01/05/2026
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2016-cı il tarixli 431 nömrəli qərarı ilə və rasionallaşdırılma barədə Təhsil Nazirliyinin 02.08.2017-ci il tarixli 233 saylı əmrinə əsasən ümumilikdə 8 mərkəzin birgə bazasında yaradılaraq (Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Di
01/05/2026
30/04/2026
XI Ekoloji Forum çərçivəsində gənc ekoloqlar Mərkəzi Nəbatat Bağında birlikdə təbiəti kəşf ediblər.
30 aprel 2026-cı il tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşkilatçılığı və Mərkəzi Nəbatat Bağının əməkdaşlığı ilə XI Ekoloji Forum keçirilib. Tədbir Bakı şəhərində yerləşən Mərkəzi Nəbatat Bağında baş tutub.
RUGİM və EkoSfera tərəfindən 2015-ci ildən etibarən “Yaşıl Şəbəkə” ekoloji-maarifləndirmə proqramı çərçivəsində hər il 30 aprel tarixində keçirilən Ekoloji Forum artıq 10 ildir ki, ölkənin müxtəlif bölgələrindən olan ekoklub üzvlərinin bir araya gəldiyi, bilik və təcrübə mübadiləsi apardığı mühüm platforma kimi tanınır. Bu ilki forumda Bakı və regionlardakı ümumtəhsil müəssisələrindən olan ekoklublardan 100-ə yaxın ekoklub lideri forumda iştirak edib.
Qeyd etmək lazımdır ki, 2015-ci ildən bu günə qədər keçirilən forumlar çərçivəsində isə regionlar da daxil olmaqla 3000-dən artıq ekoklub fəalı bu platforma ilə bir araya gələrək ekoloji bilik və təcrübə mübadiləsi aparıb.
Forumun əsas məqsədi uşaq və gənclərdə ekoloji şüurun formalaşdırılması, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə onların bilik və bacarıqlarını artırmaq, həmçinin ölkə üzrə ekoklub üzvləri arasında şəbəkə qurmaq və təcrübə mübadiləsini təmin etməkdən ibarət olub.
Forumun açılışında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, "EkoSfera" Ekoloji-Sosial Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə iştirakçıları salamlayaraq forumun əhəmiyyətini vurğulayıb, "Yaşıl Şəbəkə" proqramının 10 illik yolunu qeyd edərək ekoklub hərəkatının inkişafında uşaq və gənclərin roluna xüsusi diqqət çəkib.
Mərkəzi Nəbatat Bağının direktor müavini Gülşən Cəfərova isə öz salamlama nitqində tədbirin məhz təbiət mühitində keçirilməsinin əhəmiyyətini qeyd edib. Mərkəzi Nəbatat Bağının ekoloji maarifləndirmə və elmi-tədqiqat baxımından mühüm rol oynadığını qeyd edərək, gənclərin bu kimi praktiki fəaliyyətlərdə iştirakının onların təbiətə bağlılığını daha da gücləndirdiyini bildirib.
Forum bu il ekoklub liderlərinin il ərzində həyata keçirdikləri fəaliyyətlər üzrə illik hesabatların təqdimatı və “Botaniki Marşrut — Kəşfiyyatçıların Oyunu” adlı interaktiv tədqiqat tapşırığı üzərində qurulub.
Forumda Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayevin adından iştirakçılara kitablar hədiyyə edilib, ekoklub liderlərinə isə sertifikat və hədiyyələr təqdim olunub.
“Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində keçirilən XI Ekoloji Forum uşaq və gənclərin təbiətə olan marağını artırmaq, onları yalnız nəzəri biliklərlə deyil, həm də praktiki tədqiqat bacarıqları ilə aktiv tədqiqatçı kimi yetişdirmək və ölkə üzrə ekoklub hərəkatını daha da gücləndirməyə töhfə verməklə missiyasını uğurla yerinə yetirib.
29/04/2026
Dağ İdman Klublarının Açıq çempionatının ikinci mərhələsi çərçivəsində, Nabran ərazisində yerləşən Samur-Yalama Milli Parkının meşə zonasında səmti müəyyənetmə üzrə yarışlar keçirilmişdir.Yarışda müxtəlif yaş qruplarını təmsil edən 130-dan çox idmançı, o cümlədən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri iştirak etmişdir.
Yarışın nəticələrinə əsasən, yeniyetmələr arasında Əli Əliyev gümüş medala (ikinci yerə) layiq görülmüşdür.Qızlar arasında Mehriban Salehzadə birinci yeri qazanmışdır.16 yaşadək idmançıların kateqoriyasında isə Mələk Salehzadə və Aleksandr Fedin üçüncü yeri tutmuşlar.
