11/05/2026
🇦🇿 ADNSU Debat Klubunun XX daxili PD turnirinin ən
yaxşı natiqlərini təqdim edirik:
1. Nərgiz Sadıqova
2. İzafə Xələfzadə
3. Alsu Cəfərli
4. Sədri Qasımzadə
5. Aişə Əbdülhəlimova
6. İlahə Orucova
7. Sona Hənifəli
8. Cəlil İbrahimli
9. Leyla Əliyeva
10. Mirfatimə Abdullazdə
11. Nərmin Məmmədova
12. Zərnişan Məhərrəmova
13. Mirtac Səfərzadə
🇷🇺 Представляем лучших ораторов русского сектора XX внутреннего турнира Клуба Дебатов АГУНП в формате ПД:
1) Максим Крыгин
2) Джахангир Рустамов
3) Ариана Котова
4) Гурбан Рагимли
5) Руслан Ализаде
6) Орхан Халигзаде
7) Полад Мамедов
8) Наим Раджибели
9) Вагиф Ибрагимов
10) Рабийя Байрамова
11/05/2026
🇷🇺 4-5 апреля 2026 года состоялся XXI внутренний турнир Дебатного клуба АГУНП в формате парламентских дебатов. Церемония открытия, начавшаяся с выступления председателя клуба Садига Джавадова, продолжилась речами гостей. В первый день турнира, посвященного теме «Применение цифровых технологий в процессе градостроительства должно быть расширено», прошли игры группового этапа, в результате которых 8 команд завоевали право участия в следующем этапе. После напряженных игр плей-офф, команда «День дня» выступила в финале в роли правительственной палаты, а команда «Пепсикольные гонзалесы» — в роли оппозиционной палаты. По итогам финальной игры, команда «День дня» стала чемпионом турнира. Магомед Шафиев был признан лучшим тренером турнира, а Нурлана Ибрагимова — лучшим судьей. Мы хотели бы поблагодарить всех, кто принял участие в нашем XXI внутреннем турнире по парламентским дебатам!
11/05/2026
4-5 aprel 2026-cı il tarixlərində ADNSU Debat Klubunun Parlament Debatı formatı üzrə XXI daxili turniri keçirildi.
Klub sədri Sadiq Cavadovun nitqi ilə başlayan açılış mərasimi qonaqların nitqi ilə davam etdi. “Şəhərsalma prosesində rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir” qətnaməsi ilə oynanılan turnirin ilk günündə qrup mərhələsi oyunları keçirildi və 16 komanda növbəti mərhələdə iştirak haqqı qazandı.
Olduqca rəqabətli keçən play-off oyunlarının ardından final mərhələsində “Mən bir köhnə dərvizişəm” komandası hökümət palata olaraq, “Nupaqadi” komandası isə müxalif palata kimi çıxış etdilər. Final oyununun sonunda “Mən bir köhnə dərvişəm” komandası turnirin çempionu oldu.
Sadiq Cavadov tunirin ən yaxşı məşqçisi, İsmayıl Ataşov isə ən yaxşı hakimi seçildi.
XXI daxili PD turnirimizdə iştirak etmiş hər kəsə təşəkkür edirik!
03/04/2026
Хотя в последние годы сфера городского планирования в Азербайджане вступила в фазу бурного развития, в процессе управления этим процессом и его реализации наблюдается ряд проблем. Расширение городов, плотность населения, транспортные пробки, недостатки инфраструктуры и экологические риски создают серьезные проблемы на всех этапах процесса городского развития. Существующие решения основаны на традиционных методах, что ограничивает своевременное и эффективное принятие решений на этапах планирования, реализации и мониторинга.
Интеграция цифровых технологий в процесс городского развития считается ключевым инструментом для решения этих проблем. Геоинформационные системы (ГИС), платформы «умного города», анализ больших данных и модели на основе искусственного интеллекта позволяют осуществлять непрерывный анализ планирования, управления строительством, мониторинга инфраструктуры и городской среды. С помощью этих технологий можно регулировать транспортные потоки, обеспечивать эффективный контроль на этапе реализации проектов и постоянно оценивать воздействие на городскую среду.
Однако применение цифровых технологий в процессе городского планирования в Азербайджане остается ограниченным. Среди основных проблем — плохая интеграция баз данных, отсутствие единых цифровых платформ и ограниченные инвестиции в технологические решения. В результате ослабляется координация между различными этапами городского планирования и затрудняется эффективное использование ресурсов.
Широкое применение цифровых технологий в процессе городского планирования, в свою очередь, повышает прозрачность управления и обеспечивает принятие более точных решений на основе данных.
Для решения всех этих вопросов и обеспечения эффективности процесса городского планирования правительственная палата предлагает следующую резолюцию:
Применение цифровых технологий в процессе градостроительства должно быть расширено .
