08/01/2022
Bir çox insanın təhsil almaq istədiyi ölkə - Amerika 🇺🇸
Bilirik ki, dünyanın ən reytinqli universitetlərinin əksəriyyəti Amerikada yerləşir. Deyə bilərsiniz ki, "Bəs Amerikada təhsil haqları çox yüksəkdir axı, orada necə təhsil alaq?"🤷♂️
Buna görə bu dəfə sizin üçün Amerikada təqaüdlə təhsil almaqdan danışacağıq, hansı ki, sizin təhsil haqqınız yaxud təhsil haqqınızla yanaşı yaşayış xərcləriniz də qarşılanır.😍
• Fulbright Foreign Student Program
Bu təqaüd proqramı magistr və doktorantura təhsili almaq istəyən namizədlər üçün nəzərdə tutulmuşdur. Proqram sizin təhsil haqqınızı, yaşayış və səyahət xərclərinizi, həmçinin tibbi sığortanızı qarşılayır. Son müraciət tarixi 27 İyun, 2022.
• Global UGRAD
Bu program haqqında səhifəmizdə post paylaşmışıq, həmin posta keçid edərək ətraflı məlumat edə bilərsiniz.
• Berea College Scholarships
Bu proqram isə bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. Təqaüd demək olar ki, bir çox xərcləri qarşılayır
• American University Scholarships
Bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. Yalnız təhsil haqqını qarşılayır və yaşayış yeri təmin edilir.
📌Amerika universitetlərinin çox sayda daxili təqaüdləri mövcuddur, tələb olunan sənədlər və müraciət tarixləri proqramdan və universitetlərdən asılı olaraq dəyişir.
Ətraflı məlumat almaq üçün şərhdə + qoya, yaxud aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
📲(+994 ) 51 592 35 89
📩[email protected]
📍 Peterstraße 48 Saxony 09599 Freiberg,Germany
🇺🇸