27/04/2026
27/04/2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə - Eco-Schools” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Ekoerudit” ekoklub üzvlərinin, iştirakı ilə “Yaşıl məktəb-gələcəyin məktəbidir” mövzusunda məktəb konfransı keçirilib.
Tədbirin əsas məqsədi dayanıqlı şəhərsalmada ekoloji yönümlü yaşıl məktəblərin rolu, müasir ekoloji tələblər, enerji və su resurslarının qənaətli istifadəsi, tullantıların azaldılması sahəsində məktəblilərin məlumatlandırılması, sağlam həyat tərzinin və ekoloji mədəniyyətin təbliğ edilməsidir.
Ekoklub üzvləri “Yaşıl məktəb-gələcəyin məktəbidir”, “Su-həyatdır”, “Yaşıl məktəb yeməkxanası”, “Yaşıl dizayn” mövzusunda təqdimatlarla çıxış ediblər. Gənc ekoloqlar proqram çərçivəsində məktəbdə enerji və su sərfiyyatı üzrə monitorinqin nəticələri, ibtidai və yuxarı sinif şagirdləri arasında elektrik enerjisindən və sudan düzgün istifadəyə dair sorğu və müraciətnamələr, məktəb yeməkxanasında qida təhlükəsizliyi və ekoloji təmiz qida məhsullarına aid tədbirlər, plastik tullantıların təkrar emalından hazırladıqları yaradıcılıq işləri, otaq bitkilərindən yaradılan yaşıl guşələr barədə məlumat veriblər.
Məktəbin direktoru Leyla Fətiyeva, RUGİM-in direktor müavini, b.ü.f.d. Lalə Dadaşova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Rəvanə Məmmədova öz çıxışlarında məktəbin bütün şagirdlərinin bu təşəbbüsdə iştirakının vacibliyini vurğulayıblar. Konfrans iştirakçıları məktəbin həyətində Yer kürəsinə aid nəhəng plakatı canlandıraraq hər kəsi planetimizdəki unikal həyatı, təbii resursları və canlılar aləmini qorumağa səsləyiblər.
Qeyd olunmalıdır ki, “22 aprel – Yer Günü” ilə əlaqədar ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin azaldılmasına, alternativ enerji mənbələrinə, yaşıllıqların artırlmasına həsr olunan silsilə tədbirlərdə məktəbin 1-6-cı sinif şagirdləri təqdimatlar, rəsmlər və plakatlar vasitəsilə ekoloji bilik və bacarıqlarını, ətraf mühitə, təbii sərvətlərə qayğıkeş və məsuliyyətli münasibətlərini geniş nümayiş etdiriblər.
24/04/2026
ADA Universitetinə maarifləndirici ekskursiya
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşəbbüsü ilə “Eko-Məktəblər Azərbaycan” proqramı çərçivəsində məktəblilər üçün ADA Universitetinə maarifləndirici ekskursiya təşkil olunub.
Bakı şəhəri üzrə "Yaşıl Şəbəkə" ekoloji maarifləndirmə proqramına daxil olan ümumtəhsil müəssislərinin 9–11-ci siniflərdə təhsil alan ekoklub üzvləri ekskursiyada iştirak edib. Şagirdlər ADA Universitetinin kampusu ilə tanış olub, Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin (SAFS) fəaliyyəti, müasir aqrar və qida sistemləri, dayanıqlı inkişaf və ekoloji yanaşmalar barədə ətraflı məlumat əldə ediblər.
Səfər zamanı məktəblilər ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Siyasəti üzrə dekanı, professor Matteo Vittuari ilə də tanış olub, onun dayanıqlı qida sistemləri, elmi yanaşmalar və gənclərin bu sahədə rolu barədə çıxışını dinləyiblər.
Ekskursiya çərçivəsində SAFS laboratoriyaları ilk dəfə olaraq ekoklub üzvləri üçün təqdim olunub. Universitet mühitində keçirilən təqdimatlar və interaktiv müzakirələr şagirdlərin elmə, tədqiqata və gələcək ixtisas seçimlərinə marağını əhəmiyyətli dərəcədə artırıb.
22/04/2026
“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Mənim irsim danışır” respublika müsabiqəsi uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi uşaq və gənclərin Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə daha yaxından tanışlığını təmin etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və milli dəyərlərə bağlılığını gücləndirməkdən ibarət olub.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı məsləhətçisi Xanım Həsənova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Əminə Məlikova, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Bəyaz Sadıxova, Azərbaycan Milli İncəsənət Muzeyinin Kütləvi işlər üzrə direktor müavini Nəzrin Şirinova, “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin direktoru Firuzə Sultan-zadə, tarix üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Fikrət Abdullayev iştirak ediblər.
