Yaponiyada Təhsil

Yaponiyada Təhsil

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yaponiyada Təhsil, School, Azadlıq Metrosu, Baku.

Photos from Yaponiyada Təhsil's post 24/05/2024

Mayın 22-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU-da olmaqdan məmnun olduğunu bildirərək, universitetlə bütün istiqamətlərdə yaxından əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Azərbaycan və Yaponiya arasında elmi, iqtisadi, mədəni əlaqələrin inkişafından danışan diplomat elmi əməkdaşlıq baxımından iki ölkə arasında kifayət qədər əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan son illər bütün sahələrdə olduğu kimi elm, təhsil sahəsində də böyük uğurlara imza atmaqdadır.

07/03/2024

Əziz və hörmətli JLPT imtahanı verməyə hazırlaşan tələbələr! Nəzərinizə çatdırmaq istəyirəm ki, Novruz bayramı ilə əlaqədar olaraq 25 və 26 mart tarixləri də bayram günləri hesab edildiyindən Ərizə qəbuluna 27 martdan başlanılacaq. Bununla bağlı elanlarda dəyişiklik etmişik. Xahiş edirik yeni elanlarla tanış olun. Dəyişikliyi üzürlü hesab etməyinizi xahiş edirik,
beləliklə Ərizələrin qəbulu 27 matdan başlayacaq və 5 apreldə bitəcək.

19/02/2024

2024-cü il 7 iyul Yapon Dili Səviyyə İmtahanı (JLPT)
haqqında məlumat
Bu il Yapon dili Səviyyə İmtahanının (JLPT) 7 iyul, 2024-cü il (bazar günü) tarixində keçirilməsi planlaşdırılır.
Ətraflı məlumat ilə aşağıda tanış ola bilərsiniz.
Əlavə məlumat almaq istəyənlər JLPT İmtahanı Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Facebook URL: https://www.facebook.com/JLPTazerbaijan/
1. İmtahan üçün müraciət
İmtahan üçün ərizə vərəqəsini əldə etmək istəyən şəxslərin nəzərinə!
İmtahana müraciət üçün lazım olan ərizə vərəqəsinin qiyməti 1 AZN təşkil edir.
[Satış müddəti] 25.03.2024 – 05.04.2024, bazar ertəsi- cümə (şənbə və bazar istirahət günləridir)
[Ərizə qəbulu saatları] 11:00 ~15:00
[Satış məntəqəsi] Yaponiyanın Azərbaycandakı Səfirliyi, 5-ci mərtəbə
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə
2. Müraciət qaydası və lazımı sənədlər
1) Doldurulmuş ərizə vərəqəsi
2) İki ədəd 3x4 sm fotoşəkil
3) İmtahan üçün ödəniş haqqı
Yuxarıda sadalanan sənədləri hazırlayaraq, aşağıda qeyd olunan ünvana təqdim etməyiniz xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir.
N1: 30 AZN
N2: 30 AZN
N3: 25 AZN
N4: 25 AZN
N5: 25 AZN
*Qeyd 1: 2024-cü il iyul ayının 7-də keçiriləcək Yapon Dili Səviyyə İmtahanına xaricdə yaşayanların inrernet vasitəsi ilə müraciəti qəbul olunmur. Lakin birbaşa gəlib ərizə verə bilən xarici vətəndaşlar imtahan verə biləcəklər.
[Sənəd qəbulu müddəti] 25 mart, 2024-cü il (bazar ertəsi) – 5 aprel, 2024-cü il (cümə) tarixinədək (şənbə və bazar istirahət günləridir).
[Qəbul saatları] 11:00-dan 15:00 -dək
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, Yaponiya Səfirliyi, 5-ci mərtəbə
3. İmtahan proqramı:
İmtahan günü: 2024-cü il 7 iyul (bazar günü)
İmtahan vaxtı: saat 12:00-dan – 16:00-dək
İmtahan yeri: Azərbaycan Dillər Universiteti
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134

JLPT(日本語能力試験)Azərbaycan JLPT-nin ( Yapon dili səviyyə imtahanı ) Azərbaycan üzrə rəsmi Facebook səhifəsi.

