27/02/2026
1️⃣ISO 9001 Öncesi Hazırlıq
ISO 9001 Keyfiyyət İdarəetmə Sisteminin qurulması; planlı yanaşma, düzgün müəyyən edilmiş proseslər və üst rəhbərliyin aktiv iştirakı ilə uğurlu olur. Başlanğıc mərhələsində atılan doğru addımlar sistemin effektivliyini və davamlılığını müəyyən edir.
2️⃣Kapsam Müəyyənləşdirilibmi?
Keyfiyyət İdarəetmə Sisteminin kapsamı təşkilatın fəaliyyət sahəsi, məhsul və xidmətləri nəzərə alınaraq müəyyən edilməli və maraqlı tərəflərin gözləntiləri ilə uyğun olmalıdır.
3️⃣Proseslər Təyin Edilibmi?
Təşkilatın əsas və dəstək prosesləri müəyyən edilməli, bu proseslərin girişləri, çıxışları və məsuliyyətləri aydın şəkildə təyin olunmalıdır.
4️⃣Proseslərin Qarşılıqlı Əlaqəsi Müəyyənləşdirilibmi?
Proseslərin bir-biri ilə qarşılıqlı əlaqəsi müəyyən edilməli və proses yanaşmasını dəstəkləyəcək şəkildə qurulmalıdır.
5️⃣Keyfiyyət Siyasəti Hazırlanıbmı?
Təşkilatın keyfiyyət yanaşmasını əks etdirən keyfiyyət siyasəti hazırlanmalı, üst rəhbərlik tərəfindən təsdiqlənməli və təşkilat daxilində elan edilməlidir.
6️⃣Keyfiyyət Məqsədləri Təyin Edilibmi?
Ölçülə bilən keyfiyyət məqsədlərinin müəyyən edilməsi performansın izlənməsini və davamlı təkmilləşdirmə fəaliyyətlərinin planlaşdırılmasını təmin edir.
7️⃣Risk və İmkanlar Müəyyənləşdirilibmi?
Keyfiyyət İdarəetmə Sisteminin planlaşdırılması zamanı təşkilatın riskləri və imkanları müəyyən edilməli və müvafiq tədbirlər planlaşdırılmalıdır.
8️⃣Sənədləşdirilmiş Məlumat Strukturu Planlaşdırılıbmı?
Keyfiyyət İdarəetmə Sisteminə aid prosedurlar, təlimatlar və qeydləri əhatə edən sənədləşdirilmiş məlumat strukturu təşkilatın ehtiyaclarına uyğun şəkildə planlaşdırılmalıdır.
9️⃣Vəzifə və Məsuliyyətlər Təyin Edilibmi?
Organizasiya strukturu müəyyən edilməli, vəzifə və məsuliyyətlər təyin olunmalı və keyfiyyət idarəetmə sistemi çərçivəsində səlahiyyətlər aydın şəkildə göstərilməlidir.
🔟 Daxili Audit və İdarəetmənin Gözdən Keçirilməsi Planlaşdırılıbmı?
Keyfiyyət İdarəetmə Sisteminin standartlara uyğunluğunu və fəaliyyətini qiymətləndirmək məqsədilə daxili audit fəaliyyətləri planlaşdırılmalı və əldə olunan nəticələrin rəhbərliyə təqdim ediləcəyi idarəetmənin gözdən keçirmə prosesi təşkil olunmalıdır.