Ağdam rayon 88 nömrəli tam orta məktəb

Ağdam rayon 88 nömrəli tam orta məktəb Ağdam rayon 88 nömrəli tam orta məktəb

24/08/2025

2024-2025- ci tədris ilinin məzunları.Təbrik edirik.Yolunuz açıq olsun.

Tovuz döyüşlərindən 5 il ötür.Allah bütün şəhidlərimizə rəhmət eləsin! 🇦🇿
12/07/2025

Tovuz döyüşlərindən 5 il ötür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 🇦🇿

29/06/2025

Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər 29 iyun tarixdən 2 iyul 2025-ci il tarixədək onlayn qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, tələblər aşağıdakı kimidir:

1. Hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışması;
2. Hər iki iş yeri üzrə ümumi dərs yükünün 24 saatdan artıq olmaması;
3. Sertifikatlaşdırma üzrə test nəticəsinin minimum 85 faiz olması;
4. Sertifikatlaşdırma keçirilməyənlərə münasibətdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə) nəticəsinin minimum 85 faiz olması;

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/BciQvbjKKzR4njDx7

26/06/2025

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Xalqımızın qürur mənbəyi olan Azərbaycan Ordusunun yaranması günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edirik.

23/06/2025

23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür.

Peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.

Ağdam rayon 88 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilinin tam orta təhsil səviyyəsini başa vurmuş məzunlara at...
22/06/2025

Ağdam rayon 88 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilinin tam orta təhsil səviyyəsini başa vurmuş məzunlara attestatlar verilib.Tədbirdə məktəb rəhbəri, sinif rəhbəri və məzunlar iştirak ediblər. Məzunlara attestatlar təntənəli şəkildə təqdim olunub. Onlara gələcək təhsil həyatında və həyat yollarında uğurlar arzulayırıq.

19/06/2025
17.06.2025-ci il tarixində Ağdam rayon 88 nömrəli tam orta məktəbdə Hesabat - Pedaqoji Şura iclası keçirildi. İclasda Az...
17/06/2025

17.06.2025-ci il tarixində Ağdam rayon 88 nömrəli tam orta məktəbdə Hesabat - Pedaqoji Şura iclası keçirildi. İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. İclası giriş sözü ilə məktəbin direktoru Mətanət Məmmədova açdı, şura üzvlərini salamlayaraq onları cari tədris ilini müvəffəqiyyətlə başa vurduqları üçün təbrik edib. Daha sonra Pedaqoji Şurada qarşıya qoyulan hədəflər, IX və XI siniflərin buraxılış imtahan nəticələri, BSQ-in nəticələri, 16.03. 2025-ci il tarixində IV siniflər üzrə keçirilən sınaq imtahanı, RFO, RFM, Lütfi Zadə adına Məntiq Olimpiadası, Bilbacar müsabiqəsi, Uşaq İncəsənət Festivalı (UİF) 2025, Milli Hakaton Müsabiqəsi, İqtisadiyyat Olimpiadası 2025 - in nəticələri təhlil olundu. Əldə etdiyimiz nailiyyətlər, eyni zamanda yol verilmiş nöqsanlar şura üzvlərinin diqqətinə çatdırıldı, fənn müəllimlərinin fikirləri dinlənildi. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülyaz Qənbərova 2024-2025-ci tədris ili haqqında geniş məlumat verdi, sinif rəhbərlərinin hesabatları dinlənildi. Təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti tədris ilində şura üzvlərinə işlərində daha da məsuliyyətli olmaları tövsiyə edildi.

15/06/2025

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Bu mühüm tarix dövlətçiliyimizin qorunması baxımından xüsusi önəm daşıyır.

14/06/2025

🏫 Məktəb həyatının son, böyük yolun ilk addımında olan məzunlarımıza uğurlar arzulayırıq!

Address

Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam rayon 88 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ağdam rayon 88 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category