Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi Bakı Ali Neft Məktəbinin rəsmi səhifəsi. BHOS official page. Attend our events,learn about our degree

Dövlət Proqramı qalibimiz!Kimya mühəndisliyi ixtisasının məzunu Lalə Qurbanlı Dövlət Proqramı çərçivəsində Con Universit...
21/08/2026

Dövlət Proqramı qalibimiz!

Kimya mühəndisliyi ixtisasının məzunu Lalə Qurbanlı Dövlət Proqramı çərçivəsində Con Universitetində Kimya və biomolekulyar mühəndisliyi üzrə magistratura təhsili alacaq.

Lalə SOCAR-ın “Gənc istedadlar” və “Çalışan tələbə” proqramının qalibidir.

✅SOCAR-ın 3 fərqli müəssisəsində təcrübədə olub.
✅“Idea Campaign” tərəfindən keçirilən “Young Climate Champions 2” yarışının qalibi olan komandanın üzvü olub.
✅Polşada keçirilən “Yay universiteti” proqramında iştirak edib.
✅Bundan başqa Lalə Vaşinqton, Mançester, Şeffild, Durham və Bristol universitetlərindən də qəbul alıb.

Qürur duyur, uğurlar arzulayırıq!

“Məzunlarımız haradadır?” rubrikasında daha bir məzunumuz Məzahir Məmmədovu təqdim edirik. Məzahir BANM-in İnformasiya t...
21/08/2026

“Məzunlarımız haradadır?” rubrikasında daha bir məzunumuz Məzahir Məmmədovu təqdim edirik.

Məzahir BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 2024-cü il məzunudur.

Hazırda Milli Kibertəhlükəsizlik Agentliyində aparıcı mütəxəssis vəzifəsində çalışır.

Məzunumuzla qürur duyur, uğurlar arzu edirik!

Bakı Ali Neft Məktəbi (BANM) tələbələrinin Azərbaycanla yanaşı, xarici ölkələrdə də aparıcı müəssisələrdə istehsalat təc...
21/08/2026

Bakı Ali Neft Məktəbi (BANM) tələbələrinin Azərbaycanla yanaşı, xarici ölkələrdə də aparıcı müəssisələrdə istehsalat təcrübəsi keçməsi üçün imkan yaradır.

Ali Məktəbimizin 12 tələbəsi Türkiyənin ən böyük elmi-texnoloji tədqiqat mərkəzi olan TÜBİTAK BİLGEM-də istehsalat təcrübəsi keçib.

BANM-in Kompüter mühəndisliyi ixtisasının III və IV kurs tələbələri bir ay müddətində təcrübə proqramında iştirak edərək öz bilik və bacarıqlarını artırıblar.

Dövlət Proqramı qalibimiz!İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gültac Seyid Dövlət Proqramı çərçivəsində ABŞ-ni...
20/08/2026

Dövlət Proqramı qalibimiz!

İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gültac Seyid Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində Kompüter elmləri ixtisası üzrə magistratura təhsili alacaq.

Gültac BANM-ə 2021-ci ildə müsabiqədənkənar qəbul olunub.

✅ “Code for Future” çərçivəsində 2023-cü ildə Azercell və UFAZ-ın birgə keçirdiyi hakatonda 1-ci yerin qalibi olub.

✅ 2024-cü ildə keçirilən “ABCC Azerbaijan Business Case Competition”da 2-ci yerə layiq görülüb.

✅ “JunctionXBaku 2024” hakatonda “Grand Winner” olaraq Finlandiyada keçirilən “Junction 2024”ə “Golden Ticket” qazanıb.

✅ Avropanın ən böyük hakatonlarından biri olan Finlandiyanın “Junction 2024” tədbirində “Challenge Winner” üzrə 1-ci yerin qalibi olub.

✅ 2025-ci ildə İstanbulda keçirilən “TEKNOFEST”də “FinTech” kateqoriyası üzrə 2-ci yerin qalibi olub.

