Uşaq Muzeyi AMİM

Uşaq Muzeyi AMİM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uşaq Muzeyi AMİM, Education Website, 9/11 Niyazi, Bakı, Baku.

📢🏛️Azərbaycan Milli İncəsənət Muzeyi sentyabr ayı ərzində uşaqlar üçün hazırlanmış maarifləndirici proqramları təqdim ed...
07/09/2026

📢🏛️Azərbaycan Milli İncəsənət Muzeyi sentyabr ayı ərzində uşaqlar üçün hazırlanmış maarifləndirici proqramları təqdim edir:

🎼18 Sentyabr - Milli Musiqi Günü
✅Bu gün çərçivəsində uşaqlar üçün “Milli Musiqi” mövzusunda mühazirə keçiriləcək. Proqram çərçivəsində iştirakçılara tematik-interaktiv ekskursiya və ustad dərsi təşkil olunacaq.

🇦🇿20 Sentyabr - Dövlət Suverenliyi Günü
✅Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirədə şagirdlərə vətənpərvərlik və milli qürur hisslərini gücləndirmək məqsədi ilə tədbir təşkil olunacaq. Daha sonra proqramda məktəblilərə tematik ekskursiya və ustad dərsi keçiriləcək.

🇦🇿27 Sentyabr - Anım Günü
✅Sentyabrın 27-si Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Anım Günü” mövzusunda şagirdlərə mühazirə təqdim olunacaq. Tematik ekskursiya və ustad dərsi isə mövzunun bədii interpretasiyasını uşaqlara təqdim edəcək.

🏛️Muzey biliklərinizi artırmaq, öyrənərək istirahət etmək və incəsənəti yaxından kəşf etmək üçün əvəzsiz məkandır.

✅Odur ki, bizimlə birlikdə yeni biliklər qazanmağa və maraqlı anlar yaşamağa tələsin!

🕘 Proqramların vaxtları:
Həftəiçi: II, IV, V günlər – 🕰️10:00 / 15:00
III gün – 🕰️12:00 / 16:00
Həftəsonu – 🕰️11:00 / 16:00

📌Qeyd edək ki, proqramlar Azərbaycan, rus və ingilis dillərində aparılır.

☎️📞Qeydiyyat üçün:
(012) 492 07 07
(051) 580 85 21

02/09/2026

💡Yeni mövsüm, yeni biliklər, yeni kəşflər! ✨Azərbaycan Milli İncəsənət Muzeyi uşaqları yenidən incəsənətin sehrli dünyasına dəvət edir.

💫 Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə məktəbli dostlarımız zaman maşını ilə Avropanın sənət və elm baxımından yenidən doğulduğu möhtəşəm İntibah dövrünə səyahət edəcəklər.

🔎Macəramızın bu hissəsində 👫uşaqlar Leonardo da Vinçi, Mikelancelo Buonarroti, Rafael Santi kimi dahilərin əsərləri ilə yaxından tanış olacaq, həmçinin İntibah dövrünün memarlığı, heykəltəraşlıq və rəsmlərindəki incəlikləri araşdıracaqlar.

✅Təsəvvür edin ki, bu proqramda İntibah dövrünün sənət anlayışı, insan və təbiətə yeni baxış bucağı, eləcə də dövrün əsas ideyaları olan gözəllik, harmoniya və bilik prinsipləri uşaqlara əyləncəli və interaktiv şəkildə təqdim olunacaq.

✅Proqram çərçivəsində iştirakçılar mühazirələr, vizual təqdimatlar və ekskursiyalar gözləyir. Onlar Leonardo da Vinçinin heyrətamiz "Gizli yığınaq " tablosunu, eləcə də Mikelancelonun Sikstin kapellasının möhtəşəm tavan kompozisiyalarını araşdıracaq, bu əsərlərin arxasında gizlənən hekayələri və sənətkarlıq xüsusiyyətlərini öyrənəcəklər.

🎨Ustad dərsi zamanı şagirdlər iştirakçılar İntibah üslubuna uyğun olaraq öz rəsmlərini və kiçik sənət nümunələrini yaradacaqlar. Onlar klassik rəsm texnikası ilə tanış olacaq, insan fiqurunun çəkilişində istifadə olunan üsulları öyrənəcəklər.

