“Sağlam Təhsil - Sağlam Millət” yanaşmasının əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv Azərbaycan və dünya vətəndaşı yetişdirməkdən ibarətdir. Qanunvericilik: Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 32.3.10.-cu maddəsini (sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq); Uşaq hüquqları haqqında Azərb
aycan Respublikasının Qanunununun 8-ci (Uşağın yaşamaq və inkişaf etmək hüququ) və 9-cu maddələrini (Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ)nu nəzərə alaraq Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 dekabr 2013-cü il tarixli 913 nömrəli əmri ilə “Sağlam Təhsil – Sağlam Millət “ layihəsinin tətbiqinə start verildi. Mövcud dünya təhsil texnologiyaları ilə uşaqlar həmin vaxtı sinifdə məhz oturaq vəziyyətdə keçirməyə məcbur qalırlar. Ümumi təhsilini başa vuran yeniyetmələrdə hərəkət məhdudiyyəti fiziki inkişaf, qamət, görmə pozuntuları və digər sağlamlıq ilə əlaqədar problemlərin yaranmasının əsas səbəblərindən sayılır. Elmi araşdırmalar göstərir ki, bəzi hallarda məktəbi bitirənlərin yalnız 3-4%-i tam sağlam olur.
2013-2014-cü tədris ilində layihə çərçivəsində 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edilmişdir. Nəticələrin təhlili göstərmişdir ki, ibtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45%-də belə problemə rast gəlinmişdir. Həmçinin 41%-yuxarı sinif şagirdlərində qamət problemləri aşkar olmuşdur. Oğlanlar arasında normal fiziki inkişafdan qalanların sayı birinci sinifdə artıq 19%-i təşkil edir, beşinci sinifləridə bu rəqəm 33%-ə, məktəbi bitirəndə isə 40%-ə qalxır. Məqsəd: Məlumdur ki, təhsilin məqsədi yalnız əlaçıların sayını artırmaq deyil. Təhsilin məqsədi ümumilikdə yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv, fiziki-psixi və mənəvi sağlam Azərbaycan vətəndaşı yetişdirməkdən ibarətdir. “Sağlam Təhsil-Sağlam Millət” layihəsi də bu məqsədin reallaşdırılması üçün hayata keçirilir. Problemlərin həlli və məqsədə nail olmaq üçün pilot siniflər
2014-2015-ci dərs ilindən başlayaraq Bakı və Sumqayıt şəhərlərinin altı ümumtəhsil məktəbinin 15 birinci sinfində sağlam təhsil texnologiyaları tətbiq edilməyə başlandı. Monitorinqlərin nəticələri – Dinamika: 2014-2015-ci dərs ilinin əvvəlində və sonunda təkrar monitorinqlər keçirilmiş gigiyenik tələblərə cavab verən Sağlam Təhsil Sinifləri (STS) və adi siniflərdə təhsil alan birinci sinif şagirdlərinin sağlamlıq vəziyyətində və ümumi inkişafında gedən dəyişikliklər müqayisəli təhlil edilmişdir. I sinif şagirdlərinin fiziki inkişaf dinamikası göstərir ki, STS-də təhsil alan normal fiziki inkişaflı oğlanların sayı tədris ilinin sonunda 16% artmış, adi siniflərdə isə bu göstərici 1.5% təşkil etmişdir. STS-də alçaqboylu və bədən kütləsi defisiti olan oğlanların sayı ilin sonuna 4 dəfə azalmışdır. Tədris ilinin sonunda STS-də alçaqboylu qızların sayı 100% azalmış, adi siniflərdə isə dinamika aşkar edilməmişdir. Müayinələrin nəticələrinin təhlili göstərdi ki, ilin sonuna uzaqdangörmə itiliyi artan uşaqlar STS-də 60.2% təşkil edirsə, adi siniflərdə bu göstərici 42%-dir. Uzaqdangörmə itiliyi azalan uşaqların sayı adi siniflərdə STS-ə nisbətən 3 dəfə çoxdur. Məktəblilərin sağlamlığında yaranmış bu və digər problemlər öz növbəsində təlim nailiyyətlərinə mənfi və ya arzuolunmaz təsir göstərən amillərdən sayıla bilər. Sağlam Təhsil Siniflərin artırılması: Sağlam təhsil texnologiyalarının tədbiqi məktəblilərin sağlamlığına müsbət təsir ğöstərdiyini nəzərə alaraq 2015-2016-cı tədris ilində layihə çərçivəsində gigiyenik tələblərə cavab verən daha 52 “Sağlam təhsil” sinfi yaradıldı. Hazırda Bakı şəhərində 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Növbəti mərhələlərdə lahiyənin genişlənməsi planlaşdırılır. Layihənin fəaliyyət istiqamətləri barədə məlumat. Layihə çərçivəsində dörd istiqamətdə iş aparılır:
Tibbi-gigiyenik
Pedaqoji
Psixoloji-sosioloji
Gender
“Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigyena tələbləri, şagird yerləri ilə təminat normativləri”, həmçinin ciddi elmi araşdırmalara əsaslanan qabaqcıl təhsil təcrübələrindən əldə edilmiş yeniliklər tətbiq edilir. Yeni siniflərin fəaliyyət göstərdiyi məktəblərdə pedaqoji heyət, tibb işçiləri, psixoloqlar və valideynlərlə görüşlər keçirilmiş, layihənin məqsədi barədə ətraflı məlumat verilmişdir. “Sağlam təhsil” siniflərində dərs deyəcək müəllimlər üçün təlimatlandırıcı seminarlar keçirilmiş, müəllimlərin maarifləndirməsi işini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanmışdır. Qeyd edək ki, “Sağlam təhsil” sinfində tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Layihənin pedaqoji bloku üzrə iki təlim modeli işlənib hazırlanmışdır. Sadələşdirlimiş model və əsas model. Yalnız Sinif Gigiyenasını əhatə edən sadələşdirilmiş modeldə şagirdlər bir dərsdə iki dəfə olmaqla, yəni15 dəqiqədən bir, yerlərini dəyişirlər, görmə və reaksiya bacarıqlarının inkişafı üçün lazımı tapşırıqları yerinə yetirirlər. Əsas modeldə isə bütün bunlarla bərabər, həm də psixo-fizioloji tələbləri nəzərə alan spesifik Didaktik tələblər gözlənilir. Bu layihə çərçivəsində öyrənməyə