Bağçalarımızın əsas məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil formalaşdırmaqdır. Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipinə inanaraq, “Övladınız Hər Şeyin Ən Yaxşısına Layiqdir” siyasətini fəaliyyətində tətbiq edərək, uşaqlara özlərini tanımaq və ifadə etmək imkanı yaradır
ıq. Uşaq Bağçasında tədris qrupları 2 dildə - rus və azərbaycan dilində təşkil olunur və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Biz həftənin 5 günü 8:00 – dan 19:00 – dək fəaliyyət göstəririk. Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 9:00 – Səhər Yeməyi, 11:00 – Şirniyyat Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 – Meyvə Vaxtı, 18:00 – Axşam Yeməyi təmin edilir. Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:30 – dan 15:00 – dək həyata keçirilir. Niyə Dəniz Uşaq Bağçası?:
Uşağa Fərdi İnkişaf Planı Əsaslı Yanaşma
Gündə 12 Saatlıq, Həftədə 6 Günlük Xidmət
Online Müşahidə Kameraları və Nəqliyyat Xidməti
Sanitar – Gigiyenik Vəziyyətin Davamlı Yaxşılaşdırılması (Dezinfeksiya Tədbirləri)
Gündəlik Tibbi Nəzarət və Pediatr Müayinəsi
Valideynlər üçün Həftəlik Tədris və Fəaliyyət Hesabatı
Rüblük Uşaq İnkişafı Qiymətləndirilməsi
Peşəkar İşçi Heyəti və Davamlı Onların Təkmilləşdirilməsi
Uşaqların Ehtiyaclarına Fərdi Yanaşma
Xüsusi Təhlükəsizlik Tədbirləri
İldə 125 növlük Yemək Menyusu
Uşaq Bağçasında xidmətlər paket formasında təklif olunur:
Standart Paket –
Tam Günlük Proqram (8:00 – 18:00) – Milli Kurrikuluma əsasən Tədris, Şahmat Kursu, İngilis dili Kursu, Rus dili/Azərbaycan dili Kursu, Rəqs Kursu, Gimnastika Kursu, Teatr Kursu, Pianino Kursu, Robotiks Məşğələsi, Əl İşi Məşğələsi, Ekskursiya, Dəyərlər Təlimi, Psixoloq Xidməti, Loqoped Xidməti
Economy Paket–
Yarım Günlük Proqram* (8:00 – 13:00) - Milli Kurrikuluma əsasən Tədris, Şahmat Kursu, İngilis dili Kursu, Rus dili/Azərbaycan dili Kursu, Rəqs Kursu, Gimnastika Kursu, Teatr Kursu, Əl İşi Məşğələsi, Ekskursiya, Dəyərlər Təlimi, Psixoloq Xidməti, Loqoped Xidməti
Yarım Günlük Proqrama uşaq bağçasının yarım günlük fəaliyyətinə daxil olan məşğələ və kurslar daxildir. Premium Paket –
Tam Günlük Proqram (8:00 – 18:00) Milli Kurrikuluma əsasən Tədris, Növbətçi Xidməti (18:00 – 20:00), Şahmat Kursu, İngilis dili Kursu, Rus dili/Azərbaycan dili Kursu, Rəqs Kursu, Gimnastika Kursu, Teatr Kursu, Dəyərlər Təlimi, Əl İşi Məşğələsi, Pianino Kursu, Robotiks Məşğələsi, Ekskursiya, Psixoloq Xidməti, Loqoped Xidməti, Fotoalbom + 9 FotoSessiya
Proqrama Daxil Olan Standart Məşğələlər:
Bədii Ədəbiyyat üzrə İş, Hərflər üzrə İş, Sadə Riyazi Təsəvvürlər üzrə İş, Ətraf Aləmlə Tanışlıq, Sensor Tərbiyə, Bədən Tərbiyəsi, Estetik Tərbiyə, Kağız İşi, Gil İşi, Rəsm, Musiqi, Nitq İnkişafı, Quraşdırma\Puzzle, Oyun Zamanı
Proqrama Daxil Olan Əlavə Məşğələlər (Dərnəklər) və Kurslar:
Şahmat Kursu, İngilis dili Kursu, Rus dili/Azərbaycan dili Kursu, Rəqs Kursu, Gimnastika Kursu, Teatr Kursu, Dəyərlər Təlimi, Pianino Kursu, Robotiks Məşğələsi,
Proqrama Daxil Olan Xidmətlər:
Ekskursiya, Psixoloq Xidməti, Loqoped Xidməti, Nəqliyyat Xidməti, Növbətçi Xidməti
Bağçadakı Klublar:
Discovery Club, Conversation Club, Üstün Zəkalılar Klubu, Valideyn Klubu, Ekoloqlar Klubu, Teatr Klubu, Şahmat Klubu, Gənc Musiqiçilər Klubu, Film Klubu
Paketlərlə yanaşı Uşaq Bağçasında aşağıdakı Əlavə Xidmətlər və Kurslar da təklif olunur:
