14/03/2025
Paylaşdı: Aysu Allazova
"Kimya texnologiya" fakültəsinin Gənc Alimlər Assosiasiyası üzvlərinin ilk görüşü keçirilmişdir. Görüşdə fakültənin professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan, assosiasiyasının sədri, "Neft-kimya texnologiyası və sənaye ekologiyası" kafedrasının müəllimi, k.e.n., Əli-zadə Əli, gənc tədqiqatçıların dəstəklənməsi, onların elmi fəaliyyətlərinin inkişafına töhfə verilməsi və elmi fikir mübadiləsi üçün şərait yaradılması məqsədilə assosiasiyanın təsis olunduğunu vurğulayaraq, assosiasiyasının fəaliyyəti ərzində gənc alimlərin qarşılaşdığı aktual problemlərin müzakirə ediləcəyini və onların həlli yollarının araşdırılacağını qeyd etdi.
Görüş çərçivəsində həmçinin dəvətli qonaq, Dövlət Əmək Müfəttişliyi yanında "Əməyin Mühafizəsi Mərkəzi" PHŞ İş yerlərinin Attestasiya, Sertifikatlaşdırma və Standartlaşdırma Departamentinin müdiri Fərid Quliyev "İstehsalatda əməyin mühafizəsi üzrə aktual problemlər və alimlərin bu sahədə rolu" mövzusunda seminar keçərək, istehsalatda əməyin mühafizəsi sahəsində mövcud çətinliklər, beynəlxalq təcrübələrin tətbiqi və elmi araşdırmaların bu sahəyə töhfəsi barəsində tədbir iştirakçılarına geniş məlumat verdi. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və bu formatda görüşlərin əhəmiyyəti vurğulanaraq assosiasiya üzvlərinə gələcək fəaliyyətləri üçün tövsiyələr verildi.