sosial Xartiyasının əlil şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququnun təsbit olunduğu 15-ci maddəsi ilə digər İştirakçı Tərəflər kimi Azərbaycan əlilliyin təbiəti və mənşəyindən asılı olmayaraq, əlil şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququnun səmərəli surətdə həyata keçirilməsinə dair öhdəliklər götürüb.
Burada əlil şəxsləri təhsil və peşə hazırlığı ilə təmin etmək məqsədilə mümkün olan zaman müvafiq ümumi sistemlər çərçivəsində, mümkün olmayan zaman isə, xüsusiləşdirilmiş dövlət və ya özəl müəssisələr vasitəsilə lazımi tədbirlər görmək, habelə, əlil şəxslərin məşğulluğuna və adi iş mühitində saxlanılmasına və əgər onların şikəstliyi səbəbindən bu qeyri-mümkündürsə, o zaman əmək şəraitinin belə şəxslərin imkanlarına görə onların fiziki və əqli çatışmazlıq dərəcəsinə müvafiq olaraq onlar üçün nəzərdə tutulmuş məşğulluq növlərinin yaradılması yolu ilə uyğunlaşdırılmağına sahibkarları həvəsləndirən hər cür mümkün tədbirlər köməyilə fiziki və əqli şikəstliyi olan şəxslərin məşğulluğunu asanlaşdırmaq kimi məsələlər də öz əksini tapıb.
Bunlarla yanaşı, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Azərbaycanın beynəlxalq hüquqi öhdəlikləri 25 dekabr 2001-ci il tarixli qanunla təsdiq edilmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" 4 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasından irəli gəlir.
Bu Konvensiyanın 14-cü maddəsində (Ayrı-seçkiliyin qadağan olunması) göstərilir ki, burada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.
Azərbaycan bu beynəlxalq hüquqi aktlarla yanaşı, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt, Avropa Sosial Xartiyası, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası ilə də öz üzərinə öhdəliklər götürüb.
Konstitusiya və beynəlxalq hüquqi aktlardan sonra əlilliyi olan şəxslərin hüquqlarına dair hüquqi bazanı bu sahədə qəbul edilən qanunlar və digər müvafiq normativ hüquqi aktlar təşkil edir.
Bu normativ hüquqi aktlar sırasında “Əlilliyi olan şəxlərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli qanun mühüm yer tutur. Bu qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı- seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Qanun həmçinin, əlilliyin müəyyən edilməsi meyarlarını, əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir, əlilliyi olan şəxslərin reabilitasiyası, abilitasiyası və inkişafı, əlilliyi olan şəxslər üçün müyəssərlik, əlilliyi olan şəxslərin təhsili, onların siyasi həyatda və ədalət mühakiməsində iştirakı məsələlərini, əlilliyi olan şəxslərin məşğulluğu, sosial təminat və s. bu kimi məsələləri nizama salır.
Bu qanun da əlillər barəsində dövlət siyasətini müəyyən edir, cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, onların öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.
Əlillərin hüquqları ilə bağlı əmək münasibətləri, əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsində əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılmasının qadağan edilməsi, əlilliyi olan şəxslərəin iş yerlərinin standartlarına cavab verən iş şəraitinin yaradılması, əlilliyi olan şəxslərin attestasiyadan keçirilməməsi, işçilərin ixtisarı və əmək müqaviləsi ləğv edilərkən əlilliyi olan şəxslərin üstünlük hüququ, əlilliyi olan şəxslərin gecə işlərinə cəlb edilməməsi, məzuniyyət müddətinin çoxluğu kimi normalar əksini tapıb.
Əlillərin məşğulluq məsələləri ilə bağlı məsələlərin tənzimlənməsi həmçinin, “Məşğulluq haqqında” qanunla tənzimlənir. Bu qanunla əlilliyi olan şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər sırasına daxil edilir və onların məşğulluq məsələləri ilə bağlı bir sıra hüquqi təminatlar verilir.
