Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti

Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti

Share

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Elmi Cəmiyyətinin rəsmi səhifəsi

Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat və elmi-praktik işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbələr birliyidir. TEC intellektual elmi fəaliyyətlə məşğul olan bütün tələbələri birləşdirməklə yanaşı, priotet məqsəd kimi qarşısına tələbələrin yaradıcılıq və elmi potensialının hərtərəfli və daha dolğun inkişafı

28/03/2025

UNEC-in 95 illiyinə həsr olunmuş UNEC Tələbə Tədqiqatları Jurnalının 2-ci nəşrinin 1-ci sayı üçün məqalə qəbulu başladı!
Müəllif qeydləri ilə seçilmiş hekayələrdən tanış ola bilərsiniz.
Qeyd edək ki,məqalə qəbulu aprel ayının 16-dək davam edəcəkdir. Məqalə qəbulu [email protected] maili vasitəsilə həyata keçiriləcəkdir.

Photos from Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti's post 28/12/2024

Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, İctimai xadim "Əməkdar Mədəniyyət işçisi” Umud Mirzəyev ilə "0-dan yüksəlişə gedən yol" adlı seminar keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyəti təşəbbüsü ilə keçirilən görüşdə ilk öncə Umud Mirzəyevin rəhbərlik etdiyi təşkilatın - BAMF-in 32 illik fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu. Ardınca, fondun prezidenti Umud Mirzəyev karyerasının ilk günlərindən indiyədək əldə olunan uğurlardan, qazanılan nəaliyyətlərdən və qarşıya çıxan çətinliklərdən danışdı. Tələbələrin sualları cavablandırıldı. Sonda xatirə şəkilləri çəkildi.

13/11/2024

> META Təqaüd proqramı
Proqram Maliyyə, Mühasibat sahəsində karyera qurmaq istəyən gənclərə dəstək olmaq məqsədi daşıyır.

Qaliblər aşağıdakı iki tədris proqramına tam ödənişsiz qoşulmaq imkanı əldə edəcəklər
3 aylıq “ Financial Accounting (F3, FA) təlimi
5 aylıq “ praktiki mühasibat + 1C təlimi

İkinci dərəcəli nəticə göstərən iştirakçılar üçün isə təlimlərə nəticəyə uyğun, təhsil haqqının 70%-dək təqaüd imkanı mövcuddur.

Təqaüd proqramında təlimlər kim tərəfindən tədris olunacaq?
Financial Accounting
Əsas dərslər: Fuad Rəsulov – Big Four şirkətlərin birində audit üzrə mütəxəsis

Əlavələr: Əliağa Ağayev – Türkiyədə Big Four şirkətlərin birində aparıcı konsultant

Praktiki mühasibatlıq+1C
Mehrac Abdurahmanlı - Meta Mühasibatlıq konsaltinq şirkətinin təsisçisi, təlim sahəsində 5 il + təcrübə. 250 + uğurlu məzun.
Proqramın çox sayda üstünlüklərindən faydalanmaq üçün seçim mərhələsində dərhal iştirak edin.

Təqaüd proqramına necə müraciət edək?
Aşağıdakı anketdə mühasibatlıq və məntiqə aid sualları cavablamaqla layihənin seçim mərhələsində iştirak edə və təqaüd qazana bilərsiniz.

Azərbaycan sektorunda təhsil alanlar üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdfI1mgNH9lv3md2cKXDyfpAprT7D7K4-4RG_jHfAzSqcQiKA/viewform?usp=sf_link

İngilis sektorunda təhsil alanlar üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLScstMy-AbAigNvmLFa-qHZv2KrHWESuRtGVDsB7mBIz4xonRg/viewform?vc=0&c=0&w=1&flr=0&usp=mail_form_link

Proqram Meta Mühasibatlıq şirkətinin dəstəyi ilə keçirilir.

Photos from Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti's post 17/06/2024

UNEC Tələbə Elmi Cəmiyyəti "İqtisadiyyat və idarəetmə" fakültəsinin təşkilatçılığı ilə "Səsin illuziyası" tədbiri baş tutdu.

UNEC TEC "İqtisadiyyat və idarəetmə" sədri Səlminaz Vəliməmmədovanın moderatorluğu ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının xalq artisti, diktor Eldost Bayram gənclərlə birgə “Səsin illuziyası” mövzusunda müxtəlif müzakirələr apararaq, iştirakçılarla öz təcrübələrini bölüşüb.

Gənclərimizin inkişafı üçün hər zaman bizə dəstək olan Eldost Bayrama təşəkkür edirik!

06/05/2024

📢UNEC TEC İİF yenə də möhtəşəm tədbir ilə qarşınızdadır!

