Milli Kitabxanada Xalq artisti Bəhram Mansurova həsr olunan biblioqrafiyanın təqdimatı olub
Azərbaycan Milli Kitabxanası
Milli Kitabxana Azərbaycan Respublikasında "Kitabxana İşi" sahəsində dövlət siyasətini həyata keçirir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.
22/06/2026
Milli Kitabxanada “Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib
22 iyun tarixində görkəmli tarzən, Azərbaycan Respublikasının Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Bəhram Mansurov. Biblioqrafiya” kitabının Milli Kitabxanada təqdimat mərasimi keçirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq bildirib ki, “Bəhram Mansurov. Biblioqrafiya” kitabı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış görkəmli sənətkarın həyat və yaradıcılıq irsinin elmi-biblioqrafik baxımdan sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb. Direktor qeyd edib ki, nəşrdə Bəhram Mansurovun zəngin yaradıcılıq yolu, özünəməxsus ifaçılıq məktəbi, Azərbaycan muğam sənətinin inkişafına verdiyi mühüm töhfələr, eləcə də onun haqqında aparılmış tədqiqatlar və müxtəlif mənbələrdə dərc olunmuş materiallar geniş şəkildə əks olunub.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hüseynov öz çıxışında qeyd edib ki, Bəhram Mansurovun yaradıcılığı milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılmasına böyük töhfə vermişdir və görkəmli tarzənin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən layihələr, o cümlədən “Bəhram Mansurov. Biblioqrafiya” kitabı milli musiqi irsinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Zamiq Əliyev, professor Nazim Kazımov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və Xalq artisti Eldar Mansurov Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən danışıblar.
Natiqlər çıxışlarında qeyd ediblər ki, Bəhram Mansurov təkcə böyük tarzən və muğam ifaçısı deyil, həm də milli musiqi ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynamış sənətkardır. Onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uzun illər ərzində göstərdiyi fəaliyyət, muğam operalarının inkişafına verdiyi töhfələr və yetişdirdiyi sənətkarlar milli musiqi tariximizin mühüm səhifələrini təşkil edir. Onun ifasında “Çahargah” və “Rast” muğamlarının nota alınması, bir sıra muğamların YUNESKO xətti ilə vallara və CD-lərə yazılaraq dünya miqyasında yayılması milli musiqi irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisədir.
Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilən “Bəhram Mansurov. Biblioqrafiya” kitabında sənətkarın həyat və fəaliyyətinin əsas tarixləri, əsərləri, dövri mətbuatda dərc olunmuş məqalələri, onun haqqında yazılmış materiallar, arxiv materialları, elektron resurslar və dünyanın müxtəlif kitabxanalarında mühafizə olunan mənbələr sistemli şəkildə toplanıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
https://www.millikitabxana.az/news/behram-mansurov-biblioqrafiya
18/06/2026
Milli Kitabxanada “18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.
Ətraflı: https://www.millikitabxana.az/news/azerbaycanda-insan-huquqlari-gunu01
16/06/2026
Avropa Milli Kitabxanaları Direktorları Konfransının (CENL) növbəti illik iclası yekunlaşıb
Avropa Milli Kitabxanaları Direktorları Konfransının (CENL) 40-cı illik iclası uğurla yekunlaşıb. İclas çərçivəsində təşkilatın fəaliyyətinə dair hesabatlar dinlənilib, kitabxanalarda süni intellektin tətbiqi, oxucu auditoriyalarının inkişafı, bərabərlik, müxtəliflik və inklüzivlik, eləcə də milli kitabxanaların istifadəçi məkanları və xidmətləri ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə rəqəmsal dövrdə çoxdilli mədəni irs məlumatlarının qorunması və onların süni intellektə hazırlıqlı Avropanın formalaşmasındakı rolu mövzularında təqdimatlar keçirilib.
İştirakçılar işçi qruplarında müzakirələr apararaq müasir kitabxana fəaliyyətinin aktual istiqamətləri üzrə fikir mübadiləsi həyata keçiriblər. Daha sonra işçi qruplarının nəticələri təqdim olunub və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
İclas çərçivəsində Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası”, “Tükənməz xəzinə”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları, həmçinin Azərbaycan xəritəsini Lüksemburq Milli Kitabxanasının baş direktoru Claude Conterə təqdim edib. Görüş zamanı kitabxanalar arasında əməkdaşlıq əlaqələri və gələcək birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir CENL-in prezidenti Frank Scholzenin yekun nitqi ilə başa çatıb. Həmçinin 2027-ci ildə keçiriləcək növbəti illik iclasın ev sahibi qismində İsveç Milli Kitabxanası təqdim olunub.
