Qərbi Kaspi Universiteti İqtisadiyyat və Biznes Məktəbi
Haqqımızda:
http://wcu.edu.az/az/pages/view/about-university
02/10/2024
📌Mary Sanseverino
✅Independent Mountain Studies Researcher Teaching Professor, UIAA
A long time mountaineer, photographer, and member of the Alpine Club of Canada, Mary Sanseverino has spent the more than a decade working as a mountain studies researcher with the Mountain Legacy Project (MLP) at the University of Victoria.
Mary Sanseverino has and continues to be involved in many aspects of mountain studies research including field work, grant writing and adjudicating, book and article writing, software development, and mountain landscape change analysis and assessment.
Sanseverino is especially passionate about mountain photography and has had work appear in Discover Magazine, Canadian Geographic, and the Alpine Club of Canada’s State of the Mountains Report.
📌Meri Sanseverino
✅Müstəqil Dağ Araşdırmaları Tədqiqatçısı, Professor, UIAA-nın üzvü
Uzun müddət alpinist, fotoqraf və Kanada Alp Klubunun üzvü olan Meri Sanseverino on ildən çox Viktoriya Universitetində Dağ İrsi Layihəsində (MLP) dağ araşdırmaları üzrə tədqiqatçı kimi işləyib.
Meri Sanseverino dağ tədqiqatları ilə bir çox aspektdən; ərazi araşdırmaları, qrant layihələrinin hazırlanması, kitab və məqalələrin yazılması, proqram təminatlarının hazırlanması və dağ landşaftının dəyişməsinin təhlili və qiymətləndirilməsi ilə məşğul olub.
Dağ fotoqrafiyası ilə yaxından maraqlanan Sanseverinonun müəllifi olduğu fotoşəkillər “Discover Magazine”, “Canadian Geographic” və Kanadanın “Alp Klubunun Dağlar Hesabatı”nda yer alıb.
26/09/2024
Tələbələrimizin layihəsi “ADEX 2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində!
Universitetimizin stendində təqdim olunan elektrikli və uzaq məsafədən idarə olunan avtonom Minaaxtaran və Kəşfiyyat Maşını layihəsi xüsusilə insan həyatına təhlükə yarada biləcək ərazilərdə mina axtarma, kamikadze əməliyyatını icra edən pilotsuz uçuş aparatları vasitəsi ilə eyni zamanda kəşfiyyat xarakterli əməliyyatların icrasında da istifadə üçün nəzərdə tutulmuşdur.
08/06/2024
Qərbi Kaspi Universiteti ikinci (təkrar) ali təhsilə qəbul elan edir
🔹Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2024/2025-ci tədris ili üçün aşağıda göstərilən ixtisaslara təkrar ali təhsil üzrə qəbul elan edir:
1. İqtisadiyyat*
2. Maliyyə*
3. Mühasibat*
4. Turizm işinin təşkili*
5. Marketinq*
6. Biznesin idarə edilməsi
7. İnformasiya texnologiyaları*
8. Kompüter mühəndisliyi*
9. Cihaz mühəndisliyi
10. Ekologiya
11. Biologiya
12. Meşəçilik*
13. Dövlət bələdiyyə idarəetməsi
14. Psixologiya*
15. Tarix*
16. Sosial iş
17. Təhsildə sosial psixoloji xidmət
18. Su bio ehtiyatları və akvakultura
19. Kompüter elmləri*
20. İnformasiya təhlükəsizliyi*
21. Turizm bələdçiliyi
📌 Qeyd: (Qarşısında * işarələri qoyulmuş ixtisaslarda həm də qiyabi təhsil forması mövcuddur)
📌Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarının əsasında aparılır.
📌Tələb olunan sənədlər:
• ərizə
• ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
• əmək kitabçasının surəti (işlədiyi halda);
• 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
• şəxsiyyət vəsiqəsinin surəti;
• Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti
• Sağlamlıq haqqında arayış
📌Qeyd: Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə təkrar ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər. Müraciət etmək istəyənlər https://www.portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim etməlidirlər.
📌Sənəd qəbulu prosesi 31 avqust 2024-cü il saat 18:00-da bitəcək.
🔹Təhsil əyani və qiyabi formalarda həyata keçirilir.
Təhsil Azərbaycan və Rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək.
📌Əlavə məlumatı göstərilən ünvandan əldə etmək olar:
İstiqlaliyyət 31 (İçərişəhər korpusu) və Əhməd Rəcəbli küçəsi, III paralel/21
Əlaqə nömrələri: (012) 492 61 63 (daxili-27); 565-39-76
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
1/25 Ahmad Rajabli
Baku
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 06:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |
| Saturday | 08:30 - 18:00 |