26/05/2026
26 may 2026-cı il Bakı Avropa liseyində, bu elm ocağının ilk günlərindən onun fədakar kollektivi ilə çiyin-çiyinə çalışan, illərlə savadlı şəxsiyyətlərin yetişməsində əvəzsiz rolu olan ingilis dili müəllimi Səmədova İradə xanımın vəfatının 1ci il dönümü münasibətilə xatirə gecəsi keçirilmişdir. Mərhumun əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Liseyin direktoru Zulfiyyə Veysova ilk olaraq həm İradə xanım, həm də illər öncə liseyin müəllim kollektivi ilə münasibətlərindən danışdı. Onun necə fədakar, peşəsinə sadiq biri olduğunu vurğuladı. Çıxış edən müəllimlər və şagirdlər İradə xanımı bir müəllim, xanım, ana və ictimai şəxsiyyət olaraq xatırladılar.
Mərhumun ailə üzvləri də tədbirin fəxri qonaqları idi. Oğlu və liseyin layiqli məzunu Məhəmməd onunla bərabər liseyin Debat klubunun yaranmasından və uğurundan söhbət açdı. Ana və müəllim olaraq həyatındakı əhəmiyyətindən danışdı.
Tədbirdə uzaqda olduqları üçün iştirak edə bilməyən qocaman müəllimimiz Gülzar xanım və onun şagirdləri onun haqqında xatirə və düşüncələrini video mesajla çatdirdilar.
O, hər şagirdinin uğurunda və xeyirxah əməllərində yaşayacaq.
Sonda İradə xanımın işığına toplaşan sevənləri xatirə şəkli çəkdirdilər.