03/04/2026
Azərbaycanda şəhərsalma sahəsi son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoysa da, bu inkişafın idarə olunması və həyata keçirilməsi prosesində bir sıra problemlər müşahidə olunur. Şəhərlərin genişlənməsi, əhali sıxlığının artması, nəqliyyat yüklənməsi, infrastruktur çatışmazlıqları və ekoloji risklər şəhərsalma prosesinin bütün mərhələlərində ciddi çətinliklər yaradır. Mövcud həllər ənənəvi üsullara əsaslanır ki, bu da planlaşdırma, icra və nəzarət mərhələlərində qərarların operativ və effektiv şəkildə qəbulunu məhdudlaşdırır.
Rəqəmsal texnologiyaların şəhərsalma prosesinə inteqrasiyası bu problemlərin həlli üçün mühüm vasitə hesab olunur. Coğrafi informasiya sistemləri (GIS), “ağıllı şəhər” platformaları, böyük verilənlərin (big data) analizi və süni intellekt əsaslı modellər planlaşdırmanı, tikintinin idarə olunmasını, infrastrukturun monitorinqini və şəhər mühitinin davamlı şəkildə təhlilini mümkün edir. Bu texnologiyalar vasitəsilə nəqliyyat axınları tənzimlənə, layihələrin icra mərhələsində effektiv nəzarət təmin oluna və şəhər mühitinə təsirlər davamlı şəkildə qiymətləndirilə bilər.
Lakin Azərbaycanda şəhərsalma prosesində rəqəmsal texnologiyaların tətbiqi hələ də məhdud xarakter daşıyır. Məlumat bazalarının inteqrasiyasının zəif olması, vahid rəqəmsal platformaların çatışmazlığı və texnoloji həllərə investisiyanın məhdudluğu əsas problemlər sırasındadır. Nəticədə şəhərsalmanın müxtəlif mərhələləri arasında koordinasiya zəifləyir, resurslardan səmərəli istifadə olunmur və uzunmüddətli, dayanıqlı inkişaf əvəzinə qısa müddətli qərarlar üstünlük təşkil edir. Şəhərsalma prosesində rəqəmsal texnologiyaların geniş tətbiqi isə idarəetmənin şəffaflığını artırır, qərarların daha dəqiq və məlumatlara əsaslanan şəkildə qəbulunu təmin edir.
Bütün bu problemlərin həlli və şəhərsalma prosesində effektivliyin təmin edilməsi məqsədilə hökumət palatası aşağıdakı qətnaməni irəli sürür:
“Şəhərsalma prosesində rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir.”
01/04/2026
🇦🇿10-13 mart tarixlərində ADNSU Debat Klubunda kluba yeni gələn debatçıların lazımi bilik va bacarıqlara yiyələnməsi üçün PD formatı üzrə təlimlər keçirildi. Formatın strukturunu öyrənən yeni debatçılara təlimlər ərzində həmçinin debatın prinsipləri də aşılandı.
🇷🇺С 10 по 13 марта дебатный клуб АГУНП провел тренинги в формате Парламентских дебатов, чтобы дать новым участникам дебатов необходимые знания и навыки. В ходе тренировок были освоены структура формата и принципы дебатов
16/03/2026
🇦🇿 28 fevral 2026-cı ildə ADNSU Debat Klubu yeni üzvləri ilə görüş keçirdi. Klub sədri Sadiq Cavadovun açılış nitqi ilə başlayan görüşdə klubumuzun təcrübəli debatçıları da yeni üzvlərə debat anlayışı va onun prinsipləri haqqında danışdılar.
Görüşün davamında yeni üzvlərin praktiki bacarıqlarını inkişaf etdirmək məqsədi ilə klubun təcrübəli debatçılarının iştirakı ilə
PD formatlı Şou-Debat sərgiləndi. “Ölkə sənayesinin idxaldan aslılığı azaldılmalıdır” adlı qətnamə əsasında göstərilən debatda sözügedən problemin həlli üçün qanun layihəsi hökümət palata olan Kamran Əhmədov va Sadiq Cavadov tərəfindən irəli sürüldü. Muhammed Novruz və Alim Qasımlı isə müxalif palata olaraq çıxış etdilər.
Olduqca maraqlı keçən oyun mərhələsində yeni debatçılar PD formatının strukturu haqqında ətraflı məlumat əldə edə bildilər.
Görüşün sonunda yeni üzvlərin müsahibə marhələsi keçirildi.
Yeni debat mövsümündə hər kəsə uğurlar arzu edirik!
🇷🇺 28 февраля 2026 года дебатный клуб АГУНП провел встречу с новыми членами. Встреча началась с вступительной речи председателя клуба Садика Джавадова, а также опытные дебатеры нашего клуба рассказали о сути дебатов и их принципах.
В ходе встречи с целью развития практических навыков новых членов были проведены показательные шоу-дебаты в формате Парламентских дебатов, с участием опытных дебатеров клуба. В дебатах на тему «Зависимость промышленности страны от импорта должна быть снижена» законопроект по решению вышеупомянутой проблемы был представлен представителями государственной палаты, Камраном Ахмедовым и Садиком Джавадовым. Со стороны оппозиционной палаты выступили Мухаммед Новруз и Алим Гасымлы.