Belə ki, haqqında söhbət gedən qanunla işsiz şəxslərin özünüməşğulluğunun təşkili və sosial iş yerlərinin təşkili zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kimi əlilliyi olan işsiz şəxslərə üstünlük verilməsinə hüquqi təminatlar verilir (25.5.-ci və 24.9-cu maddələr).
“Məşğulluq haqqında” qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası" (“Qayda”) və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı" təsdiq edilib. “Qayda”nın 1-ci hissəsində görə kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta sayının 5 faizindən çox olmamaq şərtilə işçilərin sayına uyğun olaraq müəyyən edilir.
"Kvota şamil edilməyən müəssisələrin Siyahısı"na görə dövlət orqanları, mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla), elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla), işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr, hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları kvota şamil edilməyən müəssisələr sırasına daxildir.
AR Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə edilən “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda əlilliyi olan şəxslərin iş yerinə dair ümumi tələblər, əlil arabasında hərəkət edən əlilliyi olan şəxslərin iş yeri ilə bağlı tələblər, görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər təsbit olunub.
Burada həmçinin, zəif görmə əlilliyi olan şəxslərin iş yerinə dair tələblər, eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər, eşitmə və görmə funksiyası pozulmuş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər, zəif eşitmə əlilliyi olan şəxslərin iş yerinə dair tələblərlə bağlı normalar da öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194.-cü maddəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə müəyyən edilib.
Bunlarla yanaşı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun qüvvəyə minməsindən sonra yeni “Əlilliyin qiymətləndirilməsi qaydası” və “Əlilliyin müəyyən olunması meyarları” hazırlanıb.
“Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Qaydaya əsasən, orqanizmin funksiyalarının 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək pozulması üzrə qiymətləndirilməklə əlillik müəyyən edilir.
“Əlilliyin müəyyən edilməsi meyarları” insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri, orqanizmin funksiyalarının pozulması faizləri ilə bağlı məsələləri tənzimləyir.
Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, Xəstəliklərin Beynəlxalq Təsnifatı-10-a, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilib.
Əlilliyi olan şəxslərin hüquqi müdafiəsi əsasən Konstitusiya və prosessual qanunvericiliyə, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna uyğun olaraq tənzimlənir.
Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin, 61-ci maadədə göstərilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
AR Mülki Prosessual Məcəlləsinin 67-1-ci maddəsinə görə, 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (1-ci və 2- dərəcə əlilliyi olan şəxslər) və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir.
Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara xidmət göstərən vəkilə ödənilməli olan haqq, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Beləliklə, əlilliyi olan şəxslərin hüquqları sahəsində mövcud hüquqi baza bu sahədə xeyli məsələləri tənzimləyir və qüvvədə olan normativ hüquqi aktları ümumilikdə yetərli hesab etmək olar.
Əlilliyi olan şəxslər haqqında hüquqi bazanın təkmilləşdirilməsinə dair
Təkliflər
Əlilliyin müəyyən edilməsi sahəsində:
- İnzibati Xətalar Məcəlləsində əlilliyin qiymətləndirilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinə göndərişin natamam və yanlış doldurulmasına görə və əlilliyin təyin edilməsindən subyektiv mülahizələrlə imtinaya görə inzibati cərimə növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmalıdır;
- “Əlilliyin qiymətləndirilməsi Qayadsı”na görə əlilliyin qiymətləndirilməsi 10 iş gününə, əlavə araşdırma tələb olunduğu halda isə, 15 iş gününədək başa çatdırılmlıdır. Hesab edirik ki, bu müddət ən çoxu 10 iş günü müddəti ilə məhdudlaşdırılmalıdır;
- “Əlilliyin qiymətləndirilməsi Qayadsı”na görə fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Hesab edirik ki, bu müddət 10 il müddəti ilə məhdudlaşdırılmalıdır;
- Əlilliyin təyin edilməsindən imtina edildikdə müraciət müraciət edən şəxsə SMS bildirişi ilə yanaşı qaydada əsaslandırılmış cavab verilməlidir;
- Əlilliyin təyin edilməsindən imtinadan inzibati qaydada şikayət verildikdə müraciə edən şəxsin əyani tibbi müayinəsi aparılmalıdır;
- Müddətsiz əlillik təyin edilmiş şəxslərin əlilliyinin təkrar qiymətləndirilməsinin qadağan edilməsinin hüquqi təminatları artırılmalıdır;
- Əlilliyin təyin edilməsi prosesinə ictimai nəzarətin hüquqi təminatları gücləndirilməlidir;
Əmək və məşğulluq sahəsində:
- Əlilliyi olan şəxslərin işlə təminatı məqsədilə işəgötürənlərə həvəsləndirici imtiyazlar verilməlidir (Məs., vergi güzəştləri, güzəştli biznes kreditləri və s.).
