240 nömrəli tam orta məktəb

240 nömrəli tam orta məktəb "TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR." https://bakimektebleri.edu.az/240/

28/05/2026

240 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rizvanova Fidanın 5”Ə" sinfində ”28 May - Müstəqillik Günü" nə həsr etdiyi tədbirin videoçarxı.

ŞAGİRDİMİZİN İDMANDAKI UĞURUMəktəbimizin 3”B” sinif şagirdi İsgəndərov Rəsul Ümummilli lider Heydər Əliyevin anadan olma...
26/05/2026

ŞAGİRDİMİZİN İDMANDAKI UĞURU

Məktəbimizin 3”B” sinif şagirdi İsgəndərov Rəsul Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş boks idman növü üzrə birincilikdə 42 kq çəki dərəcəsi üzrə 2-ci yerə layiq görülmüşdür.Şagirdimizi bu uğuru münasibətilə təbrik edirik.

“KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ MAARİFLƏNDİRMƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA  Məktəbin 8, 9 və 10-cu sinif şagirdləri arası...
26/05/2026

“KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ MAARİFLƏNDİRMƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA

Məktəbin 8, 9 və 10-cu sinif şagirdləri arasında “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə korrupsiyanın cəmiyyətə vurduğu zərərlər, şəffaflığın və dürüstlüyün əhəmiyyəti haqqında şagirdlərə məlumat verilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə hüquqi maarifləndirmənin artırılması olub.

240 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri ilə “İnsan alverinə qarşı mübarizə və profilaktik tədbirlər” mövzusu...
25/05/2026

240 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri ilə “İnsan alverinə qarşı mübarizə və profilaktik tədbirlər” mövzusunda maarifləndirici görüş keçirildi.

Tədbir zamanı şagirdlərə insan alverinin təhlükələri, onun yaratdığı sosial və psixoloji təsirləri, təhlükədən qorunma yolları barədə ətraflı məlumat verildi. Şagirdlərlə mövzu ətrafında müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.

Tədbir məktəbin psixoloqu Samirə Aslanlı tərəfindən təşkil olunmuşdur.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

ŞAGİRDİMİZİN UĞURUMəktəbimizin 4”D”sinif şagirdi Əliyeva Aylin Xətai İcra Hakimiyyətinin keçirtdiyi 9-cu Beynəlxalq Uşaq...
25/05/2026

ŞAGİRDİMİZİN UĞURU

Məktəbimizin 4”D”sinif şagirdi Əliyeva Aylin Xətai İcra Hakimiyyətinin keçirtdiyi 9-cu Beynəlxalq Uşaq və Gənclərin Rəsm Festivalında “Mənim Azərbaycanım”çərçivəsində keçirilən “Azərbaycan musiqisi təsviri sənətdə”sərgisindəki həm qrup,həm də solo çıxışına görə mükafata layiq görülmüşdür.
Şagirdimizi təbrik edir,davamlı uğurlar arzulayırıq.

Məktəbimizin dərnək rəhbəri Günel Nəbiyeva dərnək üzvləri ilə bərabər Heydər Əliyevin xatirəsini anmış,müxtəlif şeirlər ...
09/05/2026

Məktəbimizin dərnək rəhbəri Günel Nəbiyeva dərnək üzvləri ilə bərabər Heydər Əliyevin xatirəsini anmış,müxtəlif şeirlər səsləndirilmişdir.Dahi şəxsiyyətin əbədi xatirəsi daim seviləcəkdir.

Məktəbimizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbirlər keçirilir.Dahi şəxsiyy...
08/05/2026

Məktəbimizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbirlər keçirilir.
Dahi şəxsiyyətin əbədi xatirəsi daim qəlbimizdə yaşayacaq.
Məktəbimizin 3”B”sinif şagirdləri Ulu Öndəri hörmət və ehtiramla anır.

̈nder

̈mummillilider

Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir.
08/05/2026

Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ MAARİFLƏNDİRİCİ DƏRS KEÇİRİLDİ  08.05.2026cı il tarixində 8”C”sinfində məktəbin co...
08/05/2026

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ MAARİFLƏNDİRİCİ DƏRS KEÇİRİLDİ

08.05.2026cı il tarixində 8”C”sinfində məktəbin coğrafiya müəllimi Məmmədova Anay ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş maarifləndirici dərs keçirdi. Dərsdə şagirdlərlə ulu öndərin həyat yolu,dövlətimiz və xalqımız qarşısındakı xidmətləri haqqında söhbət aparıldı. Şagirdlər mövzu ilə baglı maraqlı fikirlər səsləndirdilər. Dərsin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu və milli dəyərlərə bağlılıq hissini gücləndirmək idi.

Bu gün məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunm...
07/05/2026

Bu gün məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə müəllim və şagirdlər iştirak etmiş, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsil sahəsinin inkişafı və gənclərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən bəhs edilmişdir. Çıxış edənlər Heydər Əliyevin zəngin siyasi irsinin və idarəçilik məktəbinin bu gün də hər bir azərbaycanlı üçün böyük örnək olduğunu vurğulamışlar.
Dəyirmi masa zamanı şagirdlər tərəfindən mövzu ilə bağlı təqdimatlar səsləndirilmiş, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən fikirlər bölüşülmüşdür.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılıq hissinin gücləndirilməsi və Ulu Öndərin irsinin daha yaxından öyrənilməsidir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when 240 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 240 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category