Binəqədi Rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb

  • Home
  • Azerbaijan
  • Baku
  • Binəqədi Rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb

Binəqədi Rayonu Rüstəm Əliyev adına 3 nömrəli  tam orta məktəb Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəb 1977/1978-ci dərs ilindən fəaliyy Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atmışdır.

Bakı şəhəri R. Əliyev adına 3 saylı tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir. Amma 2009-cu və 2015-ci illər məktəbimiz üçün xüsusən uğurlu il hesab etmək olar. Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil nazirliyi tərəfindən həyata keçirilən “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Son zamanlar respublika rəhbərliyinin təhsilə, nazirliyimizin isə orta təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində məktəbimizdə yaradılan şərait bizi yeni-yeni uğurlar qazanmağa ruhlandırır. Belə ki,R.Əliyev adına 3 saylı tam orta məktəb 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2014-2015-ci tədris ilinin ən yaxşı təhsil müəssisəsi adına layiq görülmüşdür.İkinci dəfə bu adın qazanılması bizə böyük sevinc bəxş etməklə yanaşı daha məsuliyyətlə,əzmlə işləməyə sövq etmişdir. Hal hazırda məktəbimizdə təhsil alan şagirdlərin sayı artıq 1286 nəfərə çatmışdır. Təhsil ocağımızda müasir tələblərə cavab verən kimya və fizika fənləri üzrə laboratoriyalar, müasir tələblərə cavab verən idman zalı və hərbi kabinet, 3 informatika və 2 linqofon otağı, “Sağlam təhsil-sağlam millət” layihəsi əsasında hazırlanmış xüsusi sinif otağı, İKT avadanlığı ilə təmin olunmuş akt zalı, kitabxana, həkim otağı ilə yanaşı ulu öndər H.Əliyevin və şəhid R.Əliyevin həyat və fəaliyətini əks etdirən guşələr də fəaliyyət göstərir.Təhsildə yeni uğurlar qazanmaq məqsədi ilə dövlətimizin təhsil müəssisələrinə diqqəti yüksək səviyyədə özünü göstərməkdədir. Belə ki,məktəbimizdə İKT avadanlıqları ilə təchiz olunmuş otaqlar, 13 ağıllı lövhə, 43 kompüter, 15 proyektor mövcuddur. Belə ki,,2 günüuzadılmış və 4 məktəbə hazırlıq qrupları fəaliyyət göstərir.Pilot layihə əsasında I-IX siniflərdə rus dili intensiv tədris edilir. Məktəbimiz 2015- 2016-cı ildə birinci siniflərdə “Sağlam təhsil - sağlam millət”, I-IX siniflərdə rus dili üzrə intensiv tədris,”Təhsilin təmayüllər üzrə təşkili ”, Məktəb İcma Qurumlarının məktəblərdə təşkili layihələrinə qoşulmuşdur. Hazırda şagirdlərin təhsili və təlim-tərbiyəsi ilə böyük potensiala malik 139 nəfərdən ibarət müəllim kollektivi məşğul olur. Kollektivin 92%-i ali təhsillidirlər. Bunlardan bir nəfəri isə fəlsəfə doktoru - Həsənova Sevinc Mirzağa qızı fizika üzrə fəlsəfə doktoru, bir nəfəri - Möhbalıyeva Aidə Mehman qızı Respublikanın əməkdar müəllimi, bir nəfəri Abbasov Ziyafət Sabir oğlu Təhsil Problemləri İnstitutunun dissertantıdır. İki müəllimimiz - coğrafiya müəllimi İsgəndərova Şahsənəm Veysəl qızı və biologiya müəllimi Elyazova Məhsəti Cəfər qızı TQDK-nın ekspert qrupunun üzvüdür. Ş.İsgəndərova,İ.Nəbiyeva kurikulum islahatının həyata keçirilməsi istiqamətində birbaşa mentorluq fəaliyyəti ilə yanaşı eyni zamanda dərsliklərin hazırlanmasında rəyçidir.İki nəfər Hüseynova Mayisə Ağababa qızı və Əliyeva Afət Nəriman qızı “ İlin ən yaxşı ” müəllimi adına layiq görülmüşlər. Son illər ərzində məktəbimizi bitirən istedadlı məzunların imtahandan əldə etdikləri uğurlu nəticələr daha ürək açandır. Məktəbin məzunları Azərbaycan Respublikası ilə yanaşı Kanadanın, Böyük Britaniya və Şimali İrlandiya Krallığının, Rusiyanın, Polşanın, Türkiyənin, Koreyanın, Litvanın və digər dövlətlərin nüfuzlu universitetlərində təhsil alıblar. 2019-2020-cü tədris illərində məktəbimizi bitirən 43 məzundan 29 nəfəri tələbə adına layiq görülmüşlər ki, onlardan da 11 nəfəri 500-700 bal toplamışlar.Müəllimlərimiz şagirdlərin hərtərəfli inkişafına da qayğı ilə yanaşırlar. Bədən tərbiyəsi və fiziki hazırlığın möhkəmləndirilməsi, həmçinin yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində görülən işlərimiz də öz bəhrəsini vermişdir. Dünyada və Respublika miqyasında keçirilən bir sıra yarışlarda şagirdlərimiz fəxri kürsünün pillələrində yer almışlar. Məktəbbdə "Əyləncəli riyaziyyat", "Doğma yurdu gəzə gəzə", "Diyarşünaslıq", "Qarabağın tarixi", "Azərbaycan tarixi", "Musiqi sevənlər" dərnəkləri vardır. Sabahın alimləri kiçik EA fəaliyyət göstərir.

