Mezzo uşaq xoru Space TVda❤️
Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi
"Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi" Azərbaycanda ilk özəl musiqi məktəbidir. Məkt?
Musiqi məktəbimizdə tamamilə yeni və həyəcanverici bir mərhələ başlayır!Artıq dərslərimizə "Rəqs" də əlavə olundu.
Biz yaxşı bilirik ki, əsl ifaçı səhnədə sadəcə ifa etmir, həm də yaşayır. Tamaşaçı sizi təkcə eşitmir, həm də vizual olaraq hiss edir. Səhnədə olan, mikrofona toxunan, öz çıxışını auditoriyaya çatdıran hər bir insan üçün bədən dili, plastika və düzgün duruş ən az səs və ritm qədər vacibdir.
Səhnənin əsl ulduzuna çevrilmək və daxili ritminizi kəşf etmək istəyirsinizsə, yerinizi indidən ayırın!
Dərslər peşəkar müəllimlər tərəfindən keçirilir.
Qeydiyyat və ətraflı məlumat üçün +994505103020
06/06/2026
🇦🇿: İlk dəfə Bakıda!
24 və 25 iyun tarixlərində Bakıda dünya şöhrətli opera ifaçısı, vokal pedaqoqu və beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü Tamar İveri qonaq olacaq.
24 iyun saat 11:00-da — vokalçılar və peşəkar inkişaf etmək istəyən hər kəs üçün ustad dərsi (Master-klass).
25 iyun saat 14:00-da — Batumidə keçiriləcək III Beynəlxalq Vokal Müsabiqəsi «Opera’s Golden Voice» üçün dinləmə mərhələsi.
Bu tədbir sizə:
• Dünya səviyyəli sənətkardan peşəkar tövsiyələr almaq;
• Vokal bacarıqlarınızı nümayiş etdirmək;
• Beynəlxalq müsabiqədə iştirak və yeni yaradıcılıq imkanları qazanmaq şansı verəcək.
📍 Məkan: Fidan Hacıyeva adına Musiqi Məktəbinin Konsert Zalı
(Bakı, Şəmsi Bədəlbəyli küçəsi 106)
📩 Ətraflı məlumat və qeydiyyat üçün şəxsi mesajla əlaqə saxlayın.
⚠️ Yerlərin sayı məhduddur!
🇷🇺: Впервые в Баку! ✨
С 24 и 25 июня в Баку будет находиться всемирно известная оперная певица, вокальный педагог и член жюри международных конкурсов Тамар Ивери.
24 июня в 11:00 — мастер-класс для вокалистов и всех, кто хочет получить ценные знания и рекомендации от артиста мирового уровня.
25 июня в 14:00 — прослушивание на III Международный вокальный конкурс «Opera’s Golden Voice», который пройдет в рамках фестиваля Batumian Rhapsody в Батуми.
Это уникальная возможность:
• Получить профессиональную консультацию;
• Продемонстрировать свои вокальные навыки;
• Сделать шаг к участию в международном конкурсе и новым творческим перспективам.
📍 Место проведения: Концертный зал Музыкальной школы имени Фидан Гаджиевой
(ул. Шамси Бадалбейли, 106)
📩 Для получения полной информации и подачи заявки пишите в личные сообщения.
⚠️ Количество мест ограничено!
30/05/2026
.haciyeva.official ❤️
Əziz Dostlar ,bildiyiniz kimi mayın 25-də Hanoyda Azərbaycan Demokratik Respublikasının Yaradılmasının 108-ci ildönümünə və Vyetnam ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının birinci ildönümünə həsr olunmuş möhtəşəm tədbirdə iştirak etdim.Gözəl təşəbbüs üçün Azərbaycanın Vyetnamdakı səfirliyinə və cənab səfir Şövqi Mehdizadəyə dərin təşəkkürümü bildirirəm.Artıq 2 ci ildir ki,Vyetnamda Vətənimi fəxr hissi ilə təmsil edirəm.Nə gözəl ki, cənab səfir Şövqi müəllim Azərbaycan Mədəniyyətini belə gözəl işıqlandırır.
Tədbirin musiqili hissəsində "Arşın Mal Alan"operettasını sevə-sevə təqdim etdik.
Və sonda tədbiri Vyetnamın məşhur "Noi vong tay lon" "Əl-ələ dairə quraq' adlı məşhur mahnını Azərbaycan dilində ifa etdim.
Tərcümə üçün Gülnar Sultanovaya təşəkkür edirəm. Yaşasın Azərbaycan-Vyetnam dostluğu,Yaşasın bizi birləşdirən musiqi
İstedadlı tələbəmiz Xammədzadə Fərhad❤️
19/05/2026
Böyük məmnuniyyətlə bildiririk ki, məktəbimizin istedadlı tələbələri,1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Kiçik Solistlər” adlı bayram konsertində iştirak edəcəklər.
Konsert proqramı estrada-simfonik orkestrinin müşayiəti ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində keçiriləcək və bir çox gənc istedadları bir araya gətirəcək.
haciyeva.official ❤️
Mikayıl Cəfərov — musiqi məktəbimizin şagirdi olaraq təqdim etdiyi “Müasir Lirik Əsərlər Axşamı” ilə tamaşaçılara unudulmaz anlar yaşatdı. Piano ifası ilə müşayiət olunan gecədə səslənən əsərlər xüsusi emosional atmosfer yaratdı. Fidan Hacıyevanın xoş arzuları isə axşama ayrıca dəyər qatdı💫
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Şəmsi Bədəlbəyli, 106
Baku
Opening Hours
| Monday | 10:00 - 20:00 |
| Tuesday | 10:00 - 20:00 |
| Wednesday | 10:00 - 20:00 |
| Thursday | 10:00 - 20:00 |
| Friday | 10:00 - 20:00 |
| Saturday | 10:00 - 20:00 |