🔎Bu səyahətdə uşaqları əyləncəli, tematik-interaktiv və maarifləndirici fəaliyyətlər, oyunlar və maraqlı tapşırıqlar gözləyir.

📌Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir.

📌Hər həftəsonu saat 11:00-da proqramda iştirak edə bilərsiniz.

İştirak üçün öncədən☎️📞 (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

📢🏛️Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə məktəbl...
02/09/2026

📢🏛️Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində bu həftə məktəbli dostlarımız zaman maşını ilə Avropanın sənət və elm baxımından yenidən doğulduğu möhtəşəm İntibah dövrünə səyahət edəcəklər.

🔎Macəramızın bu hissəsində 👫uşaqlar Leonardo da Vinçi, Mikelancelo Buonarroti, Rafael Santi kimi dahilərin əsərləri ilə yaxından tanış olacaq, həmçinin İntibah dövrünün memarlığı, heykəltəraşlıq və rəsmlərindəki incəlikləri araşdıracaqlar.

✅Təsəvvür edin ki, bu proqramda İntibah dövrünün sənət anlayışı, insan və təbiətə yeni baxış bucağı, eləcə də dövrün əsas ideyaları olan gözəllik, harmoniya və bilik prinsipləri uşaqlara əyləncəli və interaktiv şəkildə təqdim olunacaq.

✅Proqram çərçivəsində iştirakçıları mühazirələr, vizual təqdimatlar və tematik-interaktiv ekskursiyalar gözləyir. Onlar Leonardo da Vinçinin heyrətamiz "Gizli yığınaq" tablosunu, eləcə də Mikelancelonun Sikstin kapellasının möhtəşəm tavan kompozisiyalarını araşdıracaq, bu əsərlərin arxasında gizlənən hekayələri və sənətkarlıq xüsusiyyətlərini öyrənəcəklər.

🎨Ustad dərsi zamanı şagirdlər İntibah üslubuna uyğun olaraq öz rəsmlərini və kiçik sənət nümunələrini yaradacaqlar. Onlar klassik rəsm texnikası ilə tanış olacaq, insan fiqurunun çəkilişində istifadə olunan üsulları öyrənəcəklər.

🔎Bu səyahətdə uşaqları əyləncəli, interaktiv və maarifləndirici fəaliyyətlər, oyunlar və maraqlı tapşırıqlar gözləyir.

📌Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir.

📌Hər həftəsonu saat 11:00-da proqramda iştirak edə bilərsiniz.

✅İştirak üçün öncədən☎️📞 (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

📢🏛️Azərbaycan Milli İncəsənət Muzeyi uşaqları asudə zamanlarını dolğun və səmərəli keçirmək üçün yenidən - hər həftənin ...
02/09/2026

📢🏛️Azərbaycan Milli İncəsənət Muzeyi uşaqları asudə zamanlarını dolğun və səmərəli keçirmək üçün yenidən - hər həftənin şənbə və bazar günləri “Uşaqlar üçün incəsənət tarixi” layihəsinə qoşulmağa dəvət edir.

📚📖Fərqli sivilizasiyalar, sənət cərəyanları, dünya və Azərbaycan incəsənətinin müxtəlif mərhələlərinə həsr olunan layihəyə rəngarəng, maarifləndirici və əyləncəli proqramlar daxildir.

👫Uşaqlar burada mövzu üzrə maraqlı mühazirə və 🔎tematik-interaktiv ekskursiya ilə yanaşı, şən viktorina və kvestlərdə iştirak edəcək, 🎨ustad dərslərində isə öz əlləri ilə müvafiq dövrə aid şah əsərlərin surətlərini yaradacaqlar.

😍Əziz uşaqlar, hər birinizi səbirsizliklə gözləyirik!

🏛️🎨Muzeyimiz biliklərinizi artırmaq, həmçinin öyrənərək istirahət etmək üçün əvəzsiz bir məkandır.

📌Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir.

📌Proqrama hər həftəsonu 🕰️saat 11:00-da qoşula bilərsiniz.