- Əlilliyi olan şəxslər üçün zəruri standartlara cavab verən iş yerləri, xüsusiləşdirilmiş müəssisələr yaradılmalıdır;
- Əliliyi olan şəxslərin işlə təmin olunması, onların əmək hüquqlarının təmin olunması üzrə dövlət nəzarəti gücləndirilməli, habelə bu sahəyə ictimai nəzarət artırılmalıdır;
- Əlilliyi olan şəxslərin əmək hüquqlarının pozulmasına görə sanksiyalar gücləndirilməli, həmçinin, əlilliyi olan şəxslərin əmək hüquqlarının pozulmasına dair bütün əməllərə görə məsuliyyət nəzərdə tutulmalıdır;
- Kvota şamil edilməyən bəzi dövlət orqanlarına və müəssisələrə müəyyən dövr ərzində 3 və yz 5 faizlik kvota tətbiq edilməlidir;
- I dərəcə əlilliyi olan şəxslərə sahibkarlıq fəaliyyəti sahəsində kreditlər verilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılmalıdır, əlilliyi olan şəxslərə dövlət zəmanətli kreditlər verilməlidir. Əlilliyi olan şəxslərə dövlət zəmanətli kreditlər verilməlidir;
- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” bu cür standartlara cavab verən müəsssisələrin yaradılması üçün dövlət proqramları hazırlanmalıdır. I qrup əlilliyi olan şəxslərə sahibkarlıq fəaliyyəti sahəsində kreditlər verilməsi ilə bağlı praktik məhdudiyyətlər aradan qaldırılmalıdır;
- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” bu cür standartlara cavab verən müəsssisələrin yaradılması üçün dövlət proqramları hazırlanmalıdır
Sosial təminatlar sahəsində:
- Əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin olunmasına dövlət və ictimai nəzarətin hüquqi təminatları artırılmalıdır;
- Mənzilə ehtiyacı olan ümumi səbəblərdən əlilliyi olan I və II dərəcə əlilliyi olan şəxslərin mənzil təminatına əsas yaratmalıdır;
- Bakı şəhərində və digər böyük şəhərlərdə mənzilə ehtiyscı olan şəxslərin mənzil uçotuna götürülmələri ilə bağlı 5 il və 7 il həmin şəhərlərdə daimi yaşama tələbini nəzərdə tutan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”na və Bakı Şəhər Xalq Deputatları Sovetinin 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitnin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi Qaydaları” qüvvədən düşmüş hesab edilməlidir;
- Əlilliyi olan şəxslərin hüquqlarının təmin olunmamasına görə məsuliyyət gücləndirilməlidir;
- Özəl tibb müəssisələrində əlillərin pulsuz müayinəsi və müalicəsi təmin edilsin.
- I və II dərəcə əlilliyi olan şəxslər təhsil haqlarından azad edilib. III qrup əlilliyi olan şəxslər də təhsil haqlarından 50% azad olmalıdır.
- Əlilliyi olan şəxslərə dövlət zəmanətli kreditlər verilməlidir;
- Əlilliyi yaradan səbəblərin aradan qaldırılması üzrə profilaktik tədbirlər gücləndirilməlidir.
