Bakı Slavyan Universiteti İnsan Resursları Mərkəzi

Bakı Slavyan Universiteti İnsan Resursları Mərkəzi

Share

Bakı Slavyan Universiteti İnsan Resursları Mərkəzi

31/10/2025

🔹Bakı Slavyan Universiteti (BSU) İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinə “İKT mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

▶️Vəzifə öhdəlikləri:
• İstifadəçilərə texniki (Help Desk) dəstək göstərmək;
• Kompüter, printer, proyektor, IP-kamera və digər avadanlıqların quraşdırılması və sazlanması;
• Tədris auditoriyalarında və inzibati otaqlarda avadanlıqların fasiləsiz işləməsini təmin etmək;
• Tədbirlərin (konfrans, seminar, təqdimat və s.) keçirilməsi zamanı İT dəstəyi göstərmək;
• Windows əməliyyat sistemlərinin və ofis proqramlarının(MS Office və s.) quraşdırılması, sazlanması və yenilənməsi;
•Lokal şəbəkə xətlərinin çəkilməsi, LAN/Wi-Fi qurğularının sazlanması və idarə olunması;
• Şəbəkə avadanlıqları (switch, router və s.) və IP ünvanların işləmə prinsipi üzrə texniki problemlərin həlli;
• Server, IP telefoniya və digər daxili sistemlərin işinə nəzarətvə ilkin texniki xidmət.
Namizəd üçün tələblər:
• Ali texniki təhsil (İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və s.)
• Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
• Kompüter, şəbəkə və avadanlıq problemlərinin diaqnostikası və aradan qaldırılması bacarığı;
• Windows əməliyyat sistemləri və ofis proqramları üzrə biliklər;
• Şəbəkə avadanlıqları (router, switch, firewall və s.) ilə işləmə bacarığı
• Cisco və ya digər şəbəkə avadanlıqları haqqında ilkin biliklər üstünlük sayılır;
• Məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığına malik olmaq;
• Universitet mühitinə uyğun etik davranış və kommunikasiya mədəniyyəti.
 
🗓️Son müraciət tarixi: 10.11.2025-ci il
 
📌Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində, elektron poçt vasitəsilə mövzu qismində“İKT mütəxəssisi” qeyd olunaraq “[email protected]” ünvanına göndərilməlidir.

08/07/2025

Bakı Slavyan Universiteti Maliyyə departamentinin mühasibat uçotu şöbəsinə mühasib (mal-material üzrə) və aparıcı mühasib vəzifələri üzrə vakansiya elan edir.

Mühasib(mal-material üzrə) vəzifəsinə olan tələblər:
• Təhsil: Maliyyə, iqtisadiyyat, mühasibatlıq sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi.
• Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəsi.
• ERP sistemlərində (1C) işləmək bacarığı üstünlükdür.
• Hesablaşma sistemləri, maliyyə qanunvericiliyi, mühasibat uçotu haqqında bilik.

Vəzifə bacarıqları:
* Mal-materialların düzgün uçotunu aparmaq.
* Anbar əməliyyatlarını izləmək və sənədləşdirmək.
* Mal-materialların qəbul, silinmə, köçürmə əməliyyatlarını düzgün rəsmiləşdirmək.
* Müvafiq hesabatları vaxtında hazırlamaq və rəhbərliyə təqdim etmək.
* Anbar qalıqlarını daim nəzarətdə saxlamaq,
* ⁠Əsas vəsaitlərin uçotunu aparmaq

Aparıcı mühasib vəzifəsinə olan tələblər:
Təhsil: Maliyyə, iqtisadiyyat, mühasibatlıq sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi, peşəkar mühasib sertifakatı
• Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi.
• ERP sistemlərində (1C) işləmək bacarığı üstünlükdür.
• Hesablaşma sistemləri, maliyyə qanunvericiliyi, mühasibat uçotu haqqında bilik.
Son müraciət tarixi: 18.07.2025-ci il

Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində, mail-də mövzu qismində “Muhasibat uçotu şöbəsinə mühasib və aparıcı mühasib” qeyd olunaraq
[email protected]” ünvanına göndərilməlidir.

02/07/2025

📢BSU-da vakansiya
 
🎯 Bakı Slavyan Universiteti “Sayt administratoru” vəzisi üzrə vakansiya elan edir.
 
🔹 Vəzifə öhdəlikləri:
• Rəsmi veb saytın fəaliyyətinə daimi nəzarət etmək;
• Saytdakı məlumatların mütəmadi yenilənməsini təminetmək;
• Saytın funksionallığının artırılması məqsədilə təkliflərhazırlamaq və tədbirlər təşkil etmək;
• Mövcud səhvlərin və texniki uyğunsuzluqların aradanqaldırılması;
    • Kontent və struktur baxımından səhifənin inkişafetdirilməsi istiqamətində layihələr irəli sürmək;
• İstifadəçilərin suallarını və texniki müraciətlərinicavablandırmaq;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları operativşəkildə icra etmək.
 