☎️📞İştirak etmək üçün öncədən (012) 492-07-07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

📢Avqustun 7-də Azərbaycan Milli İncəsənət Muzeyinin növbəti qonaqları MM Tədris Mərkəzinin şagirdləri oldu.🔎Ekskursiya z...
07/08/2026

📢Avqustun 7-də Azərbaycan Milli İncəsənət Muzeyinin növbəti qonaqları MM Tədris Mərkəzinin şagirdləri oldu.

🔎Ekskursiya zamanı iştirakçılar muzeyin daimi ekspozisiyaları - “Azərbaycan incəsənət xəzinəsi”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”, həmçinin Qərbi Avropa, rus və Şərq ölkələri incəsənətinə aid əsərlərlə tanış olublar.

📌Ekskursiya uşaqlarda xoş təəssürat yaradıb.

🏛️Muzey biliklərinizi artırmaq, öyrənərək istirahət etmək və incəsənəti yaxından kəşf etmək üçün əvəzsiz məkandır.

✅Odur ki, bizimlə birlikdə yeni biliklər qazanmağa və maraqlı anlar yaşamağa tələsin!

🕘 Ekskursiyanın vaxtları:
Həftəiçi: II, IV, V günlər – 🕰️10:00 / 15:00
III gün – 🕰️12:00 / 16:00
Həftəsonu – 🕰️11:00 / 16:00

📌Qeyd edək ki, ekskursiyalar Azərbaycan, rus və ingilis dillərində aparılır.

☎️📞Qeydiyyat üçün:
(012) 492 07 07
(051) 580 85 21

📢Əziz uşaqlar,31 iyul tarixində 🏛️Azərbaycan Milli İncəsənət Muzeyi R.Pirnəzərov adına 299 nömrəli tam orta məktəbin və ...
31/07/2026

📢Əziz uşaqlar,
31 iyul tarixində 🏛️Azərbaycan Milli İncəsənət Muzeyi R.Pirnəzərov adına 299 nömrəli tam orta məktəbin və Ədalət Abbasov adına tam orta məktəbin şagirdləri üçün “Xalça toxuma” adlı maarifləndirici proqram təqdim etdi.

✅Proqram çərçivəsində 👫uşaqlara “Azərbaycanda xalçaçılıq sənətinin tarixi” mövzusunda mühazirə keçirildi, milli ornamentlərin mənası və inkişaf mərhələləri haqqında məlumat verildi.

🔎Sonda məktəblilər tematik-interaktiv ekskursiya və xalçaçılıq ənənələrini yaxından tanımağa imkan verən ustad dərsində iştirak etdilər.

🏛️Muzey biliklərinizi artırmaq, öyrənərək istirahət etmək və incəsənəti yaxından kəşf etmək üçün əvəzsiz məkandır.

✅Odur ki, bizimlə birlikdə yeni biliklər qazanmağa və maraqlı anlar yaşamağa tələsin!

🕘 Proqramların vaxtları:
Həftəiçi: II, IV, V günlər – 🕰️10:00 / 15:00
III gün – 🕰️12:00 / 16:00
Həftəsonu – 🕰️11:00 / 16:00

📌Qeyd edək ki, proqramlar Azərbaycan, rus və ingilis dillərində aparılır.

☎️📞Qeydiyyat üçün:
(012) 492 07 07
(051) 580 85 21

29/07/2026
📢29 İyul tarixində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət e...
29/07/2026

📢29 İyul tarixində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.
Şagirdlər “Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində keçirilən Azərbaycan incəsənətinə həsr olunmuş proqramda iştirak ediblər.

👫İştirakçılar Azərbaycan incəsənətinin qədim dövrlərdən müasir dövrədək keçdiyi inkişaf yolu ilə tanış olub, Qobustan qayaüstü təsvirlərindən başlayaraq dekorativ-tətbiqi sənət, memarlıq, rəngkarlıq, qrafika, heykəltəraşlıq, musiqi və ədəbiyyatı əhatə edən zəngin milli irs haqqında ətraflı məlumat əldə ediblər.

