18/08/2026
Venera niyə bu qədər istidir?
Veneranın atmosferi niyə demək olar ki, tamamilə CO₂-dən ibarətdir? Niyə Yerdəki kimi N₂ və O₂ əvəzinə CO₂ ilə doludur?
Sualı bir az dəyişək: Yer niyə CO₂ atmosferinə sahib deyil?
Yerə bənzər planetlərin ilkin atmosferlərindən biri vulkanik qazların hesabına formalaşır. Vulkanlar atmosferə əsasən H₂O və CO₂, daha az miqdarda isə N₂ buraxır.
Yer soyuduqca H₂O kondensasiya olunaraq okeanları əmələ gətirdi. CO₂ isə okeanlarda həll olaraq müxtəlif kimyəvi reaksiyalara girdi, karbonatların və süxurların tərkibinə keçdi. Sonrakı geoloji proseslər də CO₂-ni atmosferdən uzaqlaşdırmağa davam etdi.
N₂ isə bu proseslərdən daha az təsirləndiyinə görə atmosferdə toplandı. Beləliklə, Yer atmosferinin əsas qazı N₂, oksigenli atmosferin isə sonrakı mərhələdə əsas komponentlərindən biri O₂ oldu.
Bəs Venerada nə baş verdi?
Venerada Yerinkinə bənzər davamlı okean sistemi formalaşmadı. Planetin çox isti olması suyun uzun müddət maye halda qalmasına imkan vermədi. Buna görə atmosferə çıxan CO₂-ni okeanların udması və süxurlarda saxlaması kimi effektiv mexanizm yaranmadı.
Üstəlik, Veneranın qalın CO₂ atmosferi güclü istixana effekti yaratdı. Temperatur artdıqca su buxarı da atmosferdə daha çox qaldı və bu, istixana effektini daha da gücləndirdi. Beləcə proses qaçan istixana effektinə çevrildi.
Nəticədə Veneranın atmosferi təxminən 96,5% CO₂ ilə doldu və səth temperaturu orta hesabla 465°C-yə çatdı.
Məhz buna görə Günəş sisteminin ən isti planeti Günəşə ən yaxın olan Merkuri yox, Veneradır. Həm də axı O, məhəbbətin ilahəsidir..