📌Bu dəfəki spikerimiz: Elçin Əzimli (PCC)

📌Mövzumuz: Emosional İntellekt

🔹Elçin Əzimli ALPHA Coaching & Consulting şirkətinin həmtəsisçisi və idarəedici partnyoru, ölkəmizin ilk beynəlxalq sertifikatlı kouçlarındandır. 2016-cı ildə Kanadanın Adler Kouçinq Məktəbini bitirib. 2020-ci ildə Beynəlxalq Kouçinq Federasiyası tərəfindən Professional Certified Coach® və Mentor Coach, 2023-cü ildə isə Avropa Mentorinq və Kouçinq Şurası tərəfindən Senior Practitioner peşəkar dərəcələri ilə təltif olunub. O, həmçinin Emosional intellekt sahəsində də beynəlxalq sertifikasiyalara sahib mütəxəssisdir.

📅Tarix: 07.05.2024
⏰Saat: 13:00
📍Məkan: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ll tədris binası ( Kiçik akt zalı)

📎Qediyyat linki:
https://forms.gle/b8o2wyqZweMnd6cHA

🛑Qeydiyyatdan keçmək üçün tələsin, yerlər məhduddur.

Photos from Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti's post 21/04/2024

UNEC Tələbə Emi Cəmiyyətinin nümayəndə və üzvləri Hilton Oteldə təşkil olunmuş "Türkiyə Universitetləri Təhsil Sərgisi"ndə iştirak etdi.

Tələbələr sərgi müddətində Türkiyənin ən prestijli universitetləri haqqında məlumat alıb, onlara qəbul prosesinin izahını dinləyiblər. Həmçinin Türkiyə universitetlərində mövcud təqaüd və yataqxana imkanları haqqında geniş məlumat verilmişdir.

11/04/2024

Ramazan bayramınız mübarək! 🌙🕌

Beynəlxalq kitab bağışlama günü/ 5 sual, 1 kitab 10/04/2024

📢 UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "5 sual 1 kitab" layihəsi həyata keçirilmişdir.

Layihə çərçivəsində qalib gələn UNEC tələbə və magistrları layihənin təşkilatı sponsoru "TEAS PRESS"-in nəşri olan müxtəlif elmi və bədii kitablar ilə mükafatlandırılmışdır🎉.

Layihənin video-çarxını sizlərə təqdim edirik. Xoş izləmələr💙

YouTube linki:

Beynəlxalq kitab bağışlama günü/ 5 sual, 1 kitab UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 14 fevral "Beynəlxalq kitab bağışlama" gününə həsr edilmiş "5 sual 1 kitab" layihəsini həyata keçirildi.Layi...

Photos from Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti's post 05/04/2024

30 mart tarixində UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Layihələrin yazılması və idarəolunması" təliminin ilk dərsi baş tutub.

🔹Təlimçi Ayan Etibar layihələrin strukturu, layihə terminalogiyası, layihə yazmaq üçün vacib olan komponentlər və s. haqqında ətraflı məlumatlar vermişdir.

🔹Təlimin növbəti dərsi 6 aprel tarixində baş tutacaqdır.

Photos from Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti's post 01/04/2024

UNEC Tələbə Elmi Cəmiyyəti SABAH fakültəsinin təşkilatçılığı ilə təlimçi Şamo Hüseynov tərəfindən keçirilən Maliyyə üzrə karyera inkişafı diskussiya tipli təlimi baş tutdu.

Tədbirin açılışını UNEC TEC sədr müavini İlham Qulamhüseynov edərək maliyyə sektorunun son dövrlərdəki vəziyyəti və karyera istiqamətindəki inkişafını vurğulayıb.

Daha sonra təlimçi Şamo Hüseynov tərəfindən tələbələrə maraqlı olan mövzular müzakirə olundu :
- Universitetdə təhsil müddəti ərzində düzgün fəaliyyət planlanması
- Beynəlxalq sertifikatların üstünlükləri
- Maliyyə, mühasibatlıq və audit sahəsində düzgün karyera necə qurulur
- “Big4” şirkətlərində çalışmaq üçün taktikalar
- Əlaqələrin (networking) həyatımızda müzakirə olunmuşdur.

31/03/2024

🥀 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.
Unutmadıq, Unutdurmarıq!

Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır

Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Photos from Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti's post 21/03/2024

UNEC Tələbə Elmi Cəmiyyəti İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatlığı ilə fakültənin tələbələri arasında "Yaşıl iqtisadiyyat" ilinə həsr olunmuş "Nə? Harada? Nə zaman? intellektual yarışı keçirilmişdir.

Yarışda komandaların arasındakı gərgin mübarizə nəticəsində "Green Lanterns" komandası qalib olmuşdur.

Sonda qalib olmuş komanda üzvləri UNEC TEC-in sədr müavini İlham Qulamhüseynov tərəfindən medal və diplomla təltif olunublar

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Bakı şəhəri, Həsən Əliyev 135
Baku
[email protected]