Lüksemburq Milli Kitabxanasının ev sahibliyi etdiyi 40-cı CENL illik iclası iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.
https://www.millikitabxana.az/news/cenl-novbeti-illik-iclasi-yekunlashib
15/06/2026
Azərbaycan Milli Kitabxanası CENL-in Lüksemburqda keçirilən 40-cı illik iclasında təmsil olunur
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Avropa Milli Kitabxanaları Konfransının (CENL) Lüksemburqda keçirilən növbəti illik iclasında iştirak edir. CENL Avropanın 45 ölkəsinin milli kitabxanalarını birləşdirən beynəlxalq təşkilatdır. Hər il ənənəvi olaraq müxtəlif ölkələrdə təşkil olunan toplantıya bu il Lüksemburq ev sahibliyi edir.
İlk günün açılışında CENL sədri Frank Scholze və ev sahibi Lüksemburq Milli Kitabxanasının baş direktoru Claude Conter iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıblar.
Salamlama nitqlərindən və bütün nümayəndələrin təqdim edilməsindən sonra CENL-in 2025-ci ildə Şotlandiya Milli Kitabxanasında keçirilən 39-cu illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə olunaraq səsverməyə qoyulub və qəbul edilib. Qərarların qəbulundan sonra təşkilatın fəaliyyət istiqamətlərinin gücləndirilməsi və qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi vurğulanıb.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçıları səmimi salamlayaraq beynəlxalq əməkdaşlığın, mədəni əlaqələrin möhkəmləndirilməsinin və milli kitabxanalar arasında təcrübə mübadiləsinin müasir kitabxanaçılıq işinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, müxtəlif ölkələrin kitabxana mütəxəssislərinin bir araya gələrək bilik və təcrübələrini bölüşməsinin, yeni əməkdaşlıq imkanlarının yaradılmasının, eləcə də informasiya resurslarının qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.Direktor konfransın iştirakçılar üçün faydalı müzakirələr, məhsuldar fikir mübadiləsi və yeni tərəfdaşlıqlarla yadda qalacağına əminliyini ifadə edərək tədbirin işinə uğurlar arzulayıb.
Konfrans çərçivəsində keçirilən əsas sessiyalarda kitabxanalarda süni intellektin tətbiqi, rəqəmsal mədəni irsin idarə olunması, elektron qanuni depozit sistemi, müəllif hüquqları, rəqəmsal təhlükəsizlik və informasiya mühitinin gələcəyi mövzularında təqdimatlar keçirilib, milli kitabxanaların mədəni yaddaşın qoruyucusu kimi rolundan və rəqəmsal irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışılıb. Sessiyalarda həmçinin qlobal dayanıqlı informasiya şəbəkələri, rəqəmsal kolleksiyaların mühafizəsi və beynəlxalq əməkdaşlıq modelləri geniş müzakirə olunub.
Sessiyalar çərçivəsində Avropa Şurasının Demokratiya üzrə direktoru Matjaz Gruden “Mədəni Yaddaşın Qoruyucuları: Avropa Milli Kitabxanalarının Avropanın mədəni irsinin qorunmasında əhəmiyyəti” mövzusunda əsas məruzə ilə çıxış edib. O, milli kitabxanaların cəmiyyətin mədəni yaddaşının qorunmasında, demokratik dəyərlərin möhkəmləndirilməsində və mədəni irsin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayıb.
Toplantı çərçivəsində iştirakçılar işçi qruplarında müzakirələr aparıb, nəticələr üzrə fikir mübadiləsi həyata keçirilib. Sonda konfrans iştirakçıları üçün Lüksemburq Milli Kitabxanasına ekskursiya təşkil olunub.
Konfrans 16 iyun tarixində davam edəcək.
Qeyd edək ki, CENL-in növbəti illik toplantısına gələn il İsveç Milli Kitabxanası ev sahibliyi edəcək.
https://www.millikitabxana.az/news/cenl-luksemburq-40-ci-illik-iclas
15/06/2026
15 iyun 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətini və ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərini əks etdirmək “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html linkindən istifadə edə bilərlər.
Ətraflı: https://www.millikitabxana.az/news/15-iyun--milli-qurtulush-gunu01
15/06/2026
15/06/2026
15 İyun - Milli Qurtuluş Günüdür
15 İyun - Milli Qurtuluş Günü
https://www.facebook.com/share/v/1B2zovhhM8/?mibextid=wwXIfr
15/06/2026
15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Xaqani Küçəsi 57
Baku
AZ1000
Opening Hours
| Tuesday | 10:00 - 20:00 |
| Wednesday | 10:00 - 20:00 |
| Thursday | 10:00 - 20:00 |
| Friday | 10:00 - 20:00 |
| Saturday | 10:00 - 20:00 |
| Sunday | 10:00 - 20:00 |