03/01/2021
Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.
Azərbaycan qrossmeysteri, BDU Hüquq fakültəsinin bakalavr və magistratura dərəcəsi üzrə məzunu Teymur Rəcəbov onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin qalibi adını qazanıb.
34 yaşlı şahmatçı məzunumuz finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci dueldə də lazımı nəticəni qazanıb. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ən azı heç-heçəni təmin edib ki, bu da 2 final matçının nəticəsinə əsasən onun çempionluğunu təmin edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.
Böyük qürur hissi ilə şahmatçı məzunumuzu qazandığı qələbə münasibəti ilə təbrik edirik!
Azərbaycan hər cəbhədə qalibdir!
̈clüyük