Şənbə Günü Özəl Proqram – proqram ancaq şənbə günlərini əhatə edir və qarışıq qrup formasında müxtəlif məşğələlər vasitəsilə uşaqların günü təşkil olunur. Bu məşğələlərə əl işi (rəsm, gil işi, kağız işi və quraşdırma), ətraf aləmlə tanışlıq, rəqs, film saatı, nağıl saatı daxildir. Növbətçi \ Dayə Xidməti – xidmət uşaq bağçasının fəaliyyəti başa çatdıqdan sonra gec gəlmək məcburiyyətində qalan valideynlər üçün nəzərdə tutulub. Bu valideynlərin rahatçılığı məqsədilə 2 saata qədər növbətçilik – dayə xidməti təklif olunur. Bu müddət ərzində uşaq bağçasında nəzarətçi olur və uşaqlarla birlikdə müəyyən fəaliyyətlər təşkil edir. Nəqliyyat Xidməti – valideynlərin istələrinə uyğun olaraq müəyyən maşrutlar üzrə nəqliyyat xidməti təklif olunur. Bu xidmət kənar partnyor şirkət tərəfindən təşkil olunur. Fərdi Psixoloq Xidməti – uşaqlarda müşahidə edilən psixoloji və davranış problemlərinin aradan qaldırılması məqsədilə uşaq bağçası daxilində psixoloji xidmət təklif olunur. Fərdi Loqoped Xidməti – uşaqlarda müşahidə edilən nitq qüsurlarının aradan qaldırılması məqsədilə uşaq bağçası daxilində loqoped xidməti təklif olunur. Foto – Video Xidmət – uşaqların ad günlərinin video və foto çəkilişinin həyata keçirilməsi məqsədilə uşaq bağçası daxilində foto – video çəkiliş xidməti təklif olunur. Animatorlar – uşaqların ad günlərinin yadda qalan olması üçün müxtəlif cizgi film qəhrəmanlarından ibarət animator komandasını təklif edir.
Şahmat Kursu – dərs müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə şahmat öyrədilir, yarışlara cəlb olunur.
İngilis dili Kursu - dərs müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə ingilis dili öyrədilir. Rus dili Kursu - dərs müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə rus dili öyrədilir. Məktəbə Hazırlıq Kursu - dərs müddəti 2 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə hərflər, saylar, bədii ədəbiyyat və məntiq öyrədilir.
İbtidai Siniflərin Hazırlıq Kursu - dərs müddəti 3 saat olmaqla həftədə 5 dəfə, ayda 20 dərs formasında təklif olunur və 6 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə ibtidai siniflərin dərslərinin hazırlanması məqsədilə kömək edilir. Rəqs Kursu - dərs müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə milli və beynəlxalq rəqslər öyrədilir. Gimnastika Kursu - dərs müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə gimnastika hərəkətləri öyrədilir və bədən üzvləri hərəkət etdirilir. Robotiks Məşğələsi – məşğələ müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə robotların hazırlanması və idarəedilməsi öyrədilir. Zəka Oyunları Məşğələsi - məşğələ müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə zəkanın inkişafı və gücləndirilməsi təmin edilir.
Əl İşi Məşğələsi - məşğələ müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün rəsm, kağız işi, gil işi və quraşdırma (applikasiya) vasitəsilə əl bacarıqları inkişaf edirilir. Teatr – Pantomima Kursu - dərs müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə teatr hərəkətləri, özünü bədii ifadə etmə, çıxış etmə bacarıqları öyrədilir və tamaşaya hazırlaşdırılır. Karate Kursu - dərs müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə karate hərəkətləri, özünü müdafiə etmə bacarıqları öyrədilir və yarışa hazırlaşdırılır. Kapoeyra Məşğələsi - dərs müddəti 1 saat olmaqla həftədə 2 dəfə, ayda 8 dərs formasında təklif olunur və 4 yaşdan başlayan uşaqlar üçün proqram vasitəsilə kapoeyra hərəkətləri, özünü müdafiə etmə bacarıqları öyrədilir və yarışa hazırlaşdırılır. FotoAlbom + 9 FotoSessiya – uşaqların uşaq bağçasındakı həyatının davamlı izlənilməsi məqsədilə 9 Fotosessiya və fotoalbomdan ibarət xidməti təklif edirik. Bu xidmət çərçivəsində uşağın hər ay 1 fotosessiyası təşkil olunacaq və ilin sonunda həmi fotosesiyalardan ibarət fotoalbom təqdim ediləcəkdir.