🔹Tələb olunan bilik və bacarıqlar:
• Veb-saytların qurulması və idarə olunması üzrə təcrübə(WordPress, Joomla və ya oxşar   CMS-lərlə işləməbacarığı);
• HTML, CSS, JavaScript dilləri üzrə əsas biliklər;
• Hosting və domen idarəetməsi haqqında anlayış;
• Saytın texniki baxımdan işləkliyinə nəzarət və problemlərinaradan qaldırılması bacarığı;
• Kontentin (mətn, şəkil, video və s.) yerləşdirilməsi və strukturlaşdırılması;
• SEO üzrə əsas anlayışlar (açar söz yerləşdirmə, meta təsvirlər və s.);
• Sayt təhlükəsizliyi və ehtiyat nüsxələrin yaradılması üzrəanlayış;
• Adobe Photoshop, Canva və ya digər qrafik redaktorlarlaişləmə bacarığı (vizual kontent hazırlamaq üçün);
• Analitik düşünmə və təşəbbüskar yanaşma;
• Azərbaycan dilində sərbəst yazı bacarığı, rus və ingilis dilibilikləri üstünlük sayılır.
 
📄 İş şərtləri:
• İş qrafiki: Tam iş günü (5 iş günü)
• İş saatları: 09:00 – 18:00
• Nahar fasiləsi: 13:00 – 14:00

📧 Müraciət qaydası: 
Maraqlanan şəxslər CV-lərini Azərbaycan dilində tərtibedərək, mövzu hissəsində “Sayt  administratoru” qeyd etməklə, 9 iyul 2025-ci il tarixinədək [email protected] elektron poçt  ünvanına göndərə bilərlər.

16/01/2025

📣 Bakı Slavyan Universiteti Magistratura və Doktorantura şöbəsinə rəhbərlik edəcək yüksək ixtisaslı və gələcəyə baxışı olan lider axtarır.

❗️Namizədə olan tələblər:

− Doktorantura səviyyəsində təhsil (elmi dərəcə üstünlükdür).
− Ali təhsil sahəsində ən azı 5 illik iş təcrübəsi, o cümlədən rəhbər vəzifələrdə iş təcrübəsi üstünlükdür.
− Təşkilatçılıq, liderlik və strateji idarəetmə bacarıqları.
− Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.
 
‼️ Vəzifə öhdəlikləri:

-Doktorantura və magistratura təhsil proqramlarının planlaşdırılması, həyata keçirilməsi və keyfiyyətinə nəzarət.
− Doktorant və magistrantların tədqiqat fəaliyyətlərinin koordinasiyası və inkişafına dəstəyin göstərilməsi.
− Universitetin Elmi-tədqiqat strategiyasına uyğun olaraq şöbənin fəaliyyətinin təşkili.
− Beynəlxalq və yerli akademik tərəfdaşlarla, sənaye liderləri və tədqiqat təşkilatları ilə əməkdaşlıq əlaqələrini  genişləndirilməsi.
− Təhsil və tədqiqat sahəsində yenilikləri, Azərbaycan Respublikasının bu sahədə normativ-hüquqi aktlarını izləmək və universitetin fəaliyyətində tətbiq etmək.
− Doktorantura və magistratura proqramlarında müxtəliflik, inklüzivlik və bərabərliyi təşviq etmək.

❗️İş şərtlərimiz:

- İş qrafiki: Tam iş günü (5gün)
- İş saatları: 09:00-18:00, 13:00-14:00  nahar fasiləsi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Son müraciət tarixi: 31.01.2025-ci il

‼️ Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində yazılmalı, e-poçtun mövzu hissəsində “Magistratura və Doktorantura şöbəsinin müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərilməlidir.

30/05/2024

Bakı Slavyan Universiteti “Ödənişli təhsilin və təqaüdlərin uçotu bölməsinin mühasibi” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:
• İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalvr dərəcəsi, magistr dərəcəsi isə arzuolunandır.
• Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 1 il iş təcrübəsi
• Azərbaycan dilini əla səviyyədə bilməli;
• Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və.s digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq
• MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı;
• Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq;
• ⁠İş şərtlərimiz:
• İş qrafiki: Tam iş günü (5 gün)
• İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi
• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.CV-lər azərbaycan dilində, mail-da mövzu qismində “Ödənişli təhsilin və təqaüdlərin uçotu bölməsinin mühasibi”qeyd olunaraq “[email protected]” ünvanına göndərilməlidir.

