17/01/2026
Gimnaziyada müstəqillik tariximizə qanla yazılmış “20 Yanvar” faciəsinin otuz altıncı ildönümünə həsr olunmuş tədbirlər keçirilir. Bunlardan biri də Həsən Osmanovun rəhbərliyi ilə “Tarix klubu” üzvlərinin “20 Yanvar-azadlığa gedən yolun zirvəsi” mövzusunda təşkil olunmuş “dəyirmi masa”dır.
Tədbirdə iştirakçılar 20 Yanvara həsr olunmuş “20 Yanvar-qanlı tarix”, “Qanlı şənbə gecəsi”, “Azadlıq arzusunun sınağı”, “Qanla yazılmış azadlıq” mövzularında çıxışlar edib, 20 Yanvara həsr olunmuş şerlər söylədilər.
20 Yanvar gecəsi xalqımıza qarşı törədilən amansız qətliam olmaqla yanaşı əsarətdən qurtulub azadlıq, suverenlik və müstəqillik uğrunda qurbanlar verən xalqın birlik və oyanış gecəsi oldu. 20 yanvar şəhidləri müasir və müstəqil Azərbaycan Respublikasının yaranması uğrunda canlarını fəda etmişlər. Onların əziz xatirəsi daim qürur və minnət hissi ilə anılacaqdır.