Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası

Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası

Share

Education A.M.Bayramova rəhbərlik edir. Kafedra əməkdaşlarının 4 nəfəri dissertant, 3 nəfəri isə doktorantdır.
Əsas fənlər
Pedaqoji fakültə:
1. f.f.d., dos. b/m.

Təlimdə innovasiyalar kafedrası

Təlimdə innovasiyalar kafedrası 2009-cu ildə yaradılmışdır. İlk müdiri dos. Ə.Ş.Şirəliyev olmuşdur. 2011-ci ildən kafedraya dos. Kafedra Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərir və 17 əməkdaşı var: 4 fəlsəfə doktoru, 1 dosent, 6 baş müəllim, 8 müəllim, 3 laborant. Aşağı orta oxu və nitq
2. Orta oxu və nitq
3. Yuxarı orta oxu və nitq/Yüksək oxu və ni

Photos from Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası's post 02/07/2016

1 iyul, 2016-cı il tarixində Azərbaycan Dillər Universiteti və Təlimdə İnnovasiyalar kafedrasının dəstəyi ilə Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Könül Hacıyeva Oxford EAP dərsliyinin təqdimatını keçirib.

Photos from Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası's post 02/07/2016

Təlimdə innovasiyalar kafedrasının əməkdaşları baş müəllim Gülnarə Hacıyeva və müəllim Zarema İbrahimovanın rəhbərliyi ilə təşkil olunan CISELT təlimində iştirakçıların təqdimatları

Photos from Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası's post 02/06/2016

Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Hüzurə Ağayevanın uzun müddət üzərində çalışdığı metodiki vəsait işıq üzü görüb.

ADU-nun əməkdaşları beynəlxalq seminarda 02/06/2016

Təlimdə innovasiyalar kafedrasının müəllimi dissertant Fatma Qurbanzadə 5-26 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi, eyni zamanda Ninqbo Politexnik Universitetinin təşkilatçılğı ilə Çində baş tutan beynəlxalq seminarda uğurla iştirak edib.

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova və Təlimdə innovasiyalar kafedrasının müəllimi Fatma Qurbanzadə 5-26 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi, eyni zamanda Ninqbo Politexnik Universitetinin təşkilatçılğı ilə Çində baş tutan beynəlxalq seminarda iştirak ediblər.
“Seminar for Teachers from developing Countries along the One Belt One road” adlı beynəlxalq seminarda Azərbaycan, Özbəkistan, Gürcüstan, Nigeriya, Panama, Misir və Vanuatudan olan nümayəndələr müxtəlif mövzularla bağlı mühazirələrdə çıxış ediblər. Onlar, həmçinin seminar çərçivəsində ÇXR-in Siamen, Şanxay şəhərlərinə səyahət edərək orta ümumtəhsil məktəblərində olublar, ali məktəblərdə dərsləri müşahidə ediblər.
Həftənin beş günü baş tutan mühazirələr ərzində ÇXR-in mədəniyyəti, Elmi tədqiqatın əsasları, Çin elementləri: Çin kallioqrafiyası, Müasir təlimin əsası: İnnovasiya və müasirlik, Beynəlxalq təhsil, Dərsin təşkilində ən çox istifadə olunan müasir təlim metodları və onlardan istifadə, Uğurlu dərsin təşkili və qiymətləndirilməsi, Milli mədəniyyət və xalqlararası ünsiyyət kimi mövzular ətrafında maraqlı və interaktiv diskussiyalar təşkil olunub.
Ningbo Politexnik Universitetinin prorektoru Cen Yongla görüşən Azərbaycan nümayəndə heyəti onu xalqımızın qonaqpərvərliyinin rəmzi olaraq milli mətbəximizin təamlarından sayılan paxlava və şəkərburaya qonaq ediblər. Beynəlxalq seminarda ADU-nu təmsil edən Nigar Zeynalova “Azərbaycanda təhsil sistemi”, Fatma Qurbanzadə isə “Ermənistan Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzularında Ningbo Politexnik Universitetində mühazirə oxuyublar.
Qeyd edək ki, bir aya yaxın davam edən seminara “National communication” adlı bağlanış mərasimi ilə yekun vurulub.

Photos 28/05/2016

Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Sevil Ağayevanın rəhbərliyi ilə təşkil olunan və universitetin professor-müəllim heyətinin iştirak etdiyi IELTS təlimində iştirakçılar sertifikatlarla təltif olunublar.

ADU-nun əməkdaşlarına sertifikatlar təqdim olunub 23/05/2016

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə İnnovasiyalar kafedrasının ingilis dili müəllimləri üçün təşkil etdiyi Akademik Yazı və Oxu təlimində iştirak edən müəllimlər sertifikatlarla mükafatlandırılıb.