25/12/2023

Bakı Slavyan Universiteti “laborant” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:
•Ali təhsil;
•Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
• MS Office üzrə biliklər;
• Ünsiyyətcillik,komanda ilə işləmək bacarığı, analitik düşünmə qabiliyyəti;
• Dil bilikləri: rus,ingilis və s dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcəkdir;
• Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;

Namizəd bilməlidir:
• Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
• Elm və təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
• Elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunmasını;
• Ali məktəb pedaqogikasını və psixologiyasını, metodiki tövsiyələri, tədris plan və proqramlarının tərtibini;

Vəzifə və öhdəlikləri:
- Kafedranın bütün idarə və təşkilati işlərinə cavabdehdir;
- Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak etmək;
- Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə köməklik göstərmək;
- Kafedrada keçiriləcək dərslərin qrafikini tənzimləmək;
- Kafedra iclaslarının protokollarını hazırlamaq;
- Kafedrada keçiriləcək açıq dərslərin qrafikini tənzimləmək;
- Kafedra əməkdaşlarının fərdi təqvim planlarının və sillabuslatının forma 5 hazırlanmasının və təhvil verilməsini təşkil etmək;
- Müəllimlərin aylıq davamiyyət tabelini hazırlamaq;
- İmtahan sessiyasında keçiriləcək imtahan suallarının və biletlərinin vaxtında hazırlanmasında və dekanlığa təhvil verilməsinə nəzarət etmək.

İş şərtlərimiz:
• İş qrafiki: Tam iş günü (5 gün)
• İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi
• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Qeyd:
1. Namizədlərin seçimində Bakı Slavyan Universitetinin məzunlarına üstünlük veriləcəkdir.
2. Yalnız vakansiyanın göstərilən tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər azərbaycan dilində, mövzu hissəsində “laborant” qeyd olunaraq 15.01.2024-cü il tarixinədək “[email protected]” ünvanına göndərilməlidir.

14/12/2023

Bakı Slavyan Universiteti “Akademik məsləhətçi (tyutor)” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:
* Ali təhsil;
* Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzu olunandır;
* Xarici dil bilikləri olanlara üstünlük veriləcəkdir;
* MS Office proqramları ilə işləmə bacarığı;
* Komanda ilə işləmək bacarığı, analitik düşünmə qabiliyyəti;

Namizəd bilməlidir:
* “Təhsil haqqında” və “Elm haqqında”Azərbaycan Respublikasının qanunları və əmrləri;
* Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
* Tələbələrlə davranış qaydalarını və onlarla işin psixoloji xüsusiyyətlərini;

Vəzifə və öhdəlikləri:
* Yeni qəbul olunan tələbələrin kredit sistemi ilə əlaqədar məlumatlandırılması;
* Fərdi Tədris Planlarının hazırlanması, FTP-lər əsasında akademik fənn, laboratoriya qrupların yaradılması;
* Tələbələrin şəxsi vərəqələrinin tərtibi, şəxsi məlumatlarının bazaya köçürülməsi;
* Tələbələrin ixtisas təcrübəsinin təşkili ilə bağlı sənədləşmənin hazırlanmasında iştirak etmək;
* Sessiya imtahanlarının təşkilində iştirak etmək və imtahanların gedişinə nəzarət etmək;
* Akademik borclarla bağlı məlumatların emal edilməsi və cədvəl formasında hazırlanması;
* İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil etmək və tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir;
* Transkript formalarının hazırlanması və çap olunması;


İş şərtlərimiz:
* İş qrafiki: Tam iş günü (5 gün)
* İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi
* Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Qeyd:
1. Namizədlərin seçimində Bakı Slavyan Universitetinin məzunlarına üstünlük veriləcəkdir.
2. Yalnız vakansiyanın göstərilən tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər azərbaycan dilində, mövzu hissəsində “akademik məsləhətçi” qeyd olunaraq 31.01.2024-cü il tarixinədək “[email protected]” ünvanına göndərilməlidir.

12/12/2023

Hörmətli izləyicilər! Bakı Slavyan Universitetinin İnsan Resursları Mərkəzinin Facebook səhifəsi fəaliyyətə başlayıb. Bakı Slavyan Universitetindəki mövcud vakansiyalarla bağlı məlumatlar artıq səhifəmizdə paylaşılacaq. Həmin vakansiyalar haqqında məlumat əldə etmək üçün bizi instagram və facebook hesablarımızdan izləyə bilərsiniz. Sizi maraqlandıran suallar barədə mesaj bölməmizə yazaraq məlumat əldə edə bilərsiniz.
Diqqətiniz üçün minnətdarıq!

Hörmətlə: İnsan Resursları Mərkəzi

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Süleyman Rüstəm Küç, 33
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00