Azerbaycan Universitetleri tanitimi

Azerbaycan Universitetleri tanitimi

Share

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət
və özəl Universitetləri və orta ixtisas məktəblərini abituriyentərə tanıtmaq.

13/03/2025
Photos from Azərbaycan Dövlət Pedaqoji Universiteti's post 09/03/2025
15/08/2023

2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün imtahan vermiş abituriyentlərin ixtisas seçimi başlayır

2023/2024-cü tədris ilində bakalavriat səviyyəsi üzrə təhsil müəssisələrinə qəbul olunmaq üçün imtahan vermiş abituriyentlərin ixtisas seçimi avqustun 16-dan 28-dək internet vasitəsilə aparılacaq.

Dövlət Gömrük Komitəsinin Akademiyası ixtisas seçimində iştirak edən bütün abituriyentlərə uğurlar arzulayır!

17/02/2023

05 mart 2023-cü il tarixində Vətən müharibəsi şəhidi, müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar – Riyaziyyat və Məntiq” yarışı təşkil olunacaqdır.
📌 Orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5, 6, 7, 8-ci sinif şagirdləri arasında keçiriləcək bilik yarışında iştirakçılar 60 dəqiqə ərzində onlara təqdim olunan 30 qapalı sualı cavablandıracaqlar. Qaliblər “Fəxri fərman” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Yarışda iştirak etmək istəyən şagirdlər Hədəf Kurslarının filiallarına yaxınlaşaraq buraxılış vərəqəsi əldə edə bilərlər.
📌Hədəf Qlobalın təsisçisi olduğu yarışın bu ilki buraxılışının təşkilatçıları Xəzər Universiteti və Hədəf Şirkətlər Qrupudur.

25/07/2022

26 iyul 2022-ci il tarixində saat 15:00 da Akademiyaya qəbul və ixtisas seçimi ilə bağlı abituriyentlərin suallarını cavablandırmaq üçün Akademiyanın facebook səhifəsi üzərindən canlı yayım təşkil ediləcəkdir.

21/07/2022

Hədəf Kursları Xırdalan filialı məzunu 700 bal toplamış, Jalə Məmmədova – İlin tələbəsi seçilmişdir❗️

✔️Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasında təhsil almış və beş il ərzində Prezident təqaüdünə layiq görülmüşdür.

✔️Transmilli şirkətlərin birində çalışmaq üçün təklif alıb. Lakin bu təklifdən imtina edib və magistratura təhsili almaq niyyətindədir. Almaniyanın bir neçə universitetindən təqaüd təklifi alıb.

Hədəf Kursları adından Jalə Məmmədovanı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik

Photos from Şəmil Sadiq's post 11/03/2022
24/11/2021

🏆 MÖHTƏŞƏM MÜKAFAT🏆
Olimpiadada iştirak et, 1 illik TƏQAÜD QAZAN!
🇦🇿 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə 5 Dekabr 2021-ci ildə Olimpiada keçiriləcəkdir.

⭐2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il XI buraxılışı düzənlənən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir.

⚛️ Layihənin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

📍“Fənlərin Dostluğu Olimpiadası”nın builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində və Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında təşkil olunacaqdır.

🕜 Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar.

📌 Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.
🌐 Şagirdlər olimpiadanın rəsmi saytında onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər : http://inteqrasiya.az/qeydiyyat/

🎁 “Fənlərin Dostluğu Olimpiadası”nda iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

✨ Olimpiada Azərbaycan Texniki Universiteti, Hədəf STEAM Liseyi və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə baş tutacaqdır.

🤝 Olimpiadanın dəstəkçiləri: Medika Hospital, Eduhek, SinKod, Hədəf Global, Robotzade və Kitabevim.az kitab mağazaları şəbəkəsidir.

ℹ️ Layihənin informasiya dəstəkçiləri: azedu.az, Ustad dərgisi, senet.az portalıdır.

Photos 11/08/2021

Respublikanın qabaqcıl kolleclərindən olan Astara Pedaqoji Kolleci sizi oxumağa dəvət edir.
Ən gözəl ixtisaslar, ən gözəl şərait, ən yaxşı müəllimlər sizin xidmətinizdədir

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Tbilisi Pr. 72
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00