28/12/2025
“3D Dizayn və Çap” modulu uğurla tamamlandı 🎉
Bu prosesdə uşaqlar yalnız texnologiya ilə tanış olmadılar, eyni zamanda öz yaradıcılıqlarını, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını da ortaya qoydular.
Hər dizayn onların zəhmətinin, diqqətinin və öyrənməyə olan marağının nəticəsidir 👏
Bu modulu uğurla bitirən bütün uşaqları əzmkar çalışmalarına və göstərdikləri bacarığa görə təbrik edirik ✨
02/12/2025
🎉 “Məktəblilər üçün Arduino” dərslərimizi uğurla başa vuran şagirdlərimizi təbrik edirik!
Şagirdlər dərs boyunca elektronika, sensorlar və kodlaşdırmanın əsaslarını öyrənərək öz ilk layihələrini yaratdılar. Hər birinin öyrənməyə olan marağı və səyləri həqiqətən təqdirəlayiqdir.
Bu nailiyyətlərə görə bütün şagirdlərimizi ürəkdən təbrik edirik və onlara gələcək layihələrində daha böyük uğurlar arzulayırıq! 🤗🚀🔧
Artıq yeni iştirakçıları qarşılamağa hazırıq!
Yeni qruplarımız dərslərə online şəkildə davam edəcək.
Qoşulmaq istəyənlər üçün qeydiyyat açıqdır. 🌐👩💻👨💻
01/11/2025
🚀 Hazırsan? Robotlarla gələcəyini qurmağa başla! 🤖
STEAMSPACE-də onlayn robototexnika və proqramlaşdırma dərsləri başlayır – evdən çıxmadan, rahat və əyləncəli!
✨ Öyrən, yarat, sına!
🌍 Dərslər azərbaycanca, rusca və ingiliscə tədris olunur.
⏱️ Vaxtınıza qənaət edərək, dərslərin keyfiyyətindən zövq alın!
🎯 Uşaqlar və yeniyetmələr üçün mükəmməl fürsət!
📩 Qeydiyyat açıqdır — texnologiya dünyasına ilk addımını at!
Məlumat üçün şərhlərə + yazın💥
26/09/2025
🔴 PCB Dizayn Dərsləri – Yeni Qrup Qeydiyyatı Açıqdır! 🔴
💡 Beynəlxalq standartlara uyğun PCB dizaynı
📂 Ge**er faylları və istehsala hazır layihələr
⚡ KiCad, EasyEda, Eagle və Altium müqayisəsi
🧪 Simulyasiya və test metodları
🎓 Bitirmə layihəsi və sertifikat
🚀 Karyera dəstəyi və portfel hazırlığı
👨🏫 Təlimçi: Fuad Ağayev – Elektronika Mühəndisi
📍 Məkan: STEAMSPACE İnnovasiya & Tədris Mərkəzi
📞 Əlaqə: 055 494 90 14
🌐 steamespace.az
⚡ Elektronika sahəsində peşəkar olmaq və öz PCB layihələrini istehsala çıxarmaq istəyənlər üçün ideal proqram!
15/09/2025
PCB Dizaynın sirlərini öyrən!
👨💻 7 illik təcrübəsi ilə Elektronika mühəndisi Fuad Ağayev sənə:
🔹 Altium
🔹Allegro (OrCAD)
🔹 Cadence
🔹 PSpice
🔹 KiCad
🔹 EasyEDA
ilə peşəkar dizayn sirlərini paylaşacaq!
📅 26 Sentyabr, Cümə
⏰ 18:30 – 20:00
📍 SteamSpace İnnovasiya və Tədris Mərkəzi
💥 İştirak tamamilə pulsuzdur!
⚡ Öz IoT və hardware layihələrini yaratmaq istəyirsənsə, bu workshop-u qaçırma!
📞 055 494 90 14
🌐 steamspace.az
📩 Qeydiyyat üçün şərhə "+" yazın və ya bio-dakı linkdən qeydiyyatdan keçin!
10/09/2025
💻 "Mən vebsayt yaza bilmərəm" düşüncəsini kənara qoy!
WordPress dərsləri ilə sən də asanlıqla öz saytını hazırlaya biləcəksən.
Bizimlə sıfırdan öyrən və peşəkar veb sayt hazırla! 🌐✨
🔥 Sadə, sürətli, effektiv öyrənmə imkanı!
📍 Ətraflı məlumat və qeydiyyat: 055 494 90 14
02/09/2025
📅 Elektronika dərslərimiz başlayır. Dərslər Fuad müəllimin təqdimatında 16 yaşdan yuxarı hərkəs üçün uyğundur. Ətraflı məlumat və ya qeydiyyatdan keçmək üçün bizə yazın!
📞 Əlaqə: 055 494 90 14
🌐 steamspace.az
📍Gənclik m/s, Həsən Əliyev 90
01/09/2025
📢 STEAMSpace Arduino Yarışması🚀
👧👦 Yaş aralığı: 8–13 yaş
⏰ Müddət: 1 saat
📍 Məkan: STEAMSpace İnnovasiya və Tədris Mərkəzi
Arduino ilə öz bacarığını sınamağa hazırsan? ⚡
Yarışma zamanı 30 dəqiqə ərzində sənə verilən sürpriz tapşırığı həll edib işlək layihə qurmalısan!