🌸Əziz səyahət sevənlər!
Sakura Travel olaraq Sizlərin unudulmaz və xatirələr dolu bir səyahətinizi düşünərək, Azərbaycanda ilk dəfə olaraq Uzaq Şərqə, gündoğan ölkəyə, dünya içərisində fərqli bir dünya olan YAPONİYAYA qrup səyahətini təşkil edirik☺️. Sizlərə Yaponiya mədəniyyətini, adət-ənənəsini, göz oxşayan, özünə məxsus ecazkar təbiətini ən maraqlı şəkildə kəşf edə biləcəyiniz və zövq alacağınız səyahət fürsətini yaradırıq🥰
P.S: Nəzərdə tutulan tarix Sakura ağacının çiçəkləmə dövrüdür.

🗓 25.03.2024-06.04.2024

🌓Ümumi 12 gecə 13 gün
 Yaponiyada qalma müddəti 10gecə - 11gün
👥 14 nəfər "VIP" qrup

📝 Səyahət paketinə daxildir:

⭕️ Aviabilet ( Türk Hava Yolları)
⭕️ İkebukuro Royal Hotel, Urban Premium Hotel
⭕️Transfer xidmətləri
⭕️ Ekskursiyalar
⭕️Yapon dilini bilən və Yaponiyada yaşayan azərbaycanlı rəhbər
⭕️Tokyo, Yokohama, Fuciyama, Osaka, Kioto və Nara şəhərləri üzrə gəzinti
⭕️ Viza dəstəyi
⭕️ Səyahət sığortası
⭕️Səhər yeməyi (oteldə)

🟡Paketə daxil deyildir:

❌ Nahar və şam yeməyi
❌ Ödənişli yerlərə giriş biletləri

🌆Proqram haqqında daha geniş və ətraflı məlumat istəklərə uyğun olaraq şəxsidə göndəriləcək

🟥 Xüsusi qeydlər:

📍Giriş biletləri bütün ödənişli muzeylərə və məkanlara şamil olunmur.
📍Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır. 2 nəfərlik otaqda tək yerləşmə əlavə ödənişlə mümkündür.
📍Oteldə səyahətçi istəyinə və ya mərtəbəyə görə yerləşmə yalnız otel işçiləri tərəfindən həyata keçirilir və xidmət haqqı əlavə oluna bilər.
📍Ödənişlər günün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə qəbul olunur.
📍Səhhətində problem olan şəxslərin səyahətə qoşulması məsləhət görülmür.
📍Səyahət paketinin planından çıxan şəxslərə görə şirkət məsuliyyət daşımır.

☎️🌐 Ətraflı məlumat üçün əlaqə vasitələri:
 Azərbaycan, Bakı ş.: 050 706 00 01, 055 266 46 00.
 Yaponiya, Tokyo: +994502806082 (whatsapp) 08/12/2023

🌸Əziz səyahət sevənlər!
Sakura Travel olaraq Sizlərin unudulmaz və xatirələr dolu bir səyahətinizi düşünərək, Azərbaycanda ilk dəfə olaraq Uzaq Şərqə, gündoğan ölkəyə, dünya içərisində fərqli bir dünya olan YAPONİYAYA qrup səyahətini təşkil edirik☺️. Sizlərə Yaponiya mədəniyyətini, adət-ənənəsini, göz oxşayan, özünə məxsus ecazkar təbiətini ən maraqlı şəkildə kəşf edə biləcəyiniz və zövq alacağınız səyahət fürsətini yaradırıq🥰
P.S: Nəzərdə tutulan tarix Sakura ağacının çiçəkləmə dövrüdür.

🗓 25.03.2024-06.04.2024

🌓Ümumi 12 gecə 13 gün
Yaponiyada qalma müddəti 10gecə - 11gün
👥 14 nəfər "VIP" qrup

📝 Səyahət paketinə daxildir:

⭕️ Aviabilet ( Türk Hava Yolları)
⭕️ İkebukuro Royal Hotel, Urban Premium Hotel
⭕️Transfer xidmətləri
⭕️ Ekskursiyalar
⭕️Yapon dilini bilən və Yaponiyada yaşayan azərbaycanlı rəhbər
⭕️Tokyo, Yokohama, Fuciyama, Osaka, Kioto və Nara şəhərləri üzrə gəzinti
⭕️ Viza dəstəyi
⭕️ Səyahət sığortası
⭕️Səhər yeməyi (oteldə)

🟡Paketə daxil deyildir:

❌ Nahar və şam yeməyi
❌ Ödənişli yerlərə giriş biletləri

🌆Proqram haqqında daha geniş və ətraflı məlumat istəklərə uyğun olaraq şəxsidə göndəriləcək

