19/06/2026
Kimsə buna “dəlilik” deyə bilər.
Amma mən belə insanların əzmkarlığına hər zaman heyran olmuşam.
2024-cü ildə 425 bal toplamaq…
2025-ci ildə yenidən imtahana girib 656 bal yığaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaq…
Və bununla da dayanmayıb, çünki onun əsl arzusu ADA Universitetində oxumaq idi. Ona görə 3-cü dəfə də hazırlaşdı, yenə imtahana girdi və 2026-cı ildə 685 bal toplayaraq öz arzusuna bir addım da yaxınlaşdı.
Bu, dəlilik deyil.
Bu, axmaqlıq deyil.
Bu, insanın öz hədəfinə necə sadiq qalmasının ən gözəl nümunəsidir.
Bəzən insanlar sənin qərarını anlamaya bilər. “Artıq qəbul olmusan, niyə yenidən hazırlaşırsan?” deyə bilərlər. Amma hər kəsin ürəyində bir arzu var və o arzu başqasına sadə görünsə də, sahibinə bir ömürlük məsələ ola bilər.
Bu xanım mənim şagirdim olmayıb. Amma səmimi deyirəm, belə əzmkar, inadkar, məqsədindən dönməyən şagirdlərimin olmasını hər zaman çox istəmişəm. Çünki belə insanlar bizə bir şeyi xatırladır: nəticəni dəyişən tək şey istedad deyil, sona qədər davam etməkdir.
Bu paylaşımı etməkdə məqsədim sadəcə bir uğuru göstərmək deyil. Məqsədim odur ki, bu hekayə başqa şagirdlərə də motivasiya olsun. Bəzən bir il gecikmək məğlubiyyət deyil, daha güclü qayıdışın başlanğıcıdır.
Əzm varsa, yol gec də olsa açılır.
Və bu hekayə bunun canlı sübutudur. 👏