Adpu Tgt Kimya Və Biologiya

Adpu Tgt Kimya Və Biologiya

Share

Bu səhifədə ancaq Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Kimya və Biologiya fakültəsi ilə bağlı məlumatlar paylaşılacaq.

13/08/2017

Bu gün Dünya solaxaylar günüdür :)
1992-ci ildən bu yana 13 Avqust Dünya Solaxaylar günü kimi qeyd edilir. Solaxay insanların yaşamlarını asandlaşdırmaq adına addımlar atmağı hədəfləyən bu gün hər il dünyada müxtəlif tədbirlərlə qeyd edilir. Dünya əhalisinin 13%-i solaxaydır. Bu dövrə kimi bir çox solaxay məşhurlarda olmuşdur .
Bunlar George H.W. Bush, Bill Clinton, Barack Obama, Joan Of Arc, 2. Ramses, böyük İskəndər, Julius Caesar, Napoléon Bonaparte, Kraliça Victoria, Fidel Castro, Jay Leno, Clarence Darrow, James Baldwin, Jean Genet, Lewis Carroll, H. G. Wells, Eudora Welty, Kurt Cobain, Jimi Hendrix, Paul McCrtney, Ringo Star, Paul Klee, Michelangelo, Raphael, Leonardo da Vinci, Charlie Chapline, Tom Cruise, Rober DeNiro, Betty Grable, Angelina Jolie, Nicole Kidman, Marilyn Monroe, Rober Redford, Maradona. Bu fərqliliyə sahib olan bütün insanları təbrik edirik :)

12/08/2017

2017-2018-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavriaturasına qəbul olunmuş şəxslərin qeydiyyat zamanı təqdim edəcəkləri sənədlərin

SİYAHISI

1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti
2. Tam orta təhsil haqqında attestat və surəti
3. 2-ci ixtisas üzrə bakalavr səviyyəsinə qəbul olunmuş şəxslər:
- əvvəl aldıqları diplomun əsli və natorial qaydada təsdiq edilmiş surəti
4. Kolleci bitirib ADPU-ya qəbul olunmuş şəxslər:
- kollecin verdiyi diplomun əsli və natorial qaydada təsdiq edilmiş
surəti
5. 2016-2017-ci tədris ilində kolleci və ya ali məktəbi bitirmiş şəxslər:
- həmin təhsil müəssisəsinin verdiyi arayışın əsli
6. 3x4 ölçüdə 4 ədəd şəkil
7. Tərcümeyi- hal
8. Ödənişli əsaslarla bakalavr səviyyəsinə qəbul olunmuş şəxslər:
- təhsil haqqının ödənilməsi barədə ödəniş qəbzi (Təhsil haqqı Kapital bankın Cəfər Cabbarlı filialına ödənməlidir)
9. Ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlər:
- özləri və valideynlərinin məcburi köçkünlük haqqında sənədlərin əsli və natorial qaydada təsdiq edilmiş 2 ədəd surəti
10. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların bakalavr səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş övladları:
- valideynləri haqqında sənədlərin əsli və natorial qaydada təsdiq edilmiş 2 ədəd surəti
11.Şəhid övladları:
- şəhid olmuş valideyni haqqında sənədlərin əsli və natorial qaydada təsdiq edilmiş 2 ədəd surəti
12.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (18 yaşadək):
- valideynləri haqqında sənədlərin əsli və natorial qaydada təsdiq edilmiş 2 ədəd surəti
13.İş nömrəsi
14.Şəxsi kabinetin istifadəçi adı (FİN)
15.İpli kağız qovluq

12/08/2017

Salam Əziz tələbələr!
Bildiyimiz kimi ixtisas seçimi bitmişdir . Hərkəsin daxil olduğu universitet və ixtisaslar artıq dünən gecədən bu yana məlumdur. Hərkəsi təbrik edir, tələbəlik həyatında uğurlar arzu edirik. Azərbaycan Dövlət Pedaqoji Universitetini seçənlər, Universitetlə bağlı olan bütün sualları, maraqlandıqları mövzularlara bağlı istədiklərini soruşa bilərlər.

10/08/2017

Bu gün
Azərbaycan Dövlət Pedaqoji Universitetin İnzibati-təsərrüfat işləri üzrə prorektoru Ümid Səməndər oğlu Mehdiyevin Doğum günüdür.Ölkəmizin ən gənc Prorektoru olan Ümid Mehdiyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" xətti ilə Böyük Britaniyanın Liverpul universitetində magistr təhsili alıb. O, bakalavriat təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb.ADPU TGT ailəsi adından gənc Prorektorumuzu doğum günü münasibəti ilə təbrik edir, ona uzun, ömür can sağlığı işlərində uğurlar arzu edirik!

