02/07/2026
🇩🇪 Sommerschule 2026 🇩🇪
🌍 Böyük qürur hissi ilə bildiririk ki, yeniyetmə qrup iştirakçımız Sona Kərimli Sommerschule 2026 beynəlxalq yay məktəbində Azərbaycanı uğurla təmsil edib. Proqram 17–23 iyun tarixlərində Serbiyanın Petnitsa elmi-təqdiqat mərkəzində keçirilib.
🌱 Bir həftə ərzində müxtəlif ölkələrdən olan iştirakçılar ətraf mühitin qorunması, davamlı inkişaf və elmi tədqiqat mövzularında layihələr üzərində çalışıb, intensiv alman dili dərslərində iştirak edib, həmçinin App Camps (Hamburg) seminarının rəhbərləri ilə layihə işi həyata keçiriblər. Bununla yanaşı, onlar beynəlxalq mədəni mübadilə imkanından faydalanıblar. Bu proqram iştirakçılar üçün həm biliklərini inkişaf etdirmək, həm də dünyanın müxtəlif ölkələrindən olan gənclərlə tanış olmaq və təcrübə mübadiləsi aparmaq baxımından dəyərli fürsət olub.
Proqramın yüksək səviyyədə təşkilinə, gənclərə göstərdikləri dəstəyə və beynəlxalq təhsil mühitinin yaradılmasına görə Goethe-Institut Serbien və Goethe-Institut Georgien kollektivinə dərin təşəkkürümüzü bildiririk. ✨
——
🌍 Mit großer Freude teilen wir mit, dass unsere Jugendkursteilnehmerin Sona Karimli, Aserbaidschan bei der internationalen Sommerschule 2026 erfolgreich vertreten hat. Das Programm fand vom 17. bis 23. Juni im Forschungszentrum Petnica in Serbien statt.
🌱 Während einer Woche arbeiteten die Teilnehmerinnen und Teilnehmer aus verschiedenen Ländern gemeinsam an Projekten zu den Themen Umwelt, Nachhaltigkeit und Forschung. Darüber hinaus nahmen sie an intensiven Deutschkursen teil und arbeiteten im Rahmen der Projektarbeit gemeinsam mit den Seminarleiterinnen und Seminarleitern von App Camps (Hamburg). Außerdem sammelten sie wertvolle Erfahrungen im internationalen kulturellen Austausch. Das Programm bot eine hervorragende Gelegenheit, Wissen zu erweitern, neue Freundschaften zu schließen und Menschen aus verschiedenen Ländern kennenzulernen.
Ein herzlicher Dank gilt dem Goethe-Institut Serbien und dem Goethe-Institut Georgien für die hervorragende Organisation des Programms, die Unterstützung junger Talente und die Förderung eines internationalen Bildungsumfelds. ✨