18 Aprel – Beynəlxalq Abidələr Gününə həsr olunan müsabiqəyə ölkənin müxtəlif bölgələrindən 600-dən çox video təqdim edilib, seçilən ən yaxşı 60 iş final mərhələsində iştirak hüququ qazanıb. İştirakçılar göllər, qalalar, körpülər, karvansaraylar, tarixi abidələr və təbiət obyektləri haqqında hazırladıqları yaradıcı videolar vasitəsilə milli irsimizi fərqli və maraqlı təqdimatla nümayiş etdiriblər.
Müsabiqə çərçivəsində iştirakçıların işləri “Sükutun dili: Bölgəmin gölü”, “Keçmişə körpü: Tarixi körpünün səsi”, “Əbədi növbətçi: Qalanın dili”, “Karvanların yolu: Karvansarayın xatirələri”, “Daşların sirri: Tarixi abidənin söhbəti” və “Təbiətin nəfəsi: Dağ, meşə və şəlalənin dili” nominasiyaları üzrə hazırlanaraq təqdim edilib.
Qaliblər münsiflər heyəti tərəfindən maket və orijinala bənzərlik, obyektin öz dili ilə təqdim olunması, təqdimat bacarığı və səsləndirmə, mövzuya uyğunluq və dərinlik, texniki keyfiyyət və estetik görünüş meyarları əsasında müəyyən edilib. Qaliblər diplom və mükafatlarla təltif olunublar.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilən bu müsabiqə ölkənin zəngin memarlıq irsinin və tarixi abidələrinin gənc nəslə tanıdılması baxımından xüsusi aktuallıq kəsb edir və milli irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə uyğun olaraq reallaşdırılıb.
“Mənim irsim danışır” layihəsi gənc nəslin milli kimlik şüurunun formalaşmasına, onların tarixi-mədəni dəyərlərə marağının artırılmasına və yaradıcı potensialının üzə çıxarılmasına mühüm töhfə verib.
Qeyd edək ki, paytaxtla yanaşı, respublikamızın regionlarını, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrini əhatə edən bu layihə gənclərin milli-mədəni irsimizə bağlılığının və yüksək marağının əyani göstəricisidir.
22/04/2026
18 Aprel — Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə RUGİM-in dəyərli əməkdaşları Səlimə Allahverdiyeva və Mətanət Rzayeva gənc nəslin təlim-tərbiyəsi sahəsindəki səmərəli xidmətlərinə və təşkil edilən tədbirlərdəki fəal iştirakına görə təşəkkürnamə ilə təltif edildilər.
Sizi ürəkdən təbrik edir, hər birinizə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq!
22/04/2026
2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Xətai rayon Humanitar fənlər təmayüllü liseyin “Ekoklub” rəhbəri Fərəh Mehdiyeva tərəfindən Şirvanşahlar Sarayı Kompleksinə və Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur.
22/04/2026
🌍 Bu gün — 22 Aprel, Yer Günü!
Hər il 22 aprel tarixində qeyd olunan Dünya Yer Günü, ətraf mühitin qorunması, dayanıqlı inkişaf və ekoloji məsuliyyət mövzularında ictimai şüurun artırılmasına həsr olunmuş beynəlxalq bir təşəbbüsdür.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və "EkoSfera" Ekoloji-Sosial Mərkəzi olaraq uşaq və gənclər arasında ekoloji maarifləndirməni əsas fəaliyyət istiqamətlərindən biri kimi davam etdiririk.
Yer Günü ilə bağlı 5 mühüm fakta dair infoqrafikamıza nəzər yetirməyə çağırırıq. Məlumatı ətrafınızdakılarla bölüşmək də dəyişimə töhfədir. 💚
20/04/2026
17 aprel 2026-cı il tarixində “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında görkəmli alim Lütfi Zadənin 105 illik yubileyinə həsr olunmuş “Rasional zəka” adlı məntiq olimpiadası keçirilmişdir.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin danışıq klubu dərnəyinin üzvü Hadızadə Cəlal olimpiadada II yerə layiq görülmüşdür.
Yarışın keçirilməsində əsas məqsəd dərnək üzvlərində analitik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti yaratmaqla uşaqların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, eləcə də onların maraq dairəsini və intellektual səviyyəsini yüksəltməkdən ibarətdir.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Sona Vəlixan Küç. 3 (Prezident Administrasiyası Ilə üzbəüz)
Baku
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 17:00 |