13/05/2026
DİQQƏT
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar olaraq, məktəbimizdə tədris prosesində müvəqqəti dəyişiklik tətbiq olunacaq.
Məktəbimizin Nəsimi rayonu ərazisində yerləşdiyini nəzərə alaraq bildiririk ki, 18–22 may tarixlərində V–XI siniflər üzrə dərslər distant (məsafədən) formada təşkil ediləcəkdir.
Dərslər “Rəqəmsal məktəb” platforması üzərindən keçiriləcək. Müəllimlər dərsləri “Microsoft Teams” vasitəsilə təşkil edəcək, dərs cədvəli və qoşulma məlumatları isə əvvəlcədən şagirdlərlə paylaşılacaqdır.
Valideynlərdən xahiş olunur ki, övladlarının onlayn dərslərə vaxtında qoşulmasına nəzarət etsinlər və texniki imkanların hazır olmasını təmin etsinlər.
WUF13 müddətində Bakı məktəblərində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada keçiriləcək.
Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunacaq.
Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.
Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.
https://reqemsal.edu.az/