- “YAŞAT” Fondu tərəfindən müharibə ilə əlaqədar yaralanmış və əlillik dərəcəsi almayan şəxslərə də yardım göstərilməlidir.
Hüquqi müdafiə sahəsində:
- Əlilliyi olan şəxslərin həssas qrupların dövlət hesabına və ödənişsiz hüquqi yardıma çatımlığı və hüquqi mexanizmləri asanlaşdırılmalıdır. Dövlət hesabına hüquqi yardım xidməti üçün ödəniş 1 saatı üçün 18 manat olmalıdır;
- Məhkəmələrin nəzdində həssas qruplara dövlət hesabına ilkin hüquqi yardım xidmətləri göstərən hüquq məsləhət mərkəzləri yardılmalıdır;
- I və II dərəcə əlilliyi olan şəxslər notariat hərəkətləri üzrə dövlət rüsumlarından və mediasiyaya müraciətlər üzrə ödənişlərdən azad edilməlidir;
- Əlilliyi olan şəxslər dövlət hesabına ASAN və electron imza ilə təmin edilməlidir;
- Həssas əhali qrupunun hüquqi yardıma çatımlıq mexanizmi sadələşdirilməli və ən qısa müttədə hüquqi yardıma çatımlığı təmin edilməlidir;
- Əlilliyi olan şəxslərin məhkəmələrə müraciətləri üzrə məhkəmə proseslərinin monitorinqləri aparılmalıdır;
- Hüquq vəə imtiyazlarından məlumatsız olan və vaxtında müraciət etməyən əlilliyi olan şəxslərin qanunla müəyyən edilmiş hüquqları tanınmalı və onlar üçün nəzərdə tutulmuş təminatlar verilməlidir;
- Əlil təşkilatları əlilliyi olan şəxslərin hüquqlarına dair normative-hüquqi aktların müzakirəsinə cəlb edilməlidir;
- Mülki və inzibati işlər üzrə I və II dərəcə əlilliyi olan şəxslərlə yanaşı III dərəcə əlilliyi olan şəxslər də məhkəmələrdə dövlət hesabına vəkillə təmin edilməlidir.
Preface
Currently, Azerbaijan has adopted more than 20 normative legal acts related to persons with disabilities, including the law “On the rights of persons with disabilities”.
In addition to these, Azerbaijan has joined the United Nations Convention (“Convention”) on the Protection of the Rights of Persons with Disabilities dated December 13, 2000 and the Optional Protocol of that Convention by the law dated October 2, 2008.
In the past period, the fulfillment of obligations arising from the Convention “On the Rights of Persons with Disabilities” and its Optional Protocol, as well as the Periodic Report of Azerbaijan of the UN Committee on the Rights of Persons with Disabilities in accordance with their recommendations, many measures have been implemented. These measures have covered issues related to the improvement of the legal framework and practice in the field of rights of persons with disabilities.
In addition, a special State Program on the rights of persons with disabilities has been adopted, and issues related to persons with disabilities have been reflected in a number of implemented State programs.
However, the development of social relations, as in all areas, requires the continuous development of the legal framework in the field of rights of persons with disabilities. In this sense, there is a need to improve the legislation on the rights of persons with disabilities in Azerbaijan.
We consider that at the current stage, the legislation related to the rights of persons with disabilities in Azerbaijan should be improved, definition of disability and disability status, integration of persons with disabilities into society and their participation in management, employment and social security of persons with disabilities, as well as legal protection should be covered.
Thus, considering all this, based on the analysis of the existing legislation on the rights of persons with disabilities, “Recommendations on the improvement of the legal framework in the field of rights of persons with disabilities” have been prepared.
