ADNSU-un nəzdində Sənaye və Texnologiya Kolleci

ADNSU-un nəzdində Sənaye və Texnologiya Kolleci ADNSU-un nəzdində Sənaye və Texnologiya Kollecinin rəsmi facebook səhifəsi

Baki İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 145 saylı qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 1999-cu il tarixli694 saylı əmrinə əsasən, 1955-56-cı illərdən fəaliyyət göstərən Bakı Yerli Sənaye Texnoloji və Bakı Yüngül Sənaye texnikumlarının bazası əsasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsilimüəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında”26.08.2002-ci il tarixli, 140 saylı qərarı ilə Bakı İnşaat və Bakı Kommersiya texnikumları ləğv edilərək Təhsil Nazirliyinin 02.09.2002-ci il tarixli, 885 saylı əmri əsasında kollecə birləşdirilmişdir. Orta ixtisas təhsili müəsissələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin sturkturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 03 fevral tarixli qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 mart 2016-cı il tarixli 130 saylı əmri əsasında Bakı Kompüter Kollecinin fəaliyyətinə xitam verilərək Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur. Kollec Azərbaycan Respublikasının Təhsil Qanununa, 1999-cu ildə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və Ədliyə Nazirliyində qeydiyyata alınmış Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Kollecdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
-İnformasiya texnologiyası sistemləri (azərbaycan və rus bölməsi);
-texnologiya müəllimliyi;
-peşə təlimi (sahələr üzrə);
- mühasibat uçotu;
-maliyyə işi;
- bank işi;
-bələdiyə təsərüfatının təşkili;
-ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli
istifadə;
-bina və qurğuların tikintisi və istismarı;
-yol hərəkətinin təşkili;
-avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri;
-zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması;
-arxiv işi və kargüzarlıq;
-dizayn;
-geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi;
-tikiş məmulatlarının texnologiyası;
-turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi;
-avtomatlaşmiş sistemlərin və hesablama texnikasının -proqram təminatı (azərbaycan və rus bölməsi);
-kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və
servis xidməti (azərbaycan və rus bölməsi) ;
-informatika müəllimliyi;
-informasiyanin işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış
sistemləri (azərbaycan və rus bölməsi);
-kompüter şəbəkələri (azərbaycan və rus bölməsi);

ADNSU nəzdidə STK-də  Tələbə Gənclər Təşkilatına namizədlərin secilməsinə başlanıldıAzərbaycan Tələbə Gənclər Təşkilatla...
19/06/2026

ADNSU nəzdidə STK-də Tələbə Gənclər Təşkilatına namizədlərin secilməsinə başlanıldı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən elan edilən Azərbaycan Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə müraciət edən namizədlərlə müsahibə prosesi baş tutub. 🏅

Tələbələrimizə bu yolda uğurlar arzu edirik! ✌🏻🤩

https://www.instagram.com/p/DZxHJUgAALT/?igsh=MXRyMTZ1ZTBhZjdlMA==

Təbrik edirik!Sənaye və Texnologiya Kollecinin ingilis dili müəllimi Tağıyeva Nailə Qurban qızının Turan ədəbi məcmuəsin...
19/06/2026

Təbrik edirik!
Sənaye və Texnologiya Kollecinin ingilis dili müəllimi Tağıyeva Nailə Qurban qızının Turan ədəbi məcmuəsində (№ 12 2026- cı il, səhifə 177 -184) " Digital classrooms and the New Generation of Learners " ("Rəqəmsal siniflər və yeni nəsil öyrəncilər") adlı məqaləsi çap olunmuşdur.

Təbrik edirik!Sənaye və Texnologiya Kollecinin müəllimi Gülnara İbrahim qızı Əbdüləzimovanın  “Azərbaycanda təhsildə rəq...
16/06/2026

Təbrik edirik!
Sənaye və Texnologiya Kollecinin müəllimi Gülnara İbrahim qızı Əbdüləzimovanın “Azərbaycanda təhsildə rəqəmsal transformasiyanın təsiri: imkanlar və çağırışlar” adlı elmi məqaləsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalının 2026-cı il, 3-cü nömrəsində dərc olunmuşdur. Məqalədə ölkəmizdə təhsil sistemində rəqəmsal transformasiya prosesinin təhsilin keyfiyyətinə təsiri, təhsilə çıxış imkanlarının genişləndirilməsi, təlimin fərdiləşdirilməsi, eləcə də bu sahədə mövcud olan çağırışlar və onların həlli yolları elmi yanaşma əsasında təhlil edilmişdir.

