BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU

BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU

Share

Bakı Dövlət Universiteti Coğrafiya Fakültəsinin rəsmi səhifəsi

22/05/2026

❗️ İyunun 1-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

🔹 İclasda 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2026-cı il 21 aprel tarixli əmrində nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

🔸 Yaz imtahan sessiyasının 2026-cı il iyun ayının 1-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub.

🔹 Sessiyanın gedişinə operativ nəzarət etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə İmtahan Qərargahı yaradılacaq.

̇mtahan

Photos from BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU's post 22/05/2026

BDU-da məzun seminarı: “Ali təhsildə təlim-tədris prosesinin təkmilləşdirilməsi”



Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Microsoft Teams” platforması vasitəsi ilə “Ali təhsildə təlim-tədris prosesinin təkmilləşdirilməsi: problemlər və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallığın Belfast Universitetinin fəlsəfə doktoru proqramı üzrə “İnsan coğrafiyası” ixtisasının “Coğrafiya: müasir cəmiyyətin əhali dinamikası” istiqaməti üzrə təhsil alan əyani doktorantı Gülvin Yusifova distant qaydada məruzə ilə çıxış edib.

Coğrafiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov tədbir iştirakçılarını salamladı, elmi seminarın mövzusunu iştirakçıların diqqətinə çatdırdı. Q. Məmmədov müasir dövrdə ali təhsildə təlim-tərbiyə və tədris prosesinin təkmilləşdirilməsi problemlərinin tədqiqinin əhəmiyyətini vurğuladı. Bildirildi ki, Birləşmiş Krallığın Belfast Universitetinin fəlsəfə doktoru proqramı üzrə “İnsan coğrafiyası” ixtisasının “Coğrafiya: müasir cəmiyyətin əhali dinamikası” istiqaməti üzrə əyani doktorantı Gülvin Yusifova Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin məzunu olub və hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallıqda doktorantura təhsili alır.

Photos from BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU's post 16/05/2026

Bakı Dövlət Universitetində 2026-cı il 14 may tarixində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (“WUF13”) ərəfəsində təşkil olunan “Bakı şəhərsalma həftəsi” (“Baku Urban Week”) çərçivəsində Coğrafiya fakültəsinin tələbələri üçün Yaz məktəbi keçirilib. Məktəbin mövzusu “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” olub.

Yaz məktəbində İqtisadi və sosial coğrafiya kafedrasının doktorantı Gülnar Omarova “Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər nəqliyyatının coğrafi təhlili” mövzusunda çıxış edib. Müasir dövrdə regionlarda infrastrukturun inkişafı üzrə dövlət proqramları və şəhərlərdə nəqliyyat infrastrukturunun tədqiqi xüsusi aktuallıq kəsb edir. Böyük şəhərlərdə nəqliyyatın təşkili ilə bağlı inzibati, texnoloji, sosial, iqtisadi və ekoloji problemlər, xüsusilə Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər nəqliyyatının inkişaf problemlərinin öyrənilməsinin aktual elmi məsələlərdən olduğu vurğulanıb.

Gülnar Omarova Gəncə şəhəri və digər rayon mərkəzləri üzrə şəhər nəqliyyat sisteminin coğrafi xüsusiyyətlərini təqdim edib. Relyefin mürəkkəbliyi, dağlıq və dağətəyi zonaların üstünlük təşkil etməsi, əhalinin məskunlaşma xüsusiyyətləri nəqliyyat şəbəkəsinin formalaşmasına və inkişaf dinamikasına birbaşa təsir göstərir. Sənaye və xidmət sahələrinin inkişafı ilə əlaqədar son illərdə nəqliyyat axınlarının intensivliyi artıb.

Təhlillər nəqliyyat şəbəkəsinin sıxlığı, marşrutların uzunluğu və strukturu, sərnişin dövriyyəsi, nəqliyyat vasitələrinin sayı, yol infrastrukturunun keyfiyyəti, hərəkət intensivliyi, tıxac səviyyəsi, ekoloji təsirlər və əlçatanlıq göstəricilərini əhatə edib. Şəhərlər üzrə nəqliyyat axınlarının dinamikası və sosial-iqtisadi inkişafla qarşılıqlı əlaqəsi statistik məlumatlar və sahə müşahidələri əsasında təhlil olunub. Qeyd edilib ki, Gəncə şəhərinin nəqliyyat sistemi region üzrə mərkəzi rol oynayır və digər yaşayış məntəqələri ilə əlaqələndirici funksiyanı yerinə yetirir.