Analysis of the legislation, the Constitution and relevant international legal acts to which Azerbaijan has joined, “On the rights of persons with disabilities”, “On social benefits”, “On labor pensions”, “On social insurance”, “On compulsory medical insurance”, “On social protection of the persons with disability”, “On Employment”,
Laws “On Lawyers and Advocacy”, Labor Code, Civil Procedural Code, Administrative Procedural Code, Urban Planning and Construction Code, relevant decrees of the President of the Republic of Azerbaijan, “Disability Assessment Rules” approved by the decisions of the Cabinet of Ministers of the Republic of Azerbaijan, “Criteria for determining disability”, “Regulation on the criteria for determining disability and limited health capabilities”, Implementation Rules on “Quotas for citizens with special needs for social protection and difficulties in obtaining employment”, “Standards of workplaces of persons with disabilities”, “List of types of rehabilitation facilities provided to persons with disabilities at the expense of the state budget” have been carried out according to normative legal acts.
Recommendations have been made in 4 areas that are considered necessary to improve the rights of persons with disabilities. The proposals cover the areas of 1) Disability definition, 2) Labor and employment, 3) Social security and 4) Legal protection.
We believe that these Proposals will have a positive effect on the improvement of legislation related to persons with disabilities and will help the development of the legal framework in this field.
Existing legal framework in the field of rights of persons with disabilities
The legal basis in the field of rights of persons with disabilities in Azerbaijan consists of the Constitution of the Republic of Azerbaijan, international legal acts to which Azerbaijan has joined, laws and other relevant normative legal acts.
According to the Constitution, everyone has rights and freedoms from the moment of birth, and those with disabilities enjoy all the rights established in the Constitution, except for the rights and duties that are difficult to implement due to their limited capabilities (Part II of Article 24 and Part VI of Article 25).
The Constitution also states that everyone has the right to social security upon reaching the statutory age limit, due to illness, disability, loss of the head of the family, loss of working capacity, unemployment and other cases provided for by law (Part IV of Article 38).
After the Constitution, an important international legal act in the field of the rights of persons with disabilities is the UN Convention (Convention) on the Protection of the Rights of Persons with Disabilities, dated 13 December 2000, to which Azerbaijan has acceded by the Law dated October 2, 2008, and the Optional Protocol to that Convention.
With this Convention, Azerbaijan has taken a number of important obligations regarding the rights of persons with disabilities. These obligations include taking all necessary measures, including legislative measures, to change or abolish existing laws, decisions, practices and principles that discriminate against persons with disabilities, refraining from actions and methods inconsistent with the Convention, discrimination by anyone on the basis of disability to take the necessary measures to eliminate the issue, to provide the disabled with possible information about means, devices and auxiliary technologies, including new technologies, and facilities that facilitate rapid movement, etc.
According to the Convention, the Government shall also not limit or diminish in any way any human rights and fundamental freedoms recognized or existing under laws, conventions, regulations, or customs.
Azerbaijan, along with these obligations of the Convention, Article 5 (equality and non-discrimination), Article 6 (Disabled women), Article 12 (Equality before the law), Article 13 (Ensuring justice), Article 15 (Freedom from Torture and Cruel, Inhuman or Degrading Treatment and Punishment), Article 16 (Freedom from Abuse, Violence and Insult), Article 24 (Education), Article 25 (Health), Article 27 (Labor and employment), Article 28 (Satisfactory standard of living and social protection), including the issues of 30 articles in total, undertook to take all necessary legislative, administrative and other measures to implement the rights.
Azerbaijan's international legal obligations regarding the rights of persons with disabilities derive from the European Social Charter of November 4, 1950, which Azerbaijan has ratified by the law of January 6, 2004, in addition to the UN Convention.
According to Article 15 of the European Social Charter, which establishes the right of disabled persons to independence, social integration and participation in the life of society, Azerbaijan, like other participating parties, is committed to the effective implementation of the right of disabled persons to independence, social integration and participation in the life of society, regardless of the nature and origin of the disability. has undertaken obligations.
Here, in order to provide disabled persons with education and professional training, when possible within the framework of the relevant general systems, and when not possible, to take necessary measures through specialized state or private enterprises, as well as to ensure the employment and maintenance of disabled persons in the usual work environment and, if due to their disability, if this is impossible, then issues such as facilitating the employment of persons with physical and mental disabilities with the help of all possible measures encouraging entrepreneurs to adapt the working conditions according to the capabilities of such persons according to the degree of their physical and mental deficiency by creating types of employment designed for them found the opposite.