🟥 Xüsusi qeydlər:

📍Giriş biletləri bütün ödənişli muzeylərə və məkanlara şamil olunmur.
📍Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır. 2 nəfərlik otaqda tək yerləşmə əlavə ödənişlə mümkündür.
📍Oteldə səyahətçi istəyinə və ya mərtəbəyə görə yerləşmə yalnız otel işçiləri tərəfindən həyata keçirilir və xidmət haqqı əlavə oluna bilər.
📍Ödənişlər günün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə qəbul olunur.
📍Səhhətində problem olan şəxslərin səyahətə qoşulması məsləhət görülmür.
📍Səyahət paketinin planından çıxan şəxslərə görə şirkət məsuliyyət daşımır.

☎️🌐 Ətraflı məlumat üçün əlaqə vasitələri:
Azərbaycan, Bakı ş.: 050 706 00 01, 055 266 46 00.
Yaponiya, Tokyo: +994502806082 (whatsapp)
https://www.instagram.com/reel/C0jQJ4UPo1g/?igshid=NWRjY2QxMjhkNg==

🌸Əziz səyahət sevənlər! Sakura Travel olaraq Sizlərin unudulmaz və xatirələr dolu bir səyahətinizi düşünərək, Azərbaycanda ilk dəfə olaraq Uzaq Şərqə, gündoğan ölkəyə, dünya içərisində fərqli bir dünya olan YAPONİYAYA qrup səyahətini təşkil edirik☺️. Sizlərə Yaponiya mədəniyyətini, adət-ənənəsini, göz oxşayan, özünə məxsus ecazkar təbiətini ən maraqlı şəkildə kəşf edə biləcəyiniz və zövq alacağınız səyahət fürsətini yaradırıq🥰 P.S: Nəzərdə tutulan tarix Sakura ağacının çiçəkləmə dövrüdür. 🗓 25.03.2024-06.04.2024 🌓Ümumi 12 gecə 13 gün Yaponiyada qalma müddəti 10gecə - 11gün 👥 14 nəfər "VIP" qrup 📝 Səyahət paketinə daxildir: ⭕️ Aviabilet ( Türk Hava Yolları) ⭕️ İkebukuro Royal Hotel, Urban Premium Hotel ⭕️Transfer xidmətləri ⭕️ Ekskursiyalar ⭕️Yapon dilini bilən və Yaponiyada yaşayan azərbaycanlı rəhbər ⭕️Tokyo, Yokohama, Fuciyama, Osaka, Kioto və Nara şəhərləri üzrə gəzinti ⭕️ Viza dəstəyi ⭕️ Səyahət sığortası ⭕️Səhər yeməyi (oteldə) 🟡Paketə daxil deyildir: ❌ Nahar və şam yeməyi ❌ Ödənişli yerlərə giriş biletləri 🌆Proqram haqqında daha geniş və ətraflı məlumat istəklərə uyğun olaraq şəxsidə göndəriləcək 🟥 Xüsusi qeydlər: 📍Giriş biletləri bütün ödənişli muzeylərə və məkanlara şamil olunmur. 📍Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır. 2 nəfərlik otaqda tək yerləşmə əlavə ödənişlə mümkündür. 📍Oteldə səyahətçi istəyinə və ya mərtəbəyə görə yerləşmə yalnız otel işçiləri tərəfindən həyata keçirilir və xidmət haqqı əlavə oluna bilər. 📍Ödənişlər günün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə qəbul olunur. 📍Səhhətində problem olan şəxslərin səyahətə qoşulması məsləhət görülmür. 📍Səyahət paketinin planından çıxan şəxslərə görə şirkət məsuliyyət daşımır. ☎️🌐 Ətraflı məlumat üçün əlaqə vasitələri: Azərbaycan, Bakı ş.: 050 706 00 01, 055 266 46 00. Yaponiya, Tokyo: +994502806082 (whatsapp)