Elmi seminarda professor Məqsəd Qocamanov, dosentlər Sahilə Allahverdiyeva, Gülnarə Cəfərova və coğrafiya üzrə fəlsəfə doktoru Şəfiqə Hümbətova tədqiqat mövzusunun aktuallığını vurğulayaraq, elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.

Photos from BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU's post 16/05/2026

BDU-nun Coğrafiya fakültəsinin tələbələri üçün Yaz məktəbi təşkil olunub

2026-cı il 14 may tarixində Bakı Dövlət Universitetində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (“WUF13”) ərəfəsində təşkil olunan “Bakı şəhərsalma həftəsi” (“Baku Urban Week”) çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda BDU-nun Coğrafiya fakültəsinin tələbələri üçün Yaz məktəbi təşkil olunub. Yaz məktəbində Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının baş müəllimi, c.e.n Qabil Səmədov “Azərbaycan Respublikasında şəhər əhalisinin təbii hərəkətinin müasir vəziyyətinin təhlili” mövzusunda məruzə ilə çıxış edib. Qabil Səmədov son illərdə Azərbaycanda əhalinin təbii hərəkətinin dinamikasına diqqət çəkərək, əhalinin təbii hərəkəti, şəhərlərdə təbii artımın əsas göstəriciləri və buna təsir edən sosial-iqtisadi amillər barədə geniş təqdimat edib. Şəhər əhalisinin təbii hərəkətinin (doğum, ölüm, təbii artım göstəriciləri) müasir vəziyyəti ölkənin böyük, orta və kiçik şəhərləri üzrə özünəməxsus qanunauyğunluqla təzahür etdiyini, son illərin statistik göstəriciləri əsasında urbanizasiya proseslərinin demoqrafik təsirləri, regionlar üzrə fərqlər və əsas meylləri haqqında məlumat verib. Azərbaycanın müxtəlif regionları üzrə əhalinin təbii hərəkətinin əsas indikatorlarının müqayisəli təhlili təqdim olunub və son illərdə əhalinin təkrar istehsalına təsir edən əsas amillər şərh edilib.
Professor Məqsəd Qocamanov, dosentlər Sahilə Allahverdiyeva, Gülnarə Cəfərova, fəlsəfə doktorları Şəfiqə Hümbətova, Vüqar Kərimli və Rəşad Sədullayev tədqiqat mövzusunun aktual olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsinin vacibliyini bildiriblər.

10/05/2026
09/05/2026

Azərbaycan coğrafiya elminə ağır itki üz vermişdir.

Uzun illər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində fəaliyyət göstərmiş, fakültənin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri olmuş, Azərbaycan Respublikasının Əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, coğrafiya elmləri doktoru, professor Tapdıq Güləhməd oğlu Həsənov vəfat etmişdir.

Professor Tapdıq Həsənovun Azərbaycan coğrafiya elminin və təhsilinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər ərzində yetişdirdiyi tələbələr və elmi fəaliyyəti ilə böyük nüfuz qazanmışdır.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.

Allah rəhmət eləsin!

Photos from BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU's post 05/05/2026

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllim və tələbələri görkəmli alim, professor Müseyb Müseybovun doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.

Ziyarət zamanı müəllim və tələbələr alimin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər. Onun Azərbaycan coğrafiya elminin inkişafında göstərdiyi mühüm xidmətləri, zəngin elmi irsi və pedaqoji fəaliyyəti haqqında danışılıb. Qeyd edilib ki, Müseyb Müseybovun elmi irsi bu gün də öz aktuallığını qoruyub saxlayır və gənc nəslin formalaşmasında mühüm rol oynayır.

Photos from BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU's post 04/05/2026

BDU-da “Dayanıqlı inkişafın coğrafi problemləri” mövzusunda ustad dərsi

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin, Coğrafiya və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişafı coğrafi problemləri” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-nin direktoru vəzifəsini icra edən, c.e.d, dosent Zaur İmrani məruzə ilə çıxış edib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə qlobal miqyasda geniş tətbiqini tapmış BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) konsepsiyasının coğrafi baxımdan tədqiqinin əhəmiyyətini vurğulayıb.
Sonra məruzəçi Zaur İmrani müasir dövrdə dayanıqlı inkişaf modelinə olan beynəlxalq elmi baxışların fərqlilikləri barədə geniş məlumat verib. Bu modellər arasındakı nəzəri-konseptual və tətbiqi fərqliliklərə diqqət çəkilərək “davamlı artım” və “dayanıqlı inkişaf” anlayışlarının fərqlilikləri vurğulanıb. Dayanıqlı inkişafın əsas məqsədi onun iqtisadi, sosial və ekoloji komponentləri arasında qarşılıqlı balansın qorunması və mövcud imkanlardan səmərəli istifadə etməklə coğrafi təbəqənin gələcək nəsillər üçün qorunub saxlanılmasını təmin etməkdir. Məruzə zamanı dayanıqlı inkişafın əsas komponentlərinin ardıcıl dəyişməsi və iyerarxik asılılığı barədə təqdimat olunub. Z. İmrani dayanıqlı inkişaf üzrə milli prioritetlərə diqqət çəkərək bu istiqamətdə görülən işlər barədə məlumat verdi.
Professorlar Məqsəd Qocamanov, Nazim İmamverdiyev, Aydın İbrahimov, Çingiz İsmayılov, coğrafiya elmləri doktoru Şəkər Məmmədova, dosentlər Saleh Nağıyev, İradə Əliyeva, Nərminə Seyfullayeva, Sahilə Allahverdiyeva və başqaları tədqiqat mövzusunun aktual, metodik yanaşmanın isə innovativ olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.