In addition to these, Azerbaijan's international legal obligations regarding the rights of persons with disabilities derive from the European Convention of November 4, 1950 “On the Protection of Human Rights and Fundamental Freedoms”, approved by the law dated December 25, 2001.
Article 14 of this Convention (Prohibition of Discrimination) states that the exercise of the rights and freedoms set forth herein shall not be based on s*x, race, skin color, language, religion, political or other opinions, national or social origin, membership of national minorities, property. should be provided without discrimination based on status, birth or any other characteristics.
In addition to these international legal acts, Azerbaijan has adopted the General Declaration on Human Rights, the International Covenant on Civil and Political Rights, the International Covenant on Economic, Social and Cultural Rights, the European Social Charter, and the Protection of Human Rights and Fundamental Freedoms. It has also undertaken obligations with the European Convention.
After the constitution and international legal acts, the legal basis for the rights of persons with disabilities is formed by the laws adopted in this field and other relevant normative legal acts.
Among these normative legal acts, the law dated May 31, 2018 “On the rights of persons with disabilities” occupies an important place. This law defines the basics of the state policy regarding persons with disabilities and the duties of the state in the field of protection of their rights, the elimination of the risks that cause disability, all forms of discrimination based on the sign of disability, the rehabilitation of persons with disabilities, their full participation in the life of society, and the creation of conditions for their social integration, and regulates the active involvement in the decision-making process of the strategies and programs related to them, the full and equal implementation of the rights and freedoms of persons with disabilities, and the relations arising in the field of protection of their honor and dignity.
The law also defines the criteria for determining disability, the basics of the legal status of persons with disabilities, rehabilitation, habilitation and development of persons with disabilities, empowerment for persons with disabilities, education of persons with disabilities, issues of their participation in political life and justice, employment of persons with disabilities, social security, etc.
Moreover, this law also defines the state policy regarding the disability, ensures the creation of the necessary conditions that help persons with disabilities to participate in the economic, political and social spheres of society on an equal basis with all other citizens, and to lead a full life in accordance with their individual abilities and interests.
Labor relations related to the rights of persons with disabilities are mainly regulated by the Labor Code of the Republic of Azerbaijan. In the Labor Code, allowing any discrimination between employees in labor relations, determining privileges and concessions on the basis of those factors, as well as prohibiting the restriction of rights, creating working conditions that meet the standards of workplaces for persons with disabilities, layoffs and norms such as preferential right of persons with disabilities, non-attraction of persons with disabilities to night work, excessive leave period are reflected when the employment contract is terminated.
The regulation of issues related to the employment of persons with disabilities is also regulated by the Law “On Employment”. According to this law, persons with disabilities are included in the list of persons in special need of social protection and a number of legal guarantees are provided regarding their employment issues.
Thus, the law in question provides legal guarantees to give priority to unemployed persons with disabilities as persons with special needs for social protection during the organization of self-employment of unemployed persons and the organization of social workplaces (Articles 24.9 and 25.5).
In accordance with the Law “On Employment”, the decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan No. 213 dated November 22, 2005, “Rules on the application of quotas for citizens with special needs for social protection and difficulties in finding work” (“Rule”) and “List of Institutions Not Applicable to the Quota” have been approved. According to Part 1 of the “Regulation”, the quota is determined according to the number of employees, depending on the situation in the regional labor market, provided that it does not exceed 5 percent of the average number of employees in enterprises.
According to the “List of Institutions Not Applicable to the Quota”, state bodies, central and local elected bodies (except positions not held by election), scientific and higher education institutions (except positions not held by competition related to scientific and scientific-pedagogical activity), employees, institutions with an average annual roster of less than 25 persons, structural divisions of military institutions, law enforcement, state security, foreign intelligence and prosecution bodies financed from the state budget, penitentiary institutions and detention centers are included in the list of institutions that do not apply to the quota.
