Buta Education Center

Buta Education Center

Share

Buta Education Center offers General English, Russian, German, Arabic, French, MS Office, Adobe Phot

Photos from Buta Education Center's post 12/12/2017

Dəyərli dostlar,

Bu gün Mərkəzimizin fəaliyyəti tarixində ən önəmli, ən təqdirəlayiq günlərindən biridir. Bu gün Buta Education Center-in bir yaşı tamam olur. Düz bir il öncə bu gün rəsmi şəkildə açılışını etdiyimiz Buta Education Center-in bu gün doğum günüdür. 8 aylıq, olduqca çətin maddi və mənəvi şərtlər altında fəaliyyət göstərməyimizə baxmayaraq fəaliyyətdə olduğumuz müddətdə öz prinsiplərimizə sadiq qalaraq bizə üz tutanlara şəraitlərimizin imkan verdiyi ən yüksək formada təhsil verməyi bacardıq. Bu müddət ərzində bizimlə birlikdə olan tələbələrimizə, bizə hər zaman dəstək olan dostlarımıza və Kursu ayaqda tutan, fəaliyyətinin cövhərini, ruhunu təşkil edən dəyərli kolleqalarımıza sonsuz təşəkkürümü bildirirəm. Sizlərlə birlikdə olmaq olduqca xoş idi. Çox sağolun!

Hər bir içi ümidlərlə dolu, qəlbi özünün belə izah edə bilmədiyi sirli bir fərəhlə dolu olan fərdin, möhkəm əxlaqi dəyərlər və mənəvi prinsiplər üzərində qurulmuş ailənin, cəmiyyətin, bəşər tarixində iz qoymuş istənilən böyük institutun, müəssisənin, məktəbin inkişaf mərhələlərində müəyyən qaçılmaz eniş və yoxuşlar şübhəsiz mövcud olmuş, olur və olacaqdır. Bunlardan yalnız öz məqsədinin doğruluğuna inanan, öz yolunda, öz mübarizəsi uğurunda çətinlik, maneə, dilemma və əngəl tanımadan, yenilməz daxili bir qüvvə, ruhi bir coşğunluqla öz məqsədinə doğru gedənlər, uğurunda vuruşduğu şeyin bəşəri faydalı olduğuna sarsılmaz bir qüvvəylə inanlar qalib olmuş, məqsədinə çatmağın verdiyi ali xoşbəxtliyi dadmışlar.

Böyük ümidlər və ideallarla yola çıxdığımız, təhsildə etibar və yüksək mənəvi dəyərləri rəhbər tutaraq əsasını qoyduğumuz Təhsil Müəssisəsi müəyyən çətinliklərə görə öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmışdır. Buta Education Center hədəfi, getdiyi yer, son məqsədi bəlli olan bir gəmiyə bənzəyir; okeanda baş verən tufanlar, fırtınalar onu müəyyən qədər ləngidə, çətinliklərə sala, heyətinin sayını azalda, ondan üz döndərmələrinə səbəb ola bilər lakin indi nə qədər çətin olmasından və ya nə qədər çətin olacağından asılı olmayaraq biz öz məqsədimizə tükənməz qüvvətə malik olan, ümidlərlə dolu ruhumuzun və Allahın iznilə çatacağıq.

Doğum günün mübarək, Buta Education Center!

05/10/2017
Photos 05/07/2017

Listening - necə inkişaf etdirməli?

Listening - necə inkişaf etdirməli?

İngilis dilində ən vacib, inkişaf etdirilməsi olduqca zəruri lakin çox çətin olan və bütün tələbələrin ən böyük ortaq problemindən biri Listening (qulaq asma) bacarıqlarının inkişafıdır. Ən əvvəl vurğulamaq istərdim ki, qulaq asmanı tam təkmil hala gətirmək mümkünsüz deyildir sadəcə seçdiyiniz metodikadan asılı olaraq bir az zaman alır. Hər kəs özü üçün öz qavrama səviyyəsinə, ingilis dili biliyinə, dünyagörüşünə və s. uyğun metodika seçərək onun inkişafına nail ola bilər.