Tələbələrimiz Modelyer- dizayner Leyla Əhmədovanın Moda  akademiyasında tikiş və naxışın incəliklərini peşəkarcasına öyr...
16/06/2026

Tələbələrimiz Modelyer- dizayner Leyla Əhmədovanın Moda akademiyasında tikiş və naxışın incəliklərini peşəkarcasına öyrənirlər

Kollecimizin Tikiş və Dizayn ixtisası üzrə təhsil alan tələbələri ixtisas müəllimi İlahə Nuriyevanın təşkilatçılığı ilə tanınmış modelyer-dizayner Leyla Əhmədovanın akademiyasında yüksək təcrübə qazanaraq öz biliklərini daha da təkmilləşdirirlər. Tədris müddətində tələbələrimiz tikişin bütün incəliklərini, naxış işləmələrini və müasir dizayn detallarını peşəkar səviyyədə mənimsəyirlər. Akademiyada yaradılan yüksək şərait sayəsində gənc dizaynerlərimiz nəzəri biliklərini birbaşa praktika ilə birləşdirərək gələcək karyeralarına mühüm bir addım atırlar. Hazırda dərslər böyük həvəs və yüksək keyfiyyətlə davam edir.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” dəyirmi masa keçirildi10.06.2026 – cı il tarixində ADNSU –nun nə...
11/06/2026

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” dəyirmi masa keçirildi

10.06.2026 – cı il tarixində ADNSU –nun nəzdində Sənaye və Texnologiya Kollecində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” dəyirmi masa keçirildi.Tədbirdə Təris işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, şöbə müdirləri, həmkarlar ittifaqının sədri, fənn birləşmələri və digər rəhbər işçilər iştirak edirdi. Məruzə ətrafında müzakirələr keçirildi. Tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov müzakirələri yekunlaşdıraraq bildirdi ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısını almaq məqsədi ilə islahatlar aparılır, uğurlu islahatlar arasında təhsil sahəsinin inkişafına yönələn dövlət proqramları və layihələrin həyata keçirilməsi mühüm yer tutur.

18 İyun Azərbaycanda İnsan Hüquqları GünüdürMüasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də ...
11/06/2026

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
Müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Bu münasibətlə Sənaye və Texnologiya Kollecində tədbir keçirildi. Tədbirdə kollecin rəhbərliyi, şöbə müdirləri, fənn birləşmə sədrləri, metodkabinənin əməkdaşları və digər işçilər iştirak etdilər. Öncə kollecin müəllimi, fənn birləşmə sədri Vüsalə Əbdürrəhimova “Azərbaycanda İnsan Hüquqları” mövzusunda çıxış etdi. Bildirdi ki, bütün insanlar eyni hüquq və azadlıqlara malikdirlər, bu insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir. İlk Konstitusiyamız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulmuş, Azərbaycan Respublikası insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulmuş və ölkəmizdə dövlət tərəfindən insan hüquqlarının qorunması istiqamətində xeyli işlər görülmüşdür.
Sonda tədbir iştirakçılarının mövzu ilə əlaqədar fikirləri eşidildi və verilən suallar məruzəçi tərəfindən cavablandırıldı.

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci əlavə təhsil elan edir!Gələcəyinizi müasir əmək bazarının ən tələb olun...
10/06/2026

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci əlavə təhsil elan edir!
Gələcəyinizi müasir əmək bazarının ən tələb olunan ixtisasları ilə qurun! Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kolleci yeni tədris ili üçün aşağıdakı ixtisaslar üzrə əlavə təhsil (təkrar orta ixtisas təhsili) qəbulu elan edir.
1. Dekorativ-tətbiqi sənət (zərgərlik)
2. Dizayn (qrafik dizayn)
3. Bələdiyyə işi
4. Marketinq
5. Mühasibat uçotu
6. Avtomatlaşdırılmış idarəetmə sistemlərinin istismarı
7. Ətraf mühitin mühafizəsi və bərpası
8. İnformasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
9. İstehlak mallarının ekspertizası
10. Kompüter sistemləri və kompleksləri
11. Kompüter sistemlərində proqram təminatı
12. Kompüter sistemlərinin təmiri və servisi
13. Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı
14. Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi
15. Poliqrafiya istehsalatının texnologiyası
16. Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı
17. Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi
18. Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası
19. Turizm işinin təşkili
Tələbələr üçün təqaüd imkanlari!
Təhsil aldığınız müddətdə uğurlarınızı dəstəkləyirik! Kollecimizdə təhsil alan tələbələr üçün oxuduqları müddətdə müxtəlif məqsədli təqaüdlərin təyin olunması nəzərdə tutulur.
Niyə biz?
ADNSU keyfiyyəti və zəngin təhsil ənənəsi.
Tam müasir laboratoriyalar və praktiki dərslər.
Yüksək ixtisaslı müəllim heyəti.
Yeni karyera qurmaq və ya mövcud ixtisasını dəyişmək istəyənlər üçün ideal fürsət.
Qəbul üçün tələb olunan sənədlər və son müraciət tarixi barədə ətraflı məlumat almaq üçün qeyd olunan əlaqə nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Gecikmədən müraciət edin, peşəkar gələcəyinizə bizimlə addımlayın!

Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsindən mühüm məlumat: İmtahan sessiyası uğurla davam edirKollecimizdə tədri...
08/06/2026

Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsindən mühüm məlumat: İmtahan sessiyası uğurla davam edir

Kollecimizdə tədrisin keyfiyyətinə nəzarət və tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi məqsədilə yay imtahan sessiyası intensiv şəkildə davam edir. Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Günel Dadaşovanın verdiyi məlumata görə, imtahan prosesində rəqəmsal innovasiyaların tətbiqi uğurla genişləndirilir.
Yaz sessiyasının ilk mühüm mərhələsi olan Böyük Summativ Qiymətləndirmə (BSQ) imtahanları 1–5 iyun tarixləri arasında tam rəqəmsal formatda təşkil olunaraq uğurla başa çatmışdır. Müasir texnoloji infrastruktur üzərindən keçirilən bu imtahanlar prosesin şəffaflığını və operativliyini tam təmin etmişdir.
Növbəti mərhələ olaraq 8 iyundan etibarən rəqəmsal imtahanlara start verilmişdir və hazırda bu imtahanlar müvəffəqiyyətlə davam edir. Eyni zamanda, tələbələrin yazılı ifadə və analitik bacarıqlarını yoxlayan yazılı imtahanlar da paralel olaraq qrafikə uyğun şəkildə keçirilməkdədir.
Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsi imtahanların gedişatını və gənclərin bilik göstəricilərini mütəmadi olaraq diqqət mərkəzində saxlayır, tələbələrimizin rəqəmsal imtahan platformalarından rahat istifadəsini təmin edir.
Sessiyanın mütəşəkkil təşkilində dəstəyi olan bütün akademik heyətə təşəkkür edir, tələbələrimizə rəqəmsal və yazılı imtahanlarda yüksək nailiyyətlər arzulayırıq!

Tələbələr Azərbaycanın tanınmış zərgərlik brendlərinin sərgisində olublar Sənaye və Texnologiya Kollecinin “ Dekorativ t...
08/06/2026

Tələbələr Azərbaycanın tanınmış zərgərlik brendlərinin sərgisində olublar

Sənaye və Texnologiya Kollecinin “ Dekorativ tətbiqi sənət (zərgərlik)” ixtisasında təhsil alan buraxılış Z104 və Z103 qrup tələbələri təcrübə rəhbərləri Xatirə Quliyeva və Leyla İbrahimova ilə bərabər Azərbaycanın tanınmış zərgərlik brendlərinin sərgisində olublar. Sərgi Bakı İdman Sarayında təşkil olunmuşdur. Burada müxtəlif brendlərin qiymətli metallardan hazırlanmış əl işləri nümayiş edilirdi. Məqsədimiz uşaqlarda öz peşələrinə maraq oyatmaq və gələcəkdə tanınmış zərgərlər yetişdirməkdir.Sərgidə iştirak edən uşaqlar milli dəyərimiz olan bu sənətin nə qədər qiymətli oldugunu bir daha anladılar.

Təbrik edirik!Sənaye və Texnologiya Kollecinin Dillər kafedrasının ingilis dili müəllimi Fəxriyyə Əliyevanın BDU-nun Dil...
05/06/2026

Təbrik edirik!
Sənaye və Texnologiya Kollecinin Dillər kafedrasının ingilis dili müəllimi Fəxriyyə Əliyevanın BDU-nun Dil və ədəbiyyat Beynəlxalq elmi-nəzəri jurnalında
“İngilis dilinin müasir üsullarla tədrisi metodikası” adlı məqaləsi çap olunmuşdur. 1(130) 2026.
DOİ 10.24412/2218-7588-2026-1-122-125
http://orcid.org/0009-0008-4128-2987

Address

Bakı şəhəri, Nərimanov Rayonu, Təbriz Küçəsi, 51
Baku

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994125677859

Alerts

Be the first to know and let us send you an email when ADNSU-un nəzdində Sənaye və Texnologiya Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADNSU-un nəzdində Sənaye və Texnologiya Kolleci:

Shortcuts

Share

Category