🔎Proqram zamanı uşaqlara milli mədəniyyətimizin formalaşmasında mühüm rol oynayan sənət sahələri interaktiv təqdimat vasitəsilə təqdim olunub.

👩‍🎨🎨🧑‍🎨Ustad dərsində isə iştirakçılar Qobustan qayaüstü təsvirlərinin, islam dövrünə aid həndəsi girih ornamentlərinin və şəbəkə sənətinin motivlərindən ilhamlanaraq yaradıcılıq işləri hazırlayıblar.

✅İnteraktiv proqram və yaradıcı məşğələ iştirakçılarda xoş təəssürat yaradıb, onların milli incəsənətə marağını daha da artırıb.

📢İyulun 25-də Azərbaycan Milli İncəsənət Muzeyini Rusiyadan gələn qonaqlar ziyarət ediblər.🔎Ekskursiya zamanı iştirakçıl...
26/07/2026

📢İyulun 25-də Azərbaycan Milli İncəsənət Muzeyini Rusiyadan gələn qonaqlar ziyarət ediblər.

🔎Ekskursiya zamanı iştirakçılara muzeyin daimi ekspozisiyaları - “Azərbaycan incəsənət xəzinəsi”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”, “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti”, həmçinin Qərbi Avropa, rus və Şərq ölkələri incəsənətinə aid əsərlərlə tanış olublar.

📌Ekskursiya ailədə xoş təəssürat yaradıb.

🏛️Muzey biliklərinizi artırmaq, öyrənərək istirahət etmək və incəsənəti yaxından kəşf etmək üçün əvəzsiz məkandır.

✅Odur ki, bizimlə birlikdə yeni biliklər qazanmağa və maraqlı anlar yaşamağa tələsin!

🕘 Ekskursiyanın vaxtları:
Həftəiçi: II, IV, V günlər – 🕰️10:00 / 15:00
III gün – 🕰️12:00 / 16:00
Həftəsonu – 🕰️11:00 / 16:00

📌Qeyd edək ki, ekskursiyalar Azərbaycan, rus və ingilis dillərində aparılır.

☎️📞Qeydiyyat üçün:
(012) 492 07 07
(051) 580 85 21

📢İyulun 23-də Azərbaycan Milli İncəsənət Muzeyinin növbəti qonaqları Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbin ...
24/07/2026

📢İyulun 23-də Azərbaycan Milli İncəsənət Muzeyinin növbəti qonaqları Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbin şagirdləri və Bakı Dövlət Universitetin, Lənkəran Dövlət Universitetin Mingəçevir Dövlət Universitetin tələbələri oldu.

🔎Ekskursiya zamanı iştirakçılara muzeyin daimi ekspozisiyaları - “Azərbaycan incəsənət xəzinəsi”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”, “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti”, həmçinin Qərbi Avropa, rus və Şərq ölkələri incəsənətinə aid əsərlərlə və “Küləklər şəhərinin salnaməsi“ adlı sərgi ilə tanış olublar.

📌Ekskursiya uşaq və tələbələrdə xoş təəssürat yaradıb, Azərbaycan incəsənətinin zəngin bədii ənənələri və ekspozisiyanın rəngarəngliyi xüsusi maraqla qarşılanıb.

🏛️Muzey biliklərinizi artırmaq, öyrənərək istirahət etmək və incəsənəti yaxından kəşf etmək üçün əvəzsiz məkandır.

✅Odur ki, bizimlə birlikdə yeni biliklər qazanmağa və maraqlı anlar yaşamağa tələsin!

🕘 Ekskursiyanın vaxtları:
Həftəiçi: II, IV, V günlər – 🕰️10:00 / 15:00
III gün – 🕰️12:00 / 16:00
Həftəsonu – 🕰️11:00 / 16:00

📌Qeyd edək ki, ekskursiyalar Azərbaycan, rus və ingilis dillərində aparılır.

☎️📞Qeydiyyat üçün:
(012) 492 07 07
(051) 580 85 21

Address

9/11 Niyazi, Bakı
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Uşaq Muzeyi AMİM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Uşaq Muzeyi AMİM:

Shortcuts

Share