02/06/2022

Yapon dili hazırlıq kursları
Yapon dili kursu adından da məlum olduğu kimi yapon dilinə maraq göstərən hər bir Azərbaycan vətandaşına yaşından aslı olmayaraq yapon dili öyrədilməsini həyata keçirir. Kurslarda əsas etibarilə Ünsiyyət yönümlı Tədris Metodikasından istifadə olunaraq dərslər keçilir. Bu da o deməkdir ki, əsas üstünlük danışıq qabiliyyətinin inkişafına verilir. Lakin digər bacarıqlar da vəhdət şəklində öyrədilir. Kurlarda siz yazı, oxu, dinləmə və dialoq kimi bacarqları mənimsəyə bilərsiniz.
Dil səviyyəsi: Yapon dili 5 standart səviyyədən ibarətdir- N5, N4, N3, N2, N1.
N5- Başlanğıc səviyyədir. Bu səviyyəli kursu sadə şəkildə təsvir etsək, bu səviyyəli tələbə 100-120 qrammatik forma, 250 heroqlif, 700 söz və uyğun səviyyədə danışmağı, dinləyib qavramağı,dialoq qurmağı və s. bacarmalıdır.
N4- Başlanğıc səviyyənin son mərhələsidir. Bu səviyyəni mənimsəmiş tələbə 200-220 qrammatik forma, 500 heroqlif, 1400 söz və uyğun səviyyədə danışmağı, dinləyib qavramağı,dialoq qurmağı və s. bacarmalıdır.
N3- Bu orta səviyyənin birinci mərhələsidir. Bu səviyyəni mənimsəmiş tələbə təxminən 300 qrammatik forma, 750 heroqlif, 2000 söz və uyğun səviyyədə danışmağı, dinləyib qavramağı,dialoq qurmağı və s. bacarmalıdır.
N2- Bu orta səviyyənin son mərhələsidir. Bu səviyyəni mənimsəmiş tələbə təxminən 400 qrammatik forma, 1000 heroqlif, 2700 söz və uyğun səviyyədə danışmağı, dinləyib qavramağı,dialoq qurmağı və s. bacarmalıdır.
N1- Bu isə səviyyənin yüksək mərhələsidir. Bu səviyyəni mənimsəmiş tələbə təxminən 500 qrammatik forma, 1300-1500 heroqlif, 3000-4000 söz və uyğun səviyyədə danışmağı, dinləyib qavramağı,dialoq qurmağı və s. bacarmalıdır.
Hər bir səviyyənin mənimsənilməsi üçün lazım olan vaxtı diqqətinizə çatdırırıq.
Belə ki, kurslar həftədə 2 dəfə 1saat 15 dəqiqə olmaqla dərs keçiliərsə, onda aşağıdakı müddətlərdə qeyd olumuş səviyyəlri mənimsəyə bilərsiniz. Əlbəttə davamlı olaraq evdə də çiddi məşğul olmaq lazımdır.
N5-8 aya (90 saat)
N4-1il 4 aya (180 saat)
N3-1 il 10 aya (250 saat)
N2-2il 4 aya( 320 saat)
N1-2 il 10 aya(390 saat)
Həftə ərzində keçilən dərslərin sayını artırmaqla müddəti bir az da azalda bilərsiniz.
Onu da qeyd edək ki, hər səviyyənin sonunda sınaq imtahanı keçirilir.
Dil öyrənmə məqsədləri: Tələbələrin mövqeyindən bu məsələyə aydınliq gətirsək müxtəlif məqsədlər ortaya çıxır. Belə ki, JLPT imtahanlarına hazıırlıq, Magistratura səviyyəsinə hazırlıq, yaponiyada işləyə-işləyə təhsil almaq məqsədi ilə hazırlıq, yerli şirkətlərdə işləyə bilmək səviyyəsində hazırlıq, Yaponiyada bakalavr səviyyəsində hazırlıq, Yaponiyada yaşamaq üçün gündəlik sadə danışıq dilinə hazırlıq və s. misal çəkə bilərik.
Yapon dili kursu mövqeyindən bu məsələyə aydınlıq gətirsək, demək olar ki, yuxarıda göstərilən tələbatlara tam cavab verir. Belə ki yuxarıda adları sadalanan hazırlıq növlərinin hamsının tələbəyə öyrədilmə imkanı vardır.
1. JLPT imtahanlarının hər bir səviyyəsi üçün hazırlıq
2. Magistraturaya hazırlıq
3. Bakalavr səviyyəsində hazırlıq
4. Yapon səfirliyində keçirilən təqaüd proqramlarına hazırlıq
5. Yaponiyada və Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərində işləyə bilmə səviyyəsində hazırlıq
6. Gündəlik danışıq səviyyəsində hazırlıq və s.
Kurslarda Yaponiyada təhsil almiş və müasir tədris metodikası əsasında yerli mütəxəssislər dərs deyirlər.
Yapon dili kursunun əlaqələri: Yapon dili kursu həm Azərbaycanda yerləşən Yapon səfirliyi, həm də Yaponiyada yerləşən universitet, kollec, ixtisas məktəbləri və xarici vətəndaşlar üçün nəzərdə tutulan dil məktəbləri ilə sıx əlaqələri mövcuddur. Eyni zamanda Dil kursumuz həmin təhsil müəssisələrinin həyata keçirdikləri proqramlara üyğun xüsusi hazırlıqlar təşlkil edərək tələbə hazırlayır.
Həmin məktəblərin siyahısını diqqətinizə çatdırırıq.
Məktəbin adı, yerləşdiyi şəhər və qəbul vaxtları.
1 Meciro Universiteti Tokyo Aprel və oktyabr
2 Tsukuba Universiteti Tsukuba Oktyabr
3 Yaponiya Saglamlıq və idman Universiteti Tokyo Aprel və oktyabr
4 Tokiyo Yapon dili Mərkəzi Tokyo
5 Vakayama Ixtisas Məktəbi Vakayama Aprel və oktyabr
6 Kanrin Yapon dili Məktəbi Yokohama Aprel, iyul, oktyabr, yanvar
7 TCC Yapon dili Məktəbi Tokyo Aprel və oktyabr
8 LABO Yapon dili Məktəbi Tokyo Aprel, iyul, oktyabr, yanvar
9 Yunitasu Yapon dili Məktəbi Tokyo
10 Tokyo Heyva Yapon dili Məktəbi Tokyo
11 Kyoto Yapon dili Məktəbi Kyoto Aprel, iyul, oktyabr, yanvar