Photos from Adpu Tgt Kimya Və Biologiya's post 12/05/2017

Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) VII Hesabat Konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AzərbaycanTələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elşən Hüseynov, ADPU-nun filial direktorları iştirak ediblər. Konfransda ADPU-nu və onun filiallarını, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini (ADPK) təmsil edən 234 nəfər tələbə iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra TGT-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan aparıcı Aytac Fərzəliyeva hesabat məruzəsi ilə çıxış etmək üçün sözü TGT-nin sədri Cavid Hüseynova verib. C.Hüseynov təşkilatın 2015-2017-ci illər üzrə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. O, hesabat məruzəsində TGT-nin gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələr, ictimai-mədəni tədbirlər, humanitar aksiyalar, qazandığı uğurlar barədə ətraflı məlumat verib. Məruzəçinin çıxışında tələbə-gənclərin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, onların vətənpərvər, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər konkret faktlar və rəqəmlər əsasında öz əksini tapıb. C.Hüseynov təşkilata göstərdiyi xüsusi diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin məqsədi gənclərin yüksək səviyyədə təhsil almalarını təmin etmək, onların sosial fəallığını artırmaq və əsl vətəndaş kimi yetişdirməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi gənclərin qarşısına yeni vəzifələr qoyur. Gənclər qazanılan uğurları daha da genişləndirməli, ölkəmizin inkişafına və dövlətimizin gücləndirilməsinə öz töhfələrini verməlidirlər. ADPU-nun TGT-si fəallığı ilə seçilir və öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. İntiqam Babayev çıxışının sonunda TGT-yə uğurlar arzulayıb.
Konfransda çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. Bugünkü konfansda TGT öz fəaliyyəti haqqında hesabat verməklə yanaşı, qarşıda duran vəzifələri də müəyyən edir. Azərbaycan öz dövlət müstəqilliyinin 26-cı ilini yaşayır. Müasir dünyamızda beynəlxalq siyasi vəziyyət çox çətin və mürəkkəbdir. Çağdaş dünyamızın tələblərinə uyğun olaraq Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşımızda yeni tələblər, hədəflər dayanır. ADPU böyük tarixə və şanlı ənənələrə malik olan bir ali təhsil müəssisəsidir. Pedaqoji Universitet olaraq bizim üzərimizə böyük vəzifələr düşür. Biz daim bilik və bacarıqlarımızı artırmalı, inkişaf etdirməli, öz fəaliyyətimizi müasir tələblərə uyğun qurmalıyıq. Rektor TGT-yə gələcək fəaliyyətində uğurlar arzulayıb.
ATGTİ-nin sədri, millət vəkili Şahin İsmayılov çıxış edərək TGT-nin ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etdiyini, özünəməxsuz iş üslubu, kreativ düşüncə tərzi ilə fərqləndiyini bildirib və təşkilata uğurlar arzulayıb.
Konfransda təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak edən tələbələr təşəkkürnamə, fəxri fərman və diplomlarla təltif ediliblər. Eyni zamanda TGT-nin fəaliyyətinə dəstək verən fakültə dekanları, dekan müavinləri və tyutorlar təşəkkürnamə ilə təltif ediliblər.
ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev, Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Kimya və biologiya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva, Fizika və texnologiya fakültəsinin dekanı, fizika üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elşən Hüseynov, ADPU-nun Ağcabədi Filialının direktoru, dosent Mətanət Fərzəliyeva, Şamaxı Filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova çıxış edərək TGT-yə uğurlar arzulayıblar.
Konfransda TGT-nin sədri, sədr müavinləri, departament, klub və tədris korpuslarının rəhbərləri seçilib. Cavid Hüseynov yenidən TGT-nin sədri seçilib.

Photos 02/05/2017

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı təşkilatçılığı ATGTİ, Azərbaycan Resublikası Gənclər Fondu, Prestij-S tədris mərkəzi, Yurd Gənclərin İntellektual İnkişafı İctimai Birliyi , Quba Rayon Gənclər və İdman İdarəsi və Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan tarixində bir ilkə imza atacaq "Survivor ADPU" adlı layihəsinə start verir.
Layihə iştirakçıları həyat üçün minimal yemək və su resursu təmin ediləcək. İştirakçılar çadırlarda yaşayacaq. Hamam və digər təchizatlar təmin ediləcəkdir.
Layihə çərçivəsində 60 nəfər iştirakçı olacaqdır ki, qaydaları pozmadığı müddətcə layihə sonuna qədər heçbir iştirakçı aramızdan ayrılmayacaqdır.

Layihənin mükafatı:
- I yer 500 AZN
- II yer 300 AZN
- III yer 100 AZN

Layihəyə seçim iki mərhələdən ibarət olacaqdır. Seçim