İlk növbədə:
- Konkret hədəfə yəni Listeningin inkişaf edilmiş olacağı son tarixə qərar verin;
- Dəqiq seçilmiş hazırlıq planına və materiallarına malik olun və hətta bunu detallarına qədər müəyyənləşdirin (gündə neçə saat qulaq asacaq, hansı kitabdan, saytdan, texnikadan və s. istifadə edəcəksiniz)

1. Listening-inizi inkişaf etdirəcək konkret müddət təyin edin (məs. 3 ay) və gündəlik dərs planına malik olun (məs. 1 saat);

2. Qulaq asmaq üçün müxtəlif mənbələr əldə edin (BBC six minute English, BBC World News, Different documentaries, CNN news, TV series, TV Shows, IELTS books and etc.) Lakin bunlardan birini-maksimum ikisini seçin;

3. Qulaq asmaları telefonunuza köçürüb 5 dəqiqə belə boş vaxtınız olan kimi açıb dinləyin;

4. Qulaq asdığınız şeyi 100/100 başa düşənədək qulaq asın və dinləyərkən pauza verib, orada deyilənləri təkrar edin. Bu daha yaxşı anlamanıza müsbət təsir göstərəcək, təkrar isə aksentinizin formalaşmasına yardım edəcək;

5. Özünüzə vaxt verin (3 ay). Həmin vaxtı ancaq dinləməyə həsr edin. Nə bacarırsınız dinləyin. Dinlədiyiniz material maksimum qısa olsun, başdan başa dinləyin və dayandırıb hər bir cümləni yazın, sonra yazdığınız mətni həmin Listening-in mətni ilə yoxlayın, səhvləri düzəldib yenidən qulaq asın;

6. Ən əsası həmişə mən bacaram deyib yola çıxın, neqativ düşüncə ilə, alınmadı, alınmır deyə çoxlu bəhanələr gətirəcəksinizsə yaxşısı budur heç başlamayın. Hər başa düşmədiyiniz bir məsələyə “daha necə qulaq asım ki başa düşüm, mütləq bunun bir yolu vardır!” prizmasından yanaşın və nəticələr sizi heyrətləndirəcək!

P. S. Bu, mənim dərslərimdə rəhbər tutduğum Listening inkişafı üzrə tətbiq etdiyim istiqamətlərdən bəziləridir. Sınanmış və kifayət qədə özünü doğrultmuş üsullardır. Düzgün formada tətbiq etsəniz qısa müddətdə inkişafa nail ola bilərsiniz.

Photos 10/06/2017

Yay tətilində ingilis dili öyrənməyi düşünürsünüz? Elə isə sırf danışıq üzərində qurulmuş bu proqram sizin üçündür. Əsas etibarilə Speaking-in formalaşdırılması istiqamətində olan dərslərimizdə əlavə zəruri istiqamətlər də yer alır.

Bildiyimiz kimi ingilis dilini öyrənmək bu dildə mövcud olan 4 kriteriyanın (Speaking, Listening, Reading, Writing) hər birində sərbəst və mükəmməl biliklərə sahib olmaqdır.

Dərslər 4 istiqamətin (Speaking, Listening, Reading, Writing) hər biri üzrə aparılır.

SPEAKING
Dərslər tam olaraq ingilis dilində keçirilir, öyrəndiyiniz sözləri, ifadələri və qrammatikanı tətbiq edirsiniz
Danışığınızın inkişafı yollarını öyrənirsiniz
Sözləri yadda saxlama texnikaları və onların danışığa tətbiqini öyrənirsiniz
Zaman formalarını, bağlayıcıları, uzlaşmaları düzgün və yerli-yerində istifadəni öyrənir və praktikada tətbiq edirsiniz
Necə düzgün tələffüz etməyi(aksentlə danışmağı) öyrənirsiniz

LISTENING
Praktiki daimi qulaq asırsınız
Qulaq asma bacarıqlarını inkişaf etdirmək yollarını öyrənirsiniz;
Qulaq asma üçün internet resurslarından istifadəni öyrənirsiniz;
Səviyyədən asılı olaraq filmlər, kiçik həcmli dinləmələr, TV verilişləri və s. effektiv dinləməni öyrənirsiniz

READING
Reading book-lardan hansıları oxumağı, qeydlər götürməyi öyrənirsiniz
IELTS reading istiqamətli reading-ləri haradan əldə etməyi öyrənirsiniz
Düzgün tərcümə etməyi öyrənirsiniz

WRITING
Writing bacarıqlarını necə inkişaf etdirməyi öyrənirsiniz
Akademik sözlərin yazıya tətbiqini öyrənirsiniz
Akademik sözləri asanlıqla yadda saxlamağın yollarını öyrənirsiniz

Dərs proseduru:
- İlk ödənişsiz sınaq dərsində iştirak edərək, qiymətləndirmə aparırsınız;
- Həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1,5 saat dərslərdə iştirak edirsiniz;
- Həftədə 1 dəfə əlavə danışıq dərslərində iştirak edirsiniz;
- Həftəsonu müvafiq səviyyə üzrə Conversation club dərslərinə qoşulursunuz;
- Hər bir səviyyənin tamamında səviyyə-yoxlanışı imtahanı verirsiniz;

Qiymətlər qrup şəkilində 60 AZN, fərdi şəkildə isə 120 AZN təşkil edir.

