13/06/2026
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Son zəng” tədbirinin keçirilməsi barədə əmrinə əsasən 13.06.2026-cı il tarixdə məktəbdə "Son Zəng" tədbiri böyük coşqu və sevinclə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər və Bakı Şəhər İcra Hakimiyyətindən qonaq iştirak edərək məzunlarımızın həyatında əlamətdar olan bu günü birlikdə qeyd etdilər.
Çıxışlarda məzunlara gələcək həyatlarında uğurlar arzulanmış, onların məktəb illərində qazandıqları bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm rol oynayacağı vurğulanmışdır. Şagirdlərin hazırladıqları musiqi nömrələri, şeirlər və rəqs çıxışları tədbirə xüsusi rəng qatmışdır.
"Son Zəng" yalnız bir məktəb mərhələsinin sonu deyil, eyni zamanda yeni həd4lləflərə, yeni uğurlara aparan yolun başlanğıcıdır. Əziz məzunlarımıza gələcək həyatlarında müvəffəqiyyətlər, xoşbəxtlik və yeni nailiyyətlər arzulayırıq.
Son zənginiz mübarək, əziz məzunlar!