В ходе игры, которая была весьма интересной, новые дебатеры смогли подробно ознакомиться со структурой формата Парламентских Дебатов.
В конце встречи состоялся этап собеседований с новыми членами.
Желаем всем удачи в новом дебатном сезоне!
21/02/2026
🇦🇿 19 fevral 2026 tarixində ADNSU Debat Klubunun idarə heyəti iclası baş tutdu. İclasda cari proseslərin təhlili və gələcək fəaliyyət planı təqdim olundu.
Bununla yanaşı iclasda idarə heyətimizə 4 yeni üzv - Həsən Əliyev, Kənan Hacıyev, Firudin İbrahimzadə, Cahangir Rüstəmov (Təşkilati işlər üzrə koordinatorlar) qatıldı.
Yeni idarə heyətinə və bütün klub üzvlərinə uğurlar arzulayırıq!
🇷🇺 19 февраля 2026 года состоялось заседание управляющего состава Дебат Клуба АГУНП. На собрании был проведён анализ текущих процессов и представлен план дальнейшей деятельности.
Кроме того, к составу правления присоединились 4 новых члена - Гасан Алиев, Кянан Гаджиев, Фирудин Ибрагимзаде и Джахангир Рустамов (в роли координаторов по организационным вопросам).
Желаем успехов новому составу правления и всем членам нашего клуба!
04/01/2026
🇦🇿 13-14 Dekabr 2025 tarixlərində “BGDF: Qış, 2025 turniri keçirildi. “Dövlət suverenliyinin iqtisadi əsasları yaxşılaşdırılmalıdır” mövzusunda keçirilən turnirdə klubumuzu hər iki bölmə üzrə komandalar təmsil edirdi. Olduqca maraqlı və mübarizəli keçən oyunların sonunda Rus bölməsindən klubumuzu təmsil edən “Мы АзИИ, а ты?” və Azərbaycan bölməsindən klubumuzu təmsil edən “Nano98” komandası finala qədər yüksəlməyi bacardı. Finalın nəticəsin də Rus bölməsi üzrə “Мы АзИИ, а ты?” komandası turnirin çempionu oldu. Rus bölməsində Firuddin Rzayev 10-cu, Cahangir Rüstəmov 9-cu, İlkin Abdulov 4-cü və Məhəmməd Şəfiyev 3-cü, Azərbaycan bölməsində isə Nərgiz Sadıqova 10-cu, Şəhriyar Həmidov 4-cü, Sübhan İbrahimli 3-cü, Aişə Əbdülhəlimova 2-ci və Rauljan Alagezov isə 1-ci olaraq turnirin ən yaxşı natiqi seçilmişdir. Çempion komandamızın məşqçisi Lalə Tağıyeva isə Turnirin ən yaxşı məşqçisi titulunu qazandı.
ADNSU Debat Klubu olaraq komandamızı bu möhtəşəm nailiyyətə görə təbrik edir, turnirdə iştirak etmiş hər bir debatçımıza təşəkkür edirik!
🇷🇺13-14 декабря 2025 года состоялся турнир BGDF: Зима 2025 , который проходил на тему «Экономические основы государственного суверенитета должны быть улучшены. Наш клуб был представлен командами в обоих секторах. По итогам очень интересных и напряженных игр команда, представлявшая наш клуб в русском секторе, «Мы АзИИ, а ты? и команда «Nano98», представлявшая наш клуб в азербайджанском секторе, сумели выйти в финал. По итогам финала команда «Мы АзИИ, а ты?» стала чемпионом турнира. В русском секторе в списке лучших ораторов Фируддин Рзаев занял 10-е место, Джахангир Рустамов — 9-е, Илькин Абдулов — 4-е, а Мухаммед Шафиев — 3-е; в азербайджанском секторе Наргиз Садыхова заняла 10-е место, Шахрияр Гамидов занял 4-е место, Субхан Ибрагимли — 3-е, Аиша Абдулхалимова — 2-е, а Раулджан Алагезов был признан лучшим оратором турнира. Тренер нашей чемпионской команды Лала Тагиева получила звание лучшего тренера турнира.
Как дебатный клуб ADNSU, мы поздравляем нашу команду с этим великолепным достижением и благодарим каждого дебатера, принявшего участие в турнире!
12/12/2025
13-14 dekabr 2025 tarixlərində “ Dövlət suverenliyinin iqtisadi əsasları yaxşılaşdırılmalıdır” mövzusunda keçirilən Bakı Gənclər Debat Formunda klubumuzu təmsil edən “Nano 98” komandası:
1. Sübhan İbrahimli
2. Şəhriyar Həmidov
12/12/2025
13-14 dekabr 2025 tarixlərində “ Dövlət suverenliyinin iqtisadi əsasları yaxşılaşdırılmalıdır” mövzusunda keçirilən Bakı Gənclər Debat Formunda klubumuzu təmsil edən “Aldofenilhidrozon” komandası:
1. Sədri Qasımlı
2. Nərgiz Sadıqova