ADU-nun əməkdaşlarına sertifikatlar təqdim olunub

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə İnnovasiyalar kafedrasının ingilis dili müəllimləri üçün təşkil etdiyi Akademik Yazı və Oxu təlimində iştirak edən müəllimlər sertifikatlarla mükafatlandırıb. Kafedranın baş müəllimi, təlimçi Gülnarə Hacıyeva tərəfindən aparılan təlimdə ADU-nun müxtəlif kafedralarında, habelə digər ali təhsil müəssisələrində və məktəblərdə ingilis dilini tədris edən 12 müəllim iştirak edib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayına kimi davam edən təlim zamanı müdavimlər paraqraf və esseni düzgün yazmaq qaydaları, müxtəlif paraqraf və esse növləri, həmçinın yazı dərslərinin səmərəli təşkili yolları və s. haqqında hərtərəfli məlumat əldə ediblər. Axırıncı iki dərsi isə müdavimlərin müxtəlif yazı mözvuları üzrə kiçik təqdimatlarına həsr olunan təlimin sonunda iştirakçıların yazı portfolioları və təqdimatları qiymətləndirilib, müvafiq sertifikatlar təqdim olunub.

Photos 04/05/2016

Azərbaycan Dillər Universitetinin dissertantı, Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Fərəcova Rəna 29 aprel 2016-cı il tarixində Qafqaz universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı”nda uğurla çıxış edərək sertifikatla təltif olunmuşdur.

Photos 04/05/2016

Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Hüzurə Ağayeva İngilis dili Proqramları Ofisi, Təhsil və Mədəniyyət Məsələləri Şöbəsi, Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən təşkil olunmuş təlimdə iştirak edərək sertifikatla təltif olunmuşdur.

ADU əməkdaşları TEMPUS layihəsi çərçivəsində təlimlərdə 04/05/2016

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının əməkdaşları “Peşəkar Məqsədlər üçün İngilis dilinin tədrisi” (FLEPP) adlı TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak edib. Esseks Universitetinin professoru Thomas Desmond tərəfindən aparılan təlimlər “A2-B2 səviyyələri üzrə akademik yazı və danışıq üçün qiymətləndirilmə tapşırıqları”, “Danışıq və yazı qiymətləndirməsində standartlara cavab verən və elmi təsviredicilər”, “Qiymətləndirmə tapşırıqlarını inkişaf etdirmək məqsədi ilə əməkdaşların birgə işində həmkar-müşahidə vəsaitləri”, “Qiymətləndirmədə standartlaşdırma və təkmilləşdirmə prosedurları” mövzularını əhatə edib.
Debat və diskussiyalar şəklində aparılan təlimdə müəllimlərin fəal iştirakı müşahidə olunub. Sonuncu sessiyada iştirakçılar aparılan təlimlərlə bağlı yazılı şəkildə öz müsbət rəylərini bildiriblər və belə təlimlərin mütəmadi keçirilməsini təklif olunub.

ADU-da “Ən Yaxşı Esse” müsabiqəsinin qalibləri mükafatlandırılıb 04/05/2016

ADU-da “Ən Yaxşı Esse” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu yaxınlarda Azərbaycan Dillər Universitetində (ADU) universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Təlimdə innovasiyalar kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Ən Yaxşı Esse” müsabiqəsi keçirilib.
İngilis dilinin leksikologiyası, İngilis dilinin üslubiyyatı və Təlimdə innovasiyalar kafedrasının müəllim heyəti tərəfindən Pedaqoji (İngilis dili-alman dili) fakültənin tələbələri arasında keçirilən müsabiqənin ilkin mərhələsində 32 nəfər tələbə uğurlu nəticə göstərərək “Ümummilli lider Heydər Əliyevin gənc nəslin həyatında ali təhsilə verdiyi mühüm əhəmiyyət” mövzusunda müsabiqənin final mərhələsində iştirak ediblər.
Təlimdə innovasiyalar kafedrasının müdiri, dosent Aytən Bayramovanın sədri olduğu münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları, o cümlədən düzgün strukturun gözlənilməsi, məzmunun tam açılması, mövzunun yaradıcı şəkildə şərhi, fikrin faktlarla əsaslandırılması, söz ehtiyatı zənginliyi və s. nəzərə alaraq qiymətləndirmə aparıblar. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq Səbinə Şərifova birinci, Tutu Piriyeva ikinci və Gülnar Mustafayeva isə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, qalib tələbələrlə yanaşı onların müəllimləri də mükafatlandırılıb.

Photos from Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası's post 21/04/2016

Təlimdə innovasiyalar kafedrasının əməkdaşları baş müəllim Gülnarə Hacıyeva və müəllim Zarema İbrahimovanın rəhbərliyi ilə CISELT təlimi uğurla davam edir...

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


134, R. Behbudov Street
Baku
AZ1014

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30