19/03/2026
49 nömrəli İntellekt məktəb-lisey
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 49 nömrəli İntellekt məktəb-lisey, School, A. Nəsirov küçəsi 5, Baku.
19/03/2026
19/03/2026
49 nömrəli “İntellekt” məktəb-liseyin şagirdləri peşəkar səhnədə!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dəyərlərimizi qoruyaq: keçmişdən gələcəyə yurdum mənim” tamaşasında məktəbimizin şagirdləri də iştirak ediblər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdirilən tamaşanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri Sadiq Qurbanov, Hicran Hüseynova, Mehriban Vəliyeva, Günay Əfəndiyeva, Pərvin Kərimzadə, Rizvan Nəbiyev, Zaur Şükürov, Elçin Mirzəbəyli, Məlahət İbrahimqızı, Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, ETN-nin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin və uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri, şagirdlər, media və ictimaiyyət nümayəndələri izləyiblər.
Tamaşanın hazırlanmasında əsas məqsəd gənc nəslin soykökümüzə, adət-ənənələrimizə bağlılıq, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasından, şagirdlərin milli kimliyə bağlılığını artırmaqdan, keçmişdən gələn dəyərləri qoruyaraq gələcəyə inamla addımlamağın vacibliyini aşılamaqdan, Azərbaycan xalqının dövlətçilik ənənələrinin, elm və ədəbiyyat sahəsində qazandığı nailiyyətlərin gənc nəslə çatdırılmasından ibarətdir. Məktəblilərin iştirakı ilə hazırlanan səhnə əsəri həmçinin gənc nəslin milli kimlik, dövlətçilik ideyalarına bağlılığını nümayiş etdirmək və onların yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır.
Sonda maraqlı çıxışlara görə şagirdlərə təşəkkür edilib, onlarla xatirə şəkli çəkilib.
18/03/2026
8 E sinfində Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Məktəb-liseydə 8 E sinfinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərə milli-mənəvi dəyərlərimizi, Novruz ənənələrini və adət-ənənələrimizi aşılamaq olub.
Tədbirdə şagirdlər Novruz bayramının tarixi və mahiyyəti haqqında məlumat verib, bayrama aid şeirlər səsləndiriblər. Həmçinin Novruzun rəmzləri, Kosa və Keçəl obrazları səhnəciklərlə təqdim olunub, milli rəqslər və musiqilər ifa edilib.
Şagirdlərin hazırladıqları maraqlı çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbir Novruz bayramının sevincini və milli ənənələrimizin gözəlliyini əks etdirən xoş ab-hava ilə yadda qalıb. 🌿🔥🌸
17/03/2026
“Novruz Töhfələri” adlı tədbir keçirilib!
Məktəb-liseydə baharın gəlişini və milli-mənəvi dəyərlərimizi təbliğ etmək məqsədilə “Novruz Töhfələri” adlı tədbir keçirilib. Tədbir məktəb-liseyin təşkilatçısı Əhmədoğlu Sevinc və III sinif rəhbərlərinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə şagirdlər Novruz bayramının rəmzlərini əks etdirən maraqlı çıxışlarla iştirak ediblər. Novruz simvollarının geyimində səhnəyə çıxan şagirdlər bayramın adət-ənənələrini nümayiş etdiriblər. Həmçinin türkdilli xalqların milli geyimlərini təqdim edən şagirdlərin çıxışları xalqlar arasında dostluq və qardaşlıq münasibətlərini, mədəni birliyi əks etdirib.
Şagirdlərin ifasında səsləndirilən mahnılar, milli rəqslər və səhnəciklər tədbirə xüsusi rəng qataraq tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə şəhid ailə üzvləri və şəhid övladları da iştirak ediblər. Onların iştirakı tədbirə xüsusi mənəvi dəyər qatıb, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini bir daha nümayiş etdirib.
Sonda tədbir iştirakçıları Novruz bayramının xalqımızın qədim ənənələrini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən mühüm bayramlardan biri olduğunu vurğulayaraq bayram sevincini bölüşüblər. 🌸🇦🇿
Azərbaycan müəllimi
13/03/2026
Dərsdinləmə aparılıb.
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Fəranə Əliyeva tərəfindən 5 “G” sinfində Rəqəmsal bacarıqlar fənni dinlənilib.
Dərs prosesində şagirdlərin rəqəmsal texnologiyalardan istifadə bacarıqları, mövzunu mənimsəmə səviyyələri və dərsdə fəallıqları müşahidə olunub. Şagirdlərin mövzu üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müəllimin tətbiq etdiyi metod və üsullar təhlil edilib, dərsin təşkili ilə bağlı müvafiq tövsiyələr verili
13/03/2026
🎨 “Tanınmış şəxsiyyətlər təqvimi” – Səttar Bəhlulzadə
“Tanınmış şəxsiyyətlər təqvimi” fəaliyyət planına uyğun olaraq məktəbin təsviri incəsənət müəllimi Təhminə Paşayeva tərəfindən 5A sinfində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadə həsr olunmuş maarifləndirici dərs keçirilib.
Dərs zamanı müəllim Səttar Bəhlulzadənin həyat yolu, zəngin və çoxşaxəli yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verib. Rəssamın təbiətə olan dərin sevgisini əks etdirən əsərləri, özünəməxsus rəngkarlıq üslubu, fəlsəfi düşüncə tərzi və təsviri sənətə gətirdiyi yeniliklər şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda Səttar Bəhlulzadənin yaradıcılığında Azərbaycan təbiətinin bənzərsiz gözəlliklərinin bədii boyalarla ifadə olunması və milli-mənəvi dəyərlərimizin təbliğindəki rolu xüsusi vurğulanıb.
Şagirdlər mövzu ətrafında fəal müzakirələr apararaq fikirlərini bölüşüblər və rəssamın yaradıcılığı haqqında öz təəssüratlarını ifadə ediblər.
Tədbirin əsas məqsədi şagirdlərdə incəsənətə və bədii yaradıcılığa maraq oyatmaq, milli-mədəni irsimizin tanıdılmasına, estetik zövqün və oxu mədəniyyətinin formalaşdırılmasına töhfə verməkdir.
13/03/2026
“Tanınmış Şəxsiyyətlər Təqvimi” layihəsi çərçivəsində maarifləndirici təqdimat keçirilib
“Tanınmış Şəxsiyyətlər Təqvimi” layihəsinə əsasən məktəb-liseydə incəsənət müəllimi Leonardo da Vinci haqqında maarifləndirici təqdimat keçirib. Müəllim Təhminə Paşayeva tərəfindən şagirdlərə dahi rəssam, alim və ixtiraçı Leonardo da Vinçinin həyatı, yaradıcılığı, elmə və incəsənətə verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Şagirdlər onun yalnız məşhur Mona Lisa əsərinin müəllifi olmadığını, eyni zamanda mühəndislik, anatomiya və texnika sahələrində dövrünü qabaqlayan ideyalar irəli sürdüyünü öyrəniblər. Tədbir zamanı dahi rəssamın həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilib.
Sonda şagirdlər hazırladıqları rəngləmə şəkillərini təqdim edərək mövzu ilə bağlı bilik və yaradıcılıqlarını nümayiş etdiriblər.
Layihənin məqsədi şagirdlərdə ölkə və dünya miqyasında iz qoymuş şəxsiyyətlərə maraq oyatmaq, onların elmi və yaradıcı düşüncə tərzini təşviq etməkdir.
13/03/2026
“Şəhidlər and yerimizdir” adlı anım tədbiri keçirilib
R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyində adını fəxrlə daşıdığı şəhid Rəfael Hüseynovun şəhidlik zirvəsinə ucalmasından 33 il ötür. Bu münasibətlə məktəbin təşkilatçısı Əhmədoğlu Sevinc və Musayeva Pərvanə müəllimin təşkilatçılığı ilə şəhidin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə qonaq qismində şəhid Rəfael Hüseynovun atası Maarif Hüseynov və yaxınları iştirak ediblər. 7 Ç sinif şagirdləri unudulmaz qəhrəmanın xatirəsini yad etmək üçün onun həyat yolundan bəhs edib, şəhidə həsr olunan şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Şagirdlər çıxışlarında Vətən uğrunda canından keçən qəhrəmanların heç zaman unudulmayacağını vurğulayıblar.
Tədbirin sonunda şəhidin atası Maarif Hüseynov çıxış edərək məktəb kollektivinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.
Daha sonra məktəb-liseydə ucaldılan şəhidlər büstünün önünə tər güllər qoyulub.
Hüseynov Rəfael Maarif oğlu 4 mart 1974-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1980-ci ildə Seyidlər kənd orta məktəbinin I sinfinə daxil olmuşdur. Sonralar ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsinə köçmüş və həmin rayonda yerləşən 49 nömrəli məktəbdə təhsilini davam etdirmişdir.
1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılmış, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə 4 ay xidmət etmişdir. Daha sonra könüllü olaraq Ağdam rayonunun bir sıra kəndlərinin müdafiəsində iştirak etmişdir.
1993-cü il martın 15-də Xramort kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Rəfael hələ gənc olsa da, düşmən qarşısında əyilməyən bir Vətən oğlu idi.
23 fevral 1994-cü il tarixində Bakı Şəhər Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin qərarı ilə 49 nömrəli məktəbə şəhidin adı verilmişdir. Hazırda 49 nömrəli “İntellekt” məktəb-liseyi onun adını böyük qürur və ehtiramla daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət etsin! 🥀
12/03/2026
Məktəb-liseydə Maket müsabiqəsi keçirilib
2026-cı ilin ölkəmizdə “Memarlıq və Şəhərsalma ili” elan edilməsi və milli-mənəvi dəyərlərin təbliği məqsədilə məktəb-liseyin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Əhmədoğlu Sevinc tərəfindən Azərbaycanın tarixi və müasir abidələrinə həsr olunmuş Maket müsabiqəsi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şagirdlər hazırladıqları maketləri təqdim edərək onların ideyası və hazırlanma prosesi haqqında məlumat veriblər. Şagirdlərin təqdim etdiyi maketlər ölkəmizin zəngin memarlıq irsini, tarixi abidələrini və müasir şəhərsalma nümunələrini əks etdirib.
Təqdim olunan işlər məktəb rəhbərliyindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı maketlərin mövzuya uyğunluğu, yaradıcı yanaşma və estetik tərtibatı xüsusi nəzərə alınıb.
Sonda qaliblər müəyyənləşdirilərək məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Müsabiqə şagirdlərdə milli-mənəvi dəyərlərə, tariximizə və memarlıq irsimizə marağın artırılması baxımından böyük əhəmiyyət kəsb edib.
Azərbaycan müəllimi
11/03/2026
İnsan alveri ilə bağlı maarifləndirici görüş keçirilib
Məktəb-liseyin UBTR-i Rüfanə Zərbəliyeva tərəfindən 8 C sinif şagirdləri ilə insan alveri mövzusunda maarifləndirici görüş keçirilib. Görüş zamanı şagirdlərə insan alverinin mahiyyəti, onun yaratdığı təhlükələr, bu halların qarşısının alınması yolları və təhlükəli vəziyyətlərdən qorunma qaydaları haqqında ətraflı məlumat verilib.
Şagirdlərə bildirilib ki, insan alveri müasir dövrün ən ciddi problemlərindən biridir və hər kəs bu mövzuda məlumatlı olmalı, şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat verməlidir. Görüş interaktiv müzakirə şəraitində keçirilib, şagirdlərin sualları cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici tövsiyələr verilib.
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
A. Nəsirov Küçəsi 5
Baku