Arzu edənlər həmin təhsil müəssisələrində təhsil ala bilərlər. Bu məktəblər haqqında geniş məlumatı “Yapon dili kursları”nın əməkdaşlarından ala bilərsiniz.
Yapon dilini öyrənməyin üstünlükləri:
1. Yapon dili qrammatik tipinə görə türk dilləri kimi iltisaqi dillərə aid olduğu üçün onun öyrənilməsi digər dillərə nisbətən bizim üçün rahatdır.
2. Yapon dilini öyrənmək 140 milyondan çox insanla ünsiyyət qurmaq deməkdir.
3. Yapon dilini öyrənməklə siz yaponiyanın universitet, kollec, ixtisas məktəbləri, xarici vətəndaşlar üçün nəzərdə tutulan dil məktəblərində və s. təhsil ala bilərsiniz.
4. Bu dili öyrənməklə iqtisadi cəhətdən dünyada 2-ci yeri tutan Yaponiya dövləti ilə müxtəlif sahələrdə əlaqələr yarada bilərsiniz .
5. Bu dil vasitəsi ilə siz həm Yaponiyada, həm də yapon iş adamlarının fəaliyyət göstərdiyi ölkələrdə işləyə və iş təcrübəsi qazana bilərsiniz.
6. Bu dili öyrənməklə siz dünyanın ən yeni ixtiraları, ən müasir texnalogiyaları haqqında məlumatlar əldə edə bilərsiniz.
7. Bu dili bilməklə siz dünyada bənzərsiz mədəniyyətə malik Yaponiya mədəniyyətini, eyni zamanda Yaponiya vətəndaşlarının düşüncə tərzini öyrənə bilərsiniz.

Ümumi qaydalar: Kurslarda dərslər qrup və fərdi şəklində təşkil olunur. Qruplarda tələbənin sayı minimum 2 nəfər olur. Ödəniş qrupdakı tələbələrin sayına görə dəyişir.
1 nəfər fərdi- ödəniş haqqı ayda 120 manat
2 nəfərlik qrup - 1 nəfər üçün ödəniş haqqı ayda 100 manat
3 nəfərlik qrup - 1 nəfər üçün ödəniş haqqı ayda 100 manat
4 nəfərlik qrup - 1nəfər üçün ödəniş haqqı ayda 80 manat
5 nəfərlik və ondan artıq qruplarda 1 nəfər üçün ödəniş haqqı ayda 70 manat

Dərslər həftədə 2 dəfə olmaqla 1 saat 10 dəqiqə olur.
Kurslar dil öyrənənin arzusuna uyğun olaraq birinci və ikinci növbədə təşkil edilir.

Unvan: ADU, Rəşid Behbudov 134, əsas bina 1-ci mərtəbə
Tel: 050 7621968

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Azadlıq Metrosu
Baku
AZ1053

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00