09/09/2025
Azərbaycan Respublikası Mərkəzi Bankının və Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Gənc DOST könüllüləri üçün maliyyə savadlılığı təlimi keçirilib.
Mərkəzi Bankın Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin əməkdaşı Leyla Talıbova “Doğru maliyyə qərarları üçün maliyyə savadlılığı” mövzusunda çıxış edib. O, gənclərə əsas maliyyə anlayışları, şəxsi maliyyənin idarə edilməsi, büdcə, qənaət, borclanma ilə bağlı mühüm məlumatları diqqətə çatdırıb. Həmçinin impulsiv xərcləmələrlə bağlı interaktiv müzakirə baş tutub.
Tədbir iştirakçıları eyni zamanda Mərkəzi Bankın edu.e-cbar.az, bizimpullar.az və infobank.az kimi elektron maarifləndirmə resursları ilə də tanış olublar.