UFAZ University

UFAZ University The French-Azerbaijani University (UFAZ) is an initiative of the Presidents of Azerbaijan and France.

The French-Azerbaijani University (UFAZ) is an initiative of the Presidents of the Republic of Azerbaijan and the French Republic. Administered jointly by Azerbaijan State Oil and Industry University (ASOIU) and Strasbourg University (Unistra) UFAZ offers two national bachelor and master diplomas in Computer Sciences, Oil and Gas Engineering, Chemical Engineering and Geosciences.

UFAZ-ın məzunu 6-cı “Yüksəliş” müsabiqəsinin qalibi olub Azərbaycan-Fransız Universitetində (UFAZ) “Kimya mühəndisliyi" ...
24/07/2026

UFAZ-ın məzunu 6-cı “Yüksəliş” müsabiqəsinin qalibi olub

Azərbaycan-Fransız Universitetində (UFAZ) “Kimya mühəndisliyi" ixtisası üzrə bakalavriat, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (MIT) isə "Kimya mühəndisliyi” ixtisası üzrə magistratura təhsili alan, hazırda “McKinsey & Company” şirkətində biznes analitik vəzifəsində çalışan Ləman Cəlilova 6-cı “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Məzunumuzu təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2026-20...
24/07/2026

UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb

Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2026-2027-ci tədris ili üzrə bakalavr proqramlarına qəbul imtahanında iştirak üçün qeydiyyat prosesi yekunlaşıb.

Qeydiyyatın nəticələrinə əsasən, builki qəbul imtahanında iştirak etmək üçün rekord sayda - ümumilikdə 914 abituriyent qeydiyyatdan keçib. Onlardan 540-ı oğlan, 374-ü isə qız abituriyentdir.

İmtahanda iştirak edəcək namizədlərin 715-i Azərbaycan, 199-u isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

Qeyd edək ki, UFAZ-ın 11-ci bakalavr qəbul imtahanı 28 iyul saat 10:00-da universitetin əsas tədris binasında keçiriləcək.

UFAZ imtahanına hazırlaşanların diqqətinə! İyulun 28-i Azərbaycan-Fransız Universitetində (UFAZ) 11-ci qəbul imtahanı ke...
23/07/2026

UFAZ imtahanına hazırlaşanların diqqətinə!

İyulun 28-i Azərbaycan-Fransız Universitetində (UFAZ) 11-ci qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak edəcək namizədlərdən aşağıdakı məlumatlarla əvvəlcədən tanış olmaları xahiş olunur.

İmtahan UFAZ-ın əsas binasında (Nizami küçəsi 183) keçiriləcək. Namizədlər imtahan günü saat 08:30-dan gec olmayaraq universitetdə olmalıdırlar. İmtahan saat 10:00-da başlayacaq və 150 dəqiqə davam edəcək.

İmtahana giriş yalnız şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi təqdim edildikdə mümkün olacaq. Buraxılış vərəqəsi 27 iyul tarixində namizədlərin şəxsi kabinetlərinə yüklənəcək. Buraxılış vərəqəsində namizədin imtahan otağı, mərtəbəsi, qeydiyyat nömrəsi və digər vacib məlumatlar əks olunacaq. Sənəd yükləndikdən sonra məlumatların diqqətlə yoxlanılması tövsiyə olunur.

Namizədlərin nəzərinə çatdırırıq ki, imtahan başladıqdan 30 dəqiqə sonra gələn şəxslər imtahana buraxılmayacaqlar. Eyni zamanda, imtahanın ilk və son 30 dəqiqəsi ərzində imtahan zalını tərk etməyə icazə verilmir.

İmtahan zalına mobil telefon, kalkulyator, ağıllı saat, qulaqcıq, elektron yaddaş qurğuları, kitab, konspekt, lüğət və digər köməkçi vasitələrin gətirilməsi və istifadəsi qadağandır. Yalnız şəffaf qabda qazsız içməli suyun gətirilməsinə icazə verilir. İmtahan müddətində şəxsiyyət vəsiqəsi stolun üzərində saxlanılmalı, imtahan başa çatdıqdan sonra isə cavab vərəqəsi və digər tələb olunan sənədlər nəzarətçiyə təhvil verilərək iştirak vərəqəsi imzalanmalıdır.

Bütün namizədlərə imtahanda uğurlar arzulayırıq!

UFAZ-da bakalavriat pilləsinə qəbul üçün son 5 gün qaldı.Qeydiyyat üçün son tarix: 23 iyulQeydiyyat: admission.ufaz.az
18/07/2026

UFAZ-da bakalavriat pilləsinə qəbul üçün son 5 gün qaldı.

Qeydiyyat üçün son tarix: 23 iyul
Qeydiyyat: admission.ufaz.az

UFAZ tələbələri müxtəlif qabaqcıl şirkətlərdə yay təcrübəsində iştirak edirlər.
17/07/2026

UFAZ tələbələri müxtəlif qabaqcıl şirkətlərdə yay təcrübəsində iştirak edirlər.

Address

Nizami Str. 183
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 17:00

Telephone

+994125990074

Alerts

Be the first to know and let us send you an email when UFAZ University posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UFAZ University:

Shortcuts

Share

Category