General requirements for the workplace of persons with disabilities, requirements for the workplace of persons with disabilities moving in a wheelchair, and those with complete vision loss requirements for the workplace of persons with disabilities have been determined.
There are also requirements that has found their reflection for the workplace of persons with low visual disabilities, requirements for the workplace of persons with disabilities who have completely lost their ability to hear, requirements for the workplace of persons with hearing and visual disabilities, and norms related to the requirements for the workplace of persons with low hearing disabilities.
It should be noted that under Article 194 of the Code of Administrative Offenses of the Republic of Azerbaijan, persons who are in special need of social protection and who have difficulty finding work, sent by the relevant executive authority, are not accepted into the workplaces specified for them under the quota, or funds are not transferred to the state budget; a fine in the amount of five hundred to two thousand manats is determined.
In addition to these, after the Law “On the Rights of Persons with Disabilities” came into force, a new “Rule of Disability Assessment” and “Criteria for Determining Disability” have been prepared.
According to the “Rule of Disability Assessment”, disability is defined based on the main categories of human life activities and their degrees of limitation provided for in the “Criteria for Determining Disability” and the Appendix to “Criteria for Determining Disability” – “Percentage indicator and duration of impairment of body functions”. According to the rule, disability is determined by evaluating the impairment of body functions up to 31-60 %, 61-80 % and 81-100 %.
The “Criteria for determination of disability” regulates issues related to the main categories of human life activities and their degree of limitation, percentages of impairment of body functions.
The names of diseases, injuries and deficiencies, their severity stage, clinical functional characteristics of persistent impairment of body functions, international classification of diseases, percentage, and duration of impairment of body functions are defined in the Appendix to this Criteria.
Legal protection of persons with disabilities is mainly regulated in accordance with the Constitution and procedural legislation, as well as the law “On Lawyers and Legal Activities”.
According to Article 26 of the Constitution, everyone has the right to defend their rights and freedoms by methods and means not prohibited by law. The state guarantees the protection of everyone's rights and freedoms. Moreover, Article 60 of the Constitution states that everyone has rights and freedoms are guaranteed to be protected administratively and in court. Also, Article 61 states that everyone has the right to receive high-quality legal assistance. In cases provided by law, legal assistance is provided free of charge at the expense of the state.
According to Article 67-1 of the Civil Procedural Code, persons with 1st and 2nd degree disabilities, who are disabled due to a 61-100 % violation of body functions and are not working, as well as persons with disabilities under the age of 18, are provided with a lawyer at the expense of the state budget.
Article 20 of the Law “On Lawyers and Advocacy” states that legal assistance provided by a lawyer to persons under administrative arrest, persons suspected or accused in criminal cases, and persons who do not have sufficient funds to pay for the services of a lawyer in court shall be provided by the state without any restrictions. The payment of the legal assistance provided by a recognized lawyer as the legal heir of the deceased victim is also provided at the expense of the state budget of the Republic of Azerbaijan, except for the cases where it is imposed on the convict by the court.
The fee to be paid to a lawyer who provides services to children who have been victims of s*xual exploitation or s*xual violence and who independently exercise their rights in the criminal process and who require free legal assistance, is provided at the expense of the state budget, except in cases where it is imposed on the convict by the court. The amount of legal aid paid at the state expense and the order of payment are determined by the relevant executive authority.
Thus, the existing legal framework in the field of the rights of persons with disabilities regulates many issues in this field, and the normative legal acts in force can be considered sufficient in general.