✅ Universitet illəri ərzində “PAŞA Sığorta” və “Azercell Telecom” şirkətlərində Data elmləri üzrə təcrübə proqramlarında iştirak edib.

✅ Son 2 ildir “SOCAR Tech” şirkətində Data elmləri mütəxəssisi vəzifəsində fəaliyyət göstərir.

✅ 2024-cü ildə Çində keçirilən “Green Technologies” üzrə yay məktəbində iştirak edib.

✅ Gültacın Kolumbiya Universiteti ilə yanaşı, Karnegi Mellon Universiteti və Maryland Universitetindən də qəbul təklifləri olub.

✅ 2025-ci ildə “Adlı təqaüd” proqramının qalibi olub.

Qürur duyur, uğurlar arzulayırıq!

Bakı Ali Neft Məktəbi ( ) tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirakını təşkil edir, tələbələrə daim dəstək ...
20/08/2026

Bakı Ali Neft Məktəbi ( ) tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirakını təşkil edir, tələbələrə daim dəstək göstərir.

Kompüter Mühəndisliyi ixtisasının III kurs tələbələri Dəniz Fərəcəva, Əli Əmrahov və Məhəmmədəli Mənsurlu, Biznesin idarə edilməsi ixtisasının tələbələri Mehdi Əliyev və Murad Yüzbəyov 1 semestr mübadilə proqramı çərçivəsində Türkiyənin Bahçeşehir Universitetində təhsil alıblar.

Mübadilə proqramı çərçivəsində Türkiyədə olduqları müddətdə tələbələr həm akademik, həm də mədəni baxımdan zəngin təcrübə qazanıblar.

Tələbələrimiz Bahçeşehir Universitetində 50-dən çox ölkənin iştirak etdiyi “International Day” tədbirində də iştirak ediblər.

Tədbir zamanı Azərbaycanı təmsil edən tələbəmiz Dəniz Fərəcəva ölkəmizin tarixi, mədəniyyəti və milli adət-ənənələri haqqında məlumat verib, milli mətbəximizin nümunələrini təqdim edib.

Bakı Ali Neft Məktəbinin Tələbə Evində müxtəlif ölkələrdən olan tələbələr bir araya gələrək birlikdə süfrə arxasında vax...
20/08/2026

Bakı Ali Neft Məktəbinin Tələbə Evində müxtəlif ölkələrdən olan tələbələr bir araya gələrək birlikdə süfrə arxasında vaxt keçirib, xoş anlarını bölüşüblər.

BANM-də tələbə həyatı yalnız təhsildən deyil, həm də dostluqdan, paylaşmaqdan və fərqli mədəniyyətləri tanımaqdan ibarətdir.

“Məzunlarımız haradadır?” rubrikasında daha bir məzunumuz Aytən Xəlilovanı təqdim edirik. Aytən BANM-in İnformasiya təhl...
19/08/2026

“Məzunlarımız haradadır?” rubrikasında daha bir məzunumuz Aytən Xəlilovanı təqdim edirik.

Aytən BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 2023-cü il məzunudur.

Hazırda Budapeştdə DEKRA Technologies&Services KFT şirkətində Kibertəhlükəsizlik mütəxəssisi vəzifəsində çalışır.

Məzunumuzla qürur duyur, uğurlar arzu edirik!

Dövlət Proqramı qalibimiz!Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının məzunu Nizaməddin İsrafilli Dövlət Pr...
19/08/2026

Dövlət Proqramı qalibimiz!

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının məzunu Nizaməddin İsrafilli Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində Elektrik mühəndisliyi ixtisası üzrə magistratura təhsili alacaq.

Nizaməddin BANM-ə 669.6 balla daxil olub.

✅ BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “Generation Connect Young Leadership” proqramının gənc liderlərindən biridir və bu proqram çərçivəsində Azərbaycanı beynəlxalq səviyyədə təmsil edir.