🧰 Özünüzlə aşağıdakı modulları gətirməlisiniz:
-Arduino UNO
-Servo motor (SG90 və ya oxşarı)
-LED + 220Ω rezistor
-Breadboard
🏆 Qiymətləndirmə meyarları:
-Sürət ⏱️
-Stabillik ⚙️
-Optimal kod 💻
Qeydiyyat linki: https://forms.gle/5bfX7wwEScoZE5meA
Qaliblərə sertifikat və 1 aylıq ödənişsiz kupon təqdim olunacaq 🎁
🏢 STEAM Space Tədris Mərkəzi
🌐 steamspace.az
✉️ [email protected]
#️⃣ Instagram, Facebook
📱 +994 55 494 9014 (Whatsapp)
📍 Gənclik m/s, Həsən Aliyev 90 (xəritədə yerimiz)
25/08/2025
✨ Açıq Qapı Günü ✨
Robototexnika və STEAM dünyasına marağınız var? 🚀
📅 Tarix: 28 Avqust
📍 Məkan: STEAMspace İnnovasiya və Tədris Mərkəzi
⏰ Saat: 11:00-dan 15:00-dək gələ bilərsiniz.
👨👩👧 Bu gündə valideynlər və uşaqlar kursumuzun mühitini yaxından görə biləcək, laboratoriyamızla tanış ola biləcək, həmçinin dərslərimizə canlı şəkildə baxmaq imkanı əldə edəcəklər.
🎉 İştirak tamamilə pulsuzdur, amma yerlər məhduddur!
👉 Qeydiyyat üçün link :https://forms.gle/j2mep9RwFPAZvt1y7
23/08/2025
🎉 STEAMSPACE-də keçirilən workshop uğurla baş tutdu!
Təlimçi Fuad Ağayevin təqdimatında əməliyyat gücləndiriciləri mövzusunu nəzəri cəhətdən araşdırdıq və iştirakçılar yeni biliklər əldə etdilər.
İştirak edən hər kəsə təşəkkür edirik 💡
👉 Növbəti workshoplarımızda iştirak etmək istəyirsənsə, bizi izləməyə davam et! 🚀
19/08/2025
Texnologiya və elmin sürətli inkişaf etdiyi dövrdə, təhsil yanaşmaları da təkcə riyaziyyat və fizika bilikləri ilə məhdudlaşmamalıdır. Məhz bu səbəbdən, son illər daha çox diqqət çəkən STEAM təhsili – STEM (Science, Technology, Engineering, Mathematics) modelinə Arts (İncəsənət) elementinin əlavə olunması – ön plana çıxır.
Real dünya problemləri təkcə elmlə həll olunmur – dizayn, estetika, ünsiyyət də vacibdir.
İncəsənət, tələbələrin daha geniş düşünməsi və innovativ həll yolları tapması üçün vasitədir.
STEAM-in məqsədi təkcə texniki biliklər vermək deyil, həm də yaradıcılıq, tənqidi düşüncə və estetik yanaşmanı inkişaf etdirməkdir. Bu modelə əsaslanan dərslərdə şagirdlər robot hazırlamaqla yanaşı, onun dizaynını və funksionallığını da düşünürlər.
Əslində, real dünya problemləri yalnız məntiq və elmlə həll olunmur – onların göz oxşayan, istifadəçi yönümlü və emosional baxımdan qəbul edilə bilən olması da vacibdir. Elə buna görə də, STEAM təhsili şagirdləri sadəcə mühəndis yox, həm də yaradıcı problem həll edən fərdlərə çevirir.
Gələcəyin mühəndisləri, dizaynerləri və ixtiraçıları üçün, elmlə incəsənətin bir arada öyrədildiyi bir təhsil modeli artıq lüks deyil – zərurətdir.
🎨 “A” hərfi nəyi dəyişir?
STEM şagirdə texniki problem həll etməyi öyrədir.
STEAM isə ona həm də bu problemi necə maraqlı, estetik və yaradıcı həll etməyi göstərir.
Məsələn:
STEM: Günəş enerjisi ilə işləyən avtomobil hazırlamaq.
STEAM: Həm günəş enerjisi, həm də ağıllı dizayn, rəng seçimi, istifadəçi rahatlığı ilə bu avtomobili estetik bir layihəyə çevirmək.
🌟 Gələcəyin dili: Elmi + İncəsənət
STEAM təhsili bizə öyrədir ki, robot düzəltmək kifayət deyil – onu insana yaxın, gözəl və istifadəyə uyğun etmək də bir bacarıqdır. Bu da incəsənətin gücü ilə mümkündür.
Texnologiya ruhsuz qaldıqda, onun təsiri məhdud olur. STEAM bu texnologiyaya ruh verir, ilham verir, həyat verir.
STEAM – gələcəyin təhsil modeli deyil. İndinin də, sabahın da ehtiyacıdır.
Uşaqlara sadəcə necə kod yazmağı yox, həmin kodla nəyi ifadə edə biləcəklərini öyrədir. Və bu, əsl dəyişimin başlanğıcıdır.