06/05/2024

Binəqədi Rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb də yüksək nizam- intizam var. Keçən ilin mart və sentyabr ayından etibarən keyfiyyətli kadrların qalması ilə əlaqədar ədəb və mədəni ünsiyyət yarandı. Məktəbimizin kollektivi Elm və Təhsil Nazirliyinə, BŞTİ rəhbərliyinə keyfiyyətsiz kadrların müəssisəmizdən uzaqlaşdırdığı üçün səmimi təşəkkürümüzü bildirir.

✍️✍️✍️✍️✍️Çox hörmətli həmkarlar.Üzücü bir xəbərlə bu günümüzü açmalı olduq.Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı m...
01/11/2022

✍️✍️✍️✍️✍️
Çox hörmətli həmkarlar.
Üzücü bir xəbərlə bu günümüzü açmalı olduq.
Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mayisə xanım Hüseynova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.
1968-ci ildə anadan olmuş Mayisə müəllimimiz bu gecə bizi həmişəlik tərk etdi. Çox hörmət bəslədiyimiz Mayisə müəlliməyə Allahdan rəhmət diləyir, ailə üzvlərinə səbr deyirik.
Allah rəhmət eləsin.
Məkanı nura boyansın.

Bu gün, 29 oktyabr 2022-ci il tarixində məktəbimizin IX -X  - XI sinif şagirdlərinin iştirakı ilə fənn olimpiadasının mə...
29/10/2022

Bu gün, 29 oktyabr 2022-ci il tarixində məktəbimizin IX -X - XI sinif şagirdlərinin iştirakı ilə fənn olimpiadasının məktəb turu keçirildi.

Bu gün  29 oktyabr 2022 ci il tarixində məktəbimizdə fənn olimpiadasının məktub turu keçirildi.Bakı Şəhəri üzrə Təhsil İ...
29/10/2022

Bu gün 29 oktyabr 2022 ci il tarixində məktəbimizdə fənn olimpiadasının məktub turu keçirildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində IX, X, XI sinif şagirdləri arasında *fənn olimpiadaları* Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika fənləri üzrə idi.
Məktəbimizin IX- X - XI sinif şagirdlərindən ibarət 122 nəfər olimpiadada iştirak etdilər.
Bütün şagirdlərimizə uğurlar arzuladıq.



Məktəbimizin şagirdləri Müstəqilliyimizin bərpası gününü Heydər Əliyev mərkəzində qeyd etdilər.
18/10/2022

Məktəbimizin şagirdləri Müstəqilliyimizin bərpası gününü Heydər Əliyev mərkəzində qeyd etdilər.

Müstəqilliyimizin bərpası günü mübarək olsun
18/10/2022

Müstəqilliyimizin bərpası günü mübarək olsun

Oktyabrın 3-də məktəbimizə fidanlarımız təşrif buyurdular. Bu gündən məktəbəhazırlıq qruplarının ilk  məşğələləri başlad...
03/10/2022

Oktyabrın 3-də məktəbimizə fidanlarımız təşrif buyurdular. Bu gündən məktəbəhazırlıq qruplarının ilk məşğələləri başladı.
Məktəbəhazırlıq qruplarında ilklərimizə “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” adlı dərs məşğələləri keçiriləcək.
Məşğələlər mayın 31-də başa çatacaq.

03/10/2022

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 n...

https://bakimektebleri.edu.az/3/az/news/read/166189
30/09/2022

https://bakimektebleri.edu.az/3/az/news/read/166189

Binəqədi rayonu 3 nömrəli məktəbin 7b sinfi Şəhid və Qazilərimizə öz hörmətlərini fürsət düşdükcə bildirirlər. Bu dəfə də valideyn komitəsinin təşkilatçılığı ilə öz istirahət günlərini şəhidlərimizə həsr etdilər. Bu dəfə öz dillərincə desək Şəhidim...

Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbin 2 ç sinif şagirdləri ŞƏHİD Məcidzadə Teymur Tehran oğlunun ailə...
30/09/2022

Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbin 2 ç sinif şagirdləri ŞƏHİD Məcidzadə Teymur Tehran oğlunun ailəsini ziyarət etdilər.
Yasəmən xanım şagirdlərə Teymurun Vətənini canından artıq sevdiyini və bu yolda Şəhidlik zirvəsinə ucaldığından söhbət açdı.
Şagirdlər Şəhidlərə həsr olunmuş şeirlər söylədilər.
ŞƏHİDLƏRİ UNUTMURUQ və UNUTDURMURUQ !

30/09/2022

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Məktəbimizdə 27 Sentyabr Şanlı yürüşümüzün başladığı tarixi gün qeyd edildi.
27/09/2022

Məktəbimizdə 27 Sentyabr Şanlı yürüşümüzün başladığı tarixi gün qeyd edildi.

Address

Z. Bünyadov Küçəsi 73
Baku
AZ1108

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0125622745

Alerts

Be the first to know and let us send you an email when Binəqədi Rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Binəqədi Rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category