Recommendations for the improvement of legal framework on persons with disabilities
In the field of determination of disability:
- In the Code of Administrative Offenses, there should be an administrative fine in the form of an administrative penalty for incomplete and incorrect filling of the referral for the medical-social expert examination on the assessment of disability and for the refusal to determine the disability based on subjective considerations;
- According to the “Disability Assessment Rule”, the disability assessment must be completed within 10 working days, and in the event that additional investigation is required, within 15 working days. We consider that this period should be limited to a maximum of 10 working days;
- According to the “Disability Assessment Rule”, if there is a disability period of 15 years at different interest intervals, the disability is determined indefinitely during the next assessment. We consider that this period should be limited to 10 years;
- In case of refusal to determine the disability, the applicant must be given a reasoned answer along with the SMS notification;
- When an administrative appeal is filed against the refusal to assign the disability, a visual medical examination of the applicant must be conducted;
- The legal guarantees of prohibiting re-evaluation of the disability of persons assigned permanent disability should be increased;
- Legal guarantees of public control over the process of determining disability should be strengthened.
In the field of labor and employment:
- Employers should be given incentive privileges in order to provide employment for persons with disabilities (e.g., tax benefits, preferential business loans, etc.).
- Workplaces and specialized enterprises that meet the necessary standards should be created for persons with disabilities;
- State control over providing employment to persons with disabilities and ensuring their labor rights should be strengthened, as well as public control over this area should be increased;
- Sanctions for the violation of the labor rights of persons with disabilities should be strengthened, as well as responsibility for all acts related to the violation of the labor rights of persons with disabilities should be provided;
- A quota of 3 or 5 percent should be applied to certain state bodies and enterprises that are not subject to the quota for a certain period;
- Restrictions on granting loans to persons with disabilities of the first degree in the field of entrepreneurial activity should be removed, and state-guaranteed loans should be granted to persons with disabilities. People with disabilities should be given state- guaranteed loans;
- State programs on “Standards of workplaces for persons with disabilities” should be developed to create establishments that meet such standards. Practical restrictions on granting loans to people with group I disabilities in the field of entrepreneurial activity should be eliminated;
In the field of social securities:
- The legal guarantees of state and public control over the provision of social rights of persons with disabilities should be increased;
- There is a need to create a basis for providing housing to persons with disabilities of the I and II degrees who are disabled for general reasons and need housing;
- Model Rules for “Taking into account citizens who need to improve their housing needs in the territory of the Azerbaijan SSR and allocating residential areas”, which stipulates the requirement of permanent residence in those cities for 5 and 7 years regarding the inclusion in the housing registration of persons in need of housing in Baku and other large cities, and Regulations for “Accounting and distribution of citizens in need of improvement of housing conditions in Baku”, approved by the decision of the Council of People's Deputies of Baku City dated April 8, 1988, should be considered invalid.
- Responsibility for not ensuring the rights of persons with disabilities should be strengthened;
- Persons with I and II degrees of disability are exempted from tuition fees. Similarly, persons with III degree of disability should also be exempted from tuition fees by 50%;
- State-guaranteed loans should be given to people with disabilities;
- Preventive measures to eliminate the causes of disability should be strengthened;
- “YASHAT” Fund should also provide assistance to people who were injured in the war and did not receive a disability degree.
In the field of legal protection:
- Access to public and free legal aid for persons with disabilities and vulnerable groups in general should be facilitated and legal mechanisms should be defined. The amount of payment for legal aid service at the expense of state should be set at 18 manats per hour;
- Legal consulting centers that provide initial legal aid services to vulnerable groups at the expense of state should be created under the courts;
- Persons with I and II degrees of disability shall be exempted from state fees for notarial acts and fees for mediation applications;
- Persons with disabilities must be provided with an ASAN signature at the expense of state for sending electronic applications and complaints to the courts;
- The mechanism of access to legal aid for vulnerable people groups should be simplified and access to legal aid should be ensured at the short time period;
- Monitoring of court proceedings on appeals of persons with disabilities to courts should be carried out;
- Persons’ rights with disabilities, who are unaware of their rights and privileges and do not apply for the determination of disability in time, should be recognized and given the guarantees provided for them;
- Organisations engaging in persons with disabilities should be involved in the discussion of normative-legal acts on the rights of persons with disabilities;
- On civil and administrative cases, in addition to persons with disabilities of the first degree, persons with disabilities of the second and third degree should be provided with a lawyer in courts at the expense of state in civil.