Photos from BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU's post 22/04/2026

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Təbii Fəlakətlər: Tanı, anla, qarşısını al” adlı diskussiya keçirilib.

Diskussiyanın əsas məqsədi tələbələrin təbii fəlakətlər haqqında məlumatlılığını artırmaq, bu hadisələrin yaranma səbəblərini izah etmək və onların qarşısının alınması istiqamətində maarifləndirici müzakirələr aparmaq olub. Tədbir çərçivəsində iştirakçılar zəlzələ, sel, torpaq sürüşməsi və digər təbii proseslərin təsir mexanizmləri barədə fikir mübadiləsi apararaq mövzuya həm elmi, həm də praktik yanaşma sərgiləyiblər.

Müzakirələr zamanı tələbələrin aktiv iştirakı, sual-cavab formatında gedən dialoqlar və real nümunələr üzərindən aparılan analizlər tədbirin dinamik və interaktiv keçməsinə şərait yaradıb.

Diskussiyanın sonunda iştirakçılar arasında əyləncəli sorğu təşkil olunub. Bu mərhələ həm öyrənilən biliklərin möhkəmləndirilməsinə, həm də tədbirə daha səmimi və enerjili atmosfer qatılmasına xidmət edib.

Photos from BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU's post 22/04/2026

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Ekologiya və torpaqşünaslıq, Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə “22 Aprel - Beynəlxalq Yer Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov və Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev Yer kürəsinin formalaşmasının tarixi inkişaf mərhələlərindən, planetimizin yaranma prosesi, ilkin geoloji mərhələlər, Yer qabığının təşəkkülü və zamanla baş verən dəyişikliklər, Yer kürəsinin daxili quruluşu, onun əsas təbəqələri, yer təkində baş verən tektonik proseslər, zəlzələlər, vulkanizm və bu proseslərin insan həyatına təsiri haqqında ətraflı məlumat veriblər.
Tədbirdə daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi, c.ü.f.d. Şahnaz Amanova çıxış edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci bəndi – “Dayanıqlı şəhərlər və icmalar” mövzu ətrafında çıxış edib. O, urbanizasiya şəraitində ətraf mühitin qorunması, torpaq resurslarının səmərəli idarə olunması, ekoloji balansın saxlanılması və dayanıqlı şəhər planlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Şahnaz Amanova bu istiqamətdə gənclərin maarifləndirilməsinin və onların təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirin növbəti hissəsində isə Yer haqqında biliklərin yoxlanılması məqsədilə intellektual yarış keçirilib. Tələbələr arasında sağlam rəqabət mühiti yaradılıb, onların həm nəzəri biliklərini, həm də çevik düşünmə bacarıqlarını üzə çıxarmaları üçün şərait yaradılıb.

Photos from BDU Coğrafiya Fakültəsi/Faculty of Geography of BSU's post 22/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Beyin Arenası” adlı intellektual yarış uğurla həyata keçirilib.

🔹Tədbirin əsas məqsədi gənclərin intellektual potensialını üzə çıxarmaq, onların analitik düşünmə bacarıqlarını inkişaf etdirmək və sağlam rəqabət mühitində biliklərini sınamalarına şərait yaratmaq olub. Yarış ərzində iştirakçılar müxtəlif mövzuları əhatə edən suallar vasitəsilə həm biliklərini nümayiş etdirib, həm də komandadaxili əməkdaşlıq bacarıqlarını ortaya qoyublar.

🔹Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda “Diplowise” komandası yüksək nəticə göstərərək qalib adını qazanıb. Digər komandalar da fəallıqları və bilik səviyyələri ilə seçilərək tədbirə xüsusi rəng qatıb.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Akademik Zahid Xəlilov Küçəsi/23
Baku
AZ1148