08/04/2026
🏅 TeenEagle Olimpiadasının mükafatlandırma mərasimi keçirildi!
4 aprel 2026-cı il tarixində Hədəf Stars Campusda TeenEagle English Competition olimpiadasının mükafatlandırma mərasimi baş tutdu. Tədbirdə 3 müxtəlif yaş qrupu üzrə ümumilikdə 124 şagird iştirak edərək qazandıqları nəticələrə əsasən qızıl, gümüş və bürünc medallarla təltif olundular.
Mərasim Hədəf Şirkətlər Qrupunun Baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadıqovun açılış nitqi ilə başladı. O, çıxışında gənclərin beynəlxalq platformalarda iştirakının onların dil bacarıqlarının inkişafı və özünəinamlarının güclənməsi baxımından mühüm rol oynadığını vurğuladı.
Daha sonra TeenEagle olimpiadasının Azərbaycan üzrə nümayəndəsi Yaşar Zeynalov çıxış edərək layihənin məqsədləri, ölkəmizdəki fəaliyyəti və gələcək planları haqqında məlumat verdi. O qeyd etdi ki, TeenEagle layihəsi şagirdlərdə ingilis dilində tənqidi düşüncə, effektiv ünsiyyət və qlobal vətəndaşlıq bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Qürurverici məqamlardan biri də odur ki, qaliblərimiz iyul və avqust aylarında İngiltərə və Amerika Birləşmiş Ştatlarında keçiriləcək beynəlxalq final mərhələsinə vəsiqə qazandılar!
Rəsmi çıxışlardan sonra fərqlənən şagirdlərə medallar təqdim olundu. Tədbir valideynlər, müəllimlər və iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətlə qarşılandı. Bu təşəbbüs ölkəmizdə ingilis dilinə marağın artırılması istiqamətində mühüm addım kimi dəyərləndirildi.