ADİU -UNEC-nun nəzdində Qida Sənayesi Kolleci

ADİU -UNEC-nun nəzdində Qida Sənayesi Kolleci Bakı Qida Sənayesi Kolleci Bakı şəhəri, Nizami rayonu 8-ci km qəs. R.Teymurov küçəsi 73 ünvanında yerləşir.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci (əvvəlki adı: Bakı Qida Sənayesi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Bakı Qida Sənayesi Kolleci Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyinin 30 avqust 1955-ci il tarixli 321 saylı əmri ilə Bakı Yeyinti Sənayesi Texnikumu kimi yaradılmış və həmin ildən fəaliyyət göstərir. Yarandığı dövrdən bu günə kimi respublikanın istehsalat və xidmət sahələrini orta ixtisaslı mütəxəsislərlə təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli 112 saylı qərarı ilə Bakı Yeyinti Sənayesi Texnikumu Bakı Qida Sənayesi Kolleci adlandırılmışdır. Bakı Qida Sənayesi Kollecinin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qararları ilə təsdiq edilmiş “Orta ixtisas müəssisələrinin əsasnamə”lərinə, 2003, 2005-ci illərdə və 23 aprel 2010-cu il tarixli 76 saylı qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili pilləsinin Dövlət Standartlarına və Proqramı”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi normativ aktlarına, beynəlxalq hüquq normaları və müvafiq standartlarına, eləcə də Kollecin Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsinə müvafiq olaraq həyata keçirilir. Bakı Qida Sənayesi Kollecinin idarə olunması müvafiq normativ-hüquqi sənədlərə və müəssisənin nizamnaməsinə uyğun Dövlət Təhsil Standartlarının tələbləri əsasında yerinə yetirilir. Bakı Qida Sənayesi Kollecinin ali orqanı Pedaqoji Şuradır. Şuranın tərkibi 60 nəfərdən ibarətdir. Şurada müzakirə olunan məsələlər ümumilikdə, Kollecin cari və perspektiv inkişaf problemlərinin həllinə yönəldilmişdir. Pedaqoji şura və rəhbərlik Kollecin idarə edilməsini şöbələr, fənn birləşmə komissiyaları və digər struktur bölmələr ilə birlikdə sırf əlaqəli şəkildə həyata keçirilir. Pedaqoji Şuranın iclas protokollarında tədris və təlim-tərbiyə proseslərinin yaxşılaşdırılması barədə kollektiv qarşısında qoyulan əsas məsələlər və vəzifələr öz əksini tapmışdır. Bakı Qida Sənayesi Kollecində təhsil Azərbaycan və Rus dillərində həyata keçirilir.
-----
11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi.

İxtisaslar
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

Marketinq (Sahələr üzrə) (az) (rus) (əyani) - 40405
Çörək və unlu qənnadı məhsullarının texnologiyası (əyani) - 40539
Ət və ət məhsullarının texnologiyası (əyani) - 40517
İstehlak mallarının ekspertizası (əyani) - 40525
Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət (əyani) - 40528
Konservləşdirmə və qida konsentrantları texnologiyası (əyani) - 40534
Qida məhsullarının təhlükəsizliyi (əyani) - 40539
İaşə müəsissələrinin servisi (əyani) - 40704
Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi (az) (rus) (əyani, qiyabi) - 40707
Turizim işinin təşkili (əyani, qiyabi) - 40717
Şərabçılıq və qıcqırtma istehsalatnın texnologiyası (əyani) - 40563
Ətraf mühitin mühafizəsi və bərpası (əyani) - 40518

Diplomların elektronlaşdırılması uğurla yekunlaşdırılmışdırAzərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əm...
20/08/2026

Diplomların elektronlaşdırılması uğurla yekunlaşdırılmışdır

Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmrinə əsasən, diplom məlumatlarının elektron informasiya sisteminə inteqrasiyası Qida Sənayesi Kollecində uğurla və tam şəkildə başa çatdırılmışdır.

Bu mühüm addım məzunların təhsil sənədləri barədə məlumatların elektron sistemdə operativ, şəffaf və əlçatan şəkildə əks olunmasına imkan yaradır.

Qida Sənayesi Kolleci rəqəmsallaşma və müasir idarəetmə prinsiplərinə uyğun olaraq fəaliyyətini davam etdirir.

Bu prosesdə əməyi olan bütün əməkdaşlarımıza təşəkkür edirik.

*Qida Sənayesi Kolleci — müasir təhsil və rəqəmsal idarəetmə!*

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili GünüDilimiz milli kimliyimiz, mənəvi sərvətimiz, keçmişimiz və gələcəy...
01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Dilimiz milli kimliyimiz, mənəvi sərvətimiz, keçmişimiz və gələcəyimizdir. Ana dilimizi qorumaq, düzgün istifadə etmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər birimizin vətəndaşlıq borcudur.

Qoy Azərbaycan dili hər zaman milli birliyimizin, mədəniyyətimizin və dövlətçiliyimizin ən güclü dayaqlarından biri olaraq yaşasın.

23/07/2026

🎓✨ Məzun günündən unudulmaz anlar

23/07/2026

Bir gün, bir ömürlük xatirə 🎓

22/07/2026

🎓 Məzun günündən özəl olaraq

🎓 MƏZUN 2026 🎓Bu gün təkcə məzuniyyət günü deyil, zəhmətin, əzmin və uğurun təntənəsidir. UNEC nəzdində Qida Sənayesi Ko...
22/07/2026

🎓 MƏZUN 2026 🎓

Bu gün təkcə məzuniyyət günü deyil, zəhmətin, əzmin və uğurun təntənəsidir.

UNEC nəzdində Qida Sənayesi Kolleci ailəsinin bütün məzunlarını səmimi qəlbdən təbrik edir, hər birinə gələcək həyat və peşə fəaliyyətində yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.

Xəyallarınız sizi daim daha böyük zirvələrə aparsın!

Bu unudulmaz gündən ən gözəl anları sizinlə bölüşürük. 💙🎉

22 iyul – Milli Mətbuat Günüdür 📰Milli Mətbuat Günü münasibətilə cəmiyyətin düzgün, obyektiv və operativ məlumatlandırıl...
22/07/2026

22 iyul – Milli Mətbuat Günüdür 📰

Milli Mətbuat Günü münasibətilə cəmiyyətin düzgün, obyektiv və operativ məlumatlandırılması naminə çalışan bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq

22/07/2026

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub

Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə “Best Student Cities” (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb. Dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.

Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.

Reytinq nəticələrinə əsasən, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı mövqedə yer alır.

QS-in “Best Student Cities” reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından kompleks şəkildə qiymətləndirir. Qiymətləndirmə zamanı şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və yaşayış mühiti, təhsil və yaşayış xərclərinin əlverişliliyi, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də həmin şəhərdə təhsil almış tələbələrin rəyləri nəzərə alınır.

UNEC-in Zaqatala filialı
04/07/2026

UNEC-in Zaqatala filialı

Address

Nizami Rayonu, Rizvan Teymurov Küçəsi 73
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00

Telephone

+994123237932

Alerts

Be the first to know and let us send you an email when ADİU -UNEC-nun nəzdində Qida Sənayesi Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADİU -UNEC-nun nəzdində Qida Sənayesi Kolleci:

Shortcuts

Share