✅ Günəş panellərinin səmərəliliyini artırmağa yönəlmiş “Luminex Technologies” startapının təsisçisi və tədqiqat rəhbəridir. Layihə KOBİA və AccessBank tərəfindən 40 000 AZN-dən çox qrant qazanıb, COP29, BMT-nin Dünya Şəhərsalma Forumu (WUF13) və digər beynəlxalq platformalarda təqdim olunub.

✅ Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivallarından biri olan TEKNOFEST 2025-in finalçısı olub.

✅ Mübadilə çərçivəsində Bolqarıstanın Angel Kanchev Universitetində təhsil alıb.

✅ “PAŞA Holding”in “Əlaçı” təqaüd proqramının qalibidir.

✅ SOCAR-KBR, ABB və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda mühəndis kimi fəaliyyət göstərib.

✅ Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib, elmi məqalələrin müəllifidir, beynəlxalq müsabiqə və innovasiya proqramlarında Azərbaycanı uğurla təmsil edib.

Qürur duyur, uğurlar arzulayırıq!

Əkiz bacı-qardaş Aysun və Həsən Məmmədli Bakı Ali Neft Məktəbini seçir. I ixtisas qrupu üzrə 670.4 bal toplayan Aysun Ba...
19/08/2026

Əkiz bacı-qardaş Aysun və Həsən Məmmədli Bakı Ali Neft Məktəbini seçir.

I ixtisas qrupu üzrə 670.4 bal toplayan Aysun Bakı Ali Neft Məktəbinin Kompüter elmləri ixtisasında, II ixtisas qrupu üzrə 642 bal toplayan Həsən isə Maliyyə ixtisasında təhsil almağı planlaşdırır.

Sabunçu rayonu 338 nömrəli tam orta məktəbin məzunları olan Aysun və Həsəni təbrik edir, uğurlar arzulayır, onları tələbələrimiz sırasında görməyi səbirsizliklə gözləyirik.

Dövlət Proqramı qalibimiz! Biznesin idarə edilməsi ixtisasının məzunu Murad Əliyev Dövlət Proqramı çərçivəsində Sinqapur...
18/08/2026

Dövlət Proqramı qalibimiz!

Biznesin idarə edilməsi ixtisasının məzunu Murad Əliyev Dövlət Proqramı çərçivəsində Sinqapur Milli Universitetində Maliyyə analizi və mühasibatlıq ixtisası üzrə magistratura təhsili alacaq.

Murad 2021-ci ildə qəbul imtahanında 669.4 nəticə göstərərək BANM-ə daxil olub.

✅Tələbəlik dövründə müxtəlif hakatonlarda iştirak edib və qalib olub.

✅Teknofest 2024 yarışında II yerə layiq görülüb.

✅Mübadilə çərçivəsində Polşanın AGH Elm və Texnologiya Universitetində təhsil alan yeganə tələbə olmaq hüququ əldə edib.

✅SOCAR Könüllüləri qrupunun ilk üzvlərindən biri olub, qrup rəhbəri vəzifəsini icra edib.

✅Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin “Adlı təqaüd”ünə layiq görülüb.

✅İtaliya, Albaniya, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq təlimlərdə iştirak edərək ölkəmizi təmsil edib.

✅Aktiv ictimai fəaliyyətinə görə 2024-cü ildə AR Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təsis olunan “İlin könüllüsü” mükafatına layiq görülüb.

✅İntellektual mövzulu televiziya verilişlərində iştirak edib və qalib olub.

✅Azərbaycan Biznes Keys Müsabiqəsinin ikiqat yarımfinalçısı olub.

Qürur duyur, uğurlar arzulayırıq!

Address

Kampus: Yeni Salyan Yolu 3-cü Km, 25, Səbail Rayonu, Ağ şəhər Korpusu: AZ 1025, Xətai Rayonu, 8 Noyabr Pr. Giriş 64
Baku
AZ.1023

Alerts

Be the first to know and let us send you an email when Bakı Ali Neft Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı Ali Neft Məktəbi:

Shortcuts

Share