Dərslərin keyfiyyətinə və təyin olunmuş müddətdə cari səviyyəni öyrənəcəyinizə kurs tərəfindən rəsmi zəmanət verilir. Keyfiyyətdən əmin olmaq üçün sınaq dərsində iştirak edib qiymətləndirmə apara bilərsiniz.

Əlaqə vasitələri: (012) 493 87 20, (070) 598 20 30 (Whatsapp)
Ünvan: 28 May küçəsi, 36 (Music Gallery-nin yanı)

Photos 31/05/2017

Yay tətilində ingilis dili öyrənməyi düşünürsünüz? Elə isə sırf danışıq üzərində qurulmuş bu proqram sizin üçündür. Əsas etibarilə Speaking-in formalaşdırılması istiqamətində olan dərslərimizdə əlavə zəruri istiqamətlər də yer alır.

Bildiyimiz kimi ingilis dilini öyrənmək bu dildə mövcud olan 4 kriteriyanın (Speaking, Listening, Reading, Writing) hər birində sərbəst və mükəmməl biliklərə sahib olmaqdır.

Dərslər 4 istiqamətin (Speaking, Listening, Reading, Writing) hər biri üzrə aparılır.

SPEAKING
Dərslər tam olaraq ingilis dilində keçirilir, öyrəndiyiniz sözləri, ifadələri və qrammatikanı tətbiq edirsiniz
Danışığınızın inkişafı yollarını öyrənirsiniz
Sözləri yadda saxlama texnikaları və onların danışığa tətbiqini öyrənirsiniz
Zaman formalarını, bağlayıcıları, uzlaşmaları düzgün və yerli-yerində istifadəni öyrənir və praktikada tətbiq edirsiniz
Necə düzgün tələffüz etməyi(aksentlə danışmağı) öyrənirsiniz

LISTENING

Praktiki daimi qulaq asırsınız
Qulaq asma bacarıqlarını inkişaf etdirmək yollarını öyrənirsiniz;
Qulaq asma üçün internet resurslarından istifadəni öyrənirsiniz;
Səviyyədən asılı olaraq filmlər, kiçik həcmli dinləmələr, TV verilişləri və s. effektiv dinləməni öyrənirsiniz

READING

Reading book-lardan hansıları oxumağı, qeydlər götürməyi öyrənirsiniz
IELTS reading istiqamətli reading-ləri haradan əldə etməyi öyrənirsiniz
Düzgün tərcümə etməyi öyrənirsiniz

WRITING

Writing bacarıqlarını necə inkişaf etdirməyi öyrənirsiniz
Akademik sözlərin yazıya tətbiqini öyrənirsiniz
Akademik sözləri asanlıqla yadda saxlamağın yollarını öyrənirsiniz

Dərs proseduru:

- İlk ödənişsiz sınaq dərsində iştirak edərək, qiymətləndirmə aparırsınız;
- Həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1,5 saat dərslərdə iştirak edirsiniz;
- Həftədə 1 dəfə əlavə danışıq dərslərində iştirak edirsiniz;
- Həftəsonu müvafiq səviyyə üzrə Conversation club dərslərinə qoşulursunuz;
- Hər bir səviyyənin tamamında səviyyə-yoxlanışı imtahanı verirsiniz;

Əlaqə vasitələri: (012) 493 87 20, (070) 598 20 30 (Whatsapp)
Ünvan: 28 May küçəsi, 36 (Music Gallery-nin yanı)

Photos 28/05/2017

Respublika Gününüz mübarək, əziz həmvətənlər!

Ramadan 27/05/2017

Today is the first day of Ramadan, the Muslim holy month. So, what goes on during Ramadan and what does it mean? Read this article to hear from young British Muslims talking about what it means to them. Do your family celebrate Ramadan? Tell us about it!

Resource: LearnEnglish Teens – British Council

Ramadan Ramadan in the UK There are around 1.5 million Muslims in Britain, making Islam the second biggest religion in the country. London alone has Muslims who originate from over 30 different countries. Du

Photos 22/05/2017

Example:

- Just because he speaks English doesn't mean he is English.
- I know, he could be American, or South African, or from New Zealand for example.

Photos 19/05/2017

Example:

- How are you these days? I haven't seen you for ages.
- Can't complain. Still walking five miles a day and going to the gym.

Photos 17/05/2017

Alman dilində istifadə olunan ən uzun söz birləşmələrindən biri. 😕

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


28 May Küçəsi, 36
Baku
AZ1000

Opening Hours

Monday 10:00 - 21:00
Tuesday 10:00 - 21:00
Wednesday 10:00 - 21:00
Thursday 10:00 - 21:00
Friday 10:00 - 21:00
Saturday 10:00 - 21:00