EnActUs ADMIU(Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)

  • Home
  • Azerbaijan
  • Baku
  • EnActUs ADMIU(Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)

EnActUs ADMIU(Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EnActUs ADMIU(Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti), Baku.

04/04/2013
15/02/2013
fermerlərlə və Elmi tədqiqat əkinçilik institutunun Qobustan bölgə təcrübə stansiyasının elmi işçiləri ilə keçirilən gör...
15/02/2013

fermerlərlə və Elmi tədqiqat əkinçilik institutunun Qobustan bölgə təcrübə stansiyasının elmi işçiləri ilə keçirilən görüşlər bizi daha böyük problemlərin həllinə yönəlik addımlar atmağa həvəsləndirdi.İnanırıq ki layihəmiz uğurlu olacaq Dağlıq Şirvan dəmyə əkin sahələrinin becərilməsi ilə məşğul olan fermer və kənd sakinlərinin gəlirləri dahada artacaq....

komandanın yeni üzvləri üçün təşkil olunmuş yaxalıqlar :)
01/02/2013

komandanın yeni üzvləri üçün təşkil olunmuş yaxalıqlar :)

31/12/2012

Dostlar,əziz enactusçular,hər birinizi bayram münasibətilə təbrik edirik.Sizə bol-bol uğurlu ideyalar,layihələr arzu edirik :)))
#

Dsotlar,Noyabrın 28,29,30u keçirilən "Gənc təşkilatların IV Respublika sərgisi" haqda daha ətraflı məlumatı bu linkdən a...
28/11/2012

Dsotlar,Noyabrın 28,29,30u keçirilən "Gənc təşkilatların IV Respublika sərgisi" haqda daha ətraflı məlumatı bu linkdən ala bilərsiniz:http://youthfair.iteca.az/2012/?p=visitors_schedule

Youth Fair 2012 - Gənclər təşkilatları IV Respublika Sərgisi

Əziz userlər, noyabr ayının 28-dən 30-dək “Bakı Ekspo” sərgi kompleksində  keçiriləcək Gənclər təşkilatlarının IV Respub...
24/11/2012

Əziz userlər, noyabr ayının 28-dən 30-dək “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək Gənclər təşkilatlarının IV Respublika sərgisində iştirak etmək üçün bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:http://youthfair.iteca.az/2012/?p=visitors_fast_register&rt=student

Youth Fair 2012 - Gənclər təşkilatları IV Respublika Sərgisi

22/11/2012

Sizi noyabr ayının 28-dən 30-dək “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək Gənclər təşkilatlarının IV Respublika sərgisinə dəvət edirik. Sözügedən tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İteca Caspian MMC şirkətidir .

Sərgidə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 80-dək gənclər təşkilatının fəaliyyəti nümayiş olunacaqdır. Sərgiyə gələn ziyarətçilər bu təşkilatlar tərəfindən ölkəmizin sosial-iqtisadi, elmi və mədəni inkişafına yönəldilmiş layihələrlə, gənclərin dövlətin və cəmiyyətin iqtisadi-ictimai və mədəni həyatında fəal iştirakı ilə bilavasitə tanış ola biləcəklər. Gənclərin maarifləndirilməsi, bilik və bacarıqlarının və intelektual səviyyələrinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlər ətrafında bir araya gəlməsi, lider olaraq formalaşması, beynəlxalq gənclər platformalarına inteqrasiyası və s. aktual sahələri əhatə edəcək iştirakçılar öz layihələri haqqında geniş məlumat təqdim edəcəklər. Gənclər bu təşkilatlar və layihələrdə iştirak etmək yollarını öyrənəcək və daha fəal olmaq üçün gözəl imkan əldə edəcəklər.

Ölkəmizin sosial həyatında və inkişafında gənclərin artan rolu danılmazdır. Sərgidə iş adamları üçün gənclər təşkilatları ilə birgə layihələrin müzakirəsi, həyata keçirilən proqramlarda müxtəlif formada iştirak, maliyyələşdirmə və sponsorluq kimi əməkdaşlıq imkanları üçün şərait yaradılacaqdır.

Gənclər təşkilatlarının IV Respublika sərgisi 1-ci Azərbaycan beynəlxalq “İdman, idman ləvazimatı və geyimi” (“SportExpo-2012”) sərgisi ilə eyni meydançada keçiriləcək. Bu debüt sərgi idman sənayesinin 50-dən çox dövlət və özəl təşkilatlarını, həmçinin Azərbaycanın idman federasiyaları və klublarını öz meydançasında bir araya gətirməklə yanaşı, sərgidə iştirak edən idman təşkilatlarının məhsul və xidmətləri ilə tanış olmağınız üçün də şərait yaradacaqdır.

Gənclər təşkilatlarının IV Respublika sərgisinin təşkilatçıları ümid edirlər ki, bu tədbiri ziyarət etməyiniz Sizin üçün həm məhsuldar, həm də faydalı olacaq.

Sərgini ziyarət etməyiniz üçün Sizi qısa vaxt ərzində və ödənişsiz olaraq “Bakı Ekspo” mərkəzinə aparıb-gətirən rahat avtobuslar xidmət göstərəcək.

Sərginin işgüzar proqramına tədbirin bütün iş günlərində təşkil olunacaq müxtəlif seminarlar, təqdimatlar, təlim kursları, intellektual oyunlar və s. daxildir.

Sizi sərginin qonaqları arasında görməyə şad olarıq.

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı saytda qeydiyyatdan keçə bilərlər.

Youth Fair 2012 : Sürətli qeydiyyat
youthfair.iteca.az
Youth Fair 2012 - Gənclər təşkilatları IV Respublika Sərgisi

22/11/2012

QayNar: 10-13 noyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu və Enactus Azərbaycan “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin təşkilatlığı ilə “Gənc Sahibkarlar üçün Biznes Akademiyası ” adlı düərgəyə keçirilib. Bu layihədə...

19/11/2012

39 ölkə, 55 000 tələbəni birləşdirən “Enactus” siz tələbələr ilə biznes liderləri arasında körpü yaradan beynəlxalq əməkdaşlıq proqramıdır.
"Enactus” sizə nə qazandırır:
Sosial əlaqələrin genişlənməsi
,Karyera qurmaq üçün biznes liderləri ilə əlaqənin yaradılması
Layihələrinizin reallaşdırılması,
Layihələrinizlə bağlı proffesional məsləhətləri almaq,
Gələcək iş imkanları
,Müxtəlif növ biznes sahələrində təcrübə toplamaq və s
“Enactus” proqramı çərçivəsində hər ölkədə milli çempionatlar keçirilir və sonda baş tutan dünya kubokunda hər ölkəni milli çempionatın qalibi olmuş komanda təmsil edir. “Enactus” Azərbaycan milli çempionatı üçün geri sayım başlamışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Enactus” komandası da artıq növbəti çempionat üçün hazırlıqlara start vermişdir.Ixtisasindan asli olmayaraq Komandamıza üzv olmaq, gələcək iş həyatını indidən qurmaq istəyənlər öz Cv-lərini aşagidaki ünvana göndərə bilərlər:
[email protected]

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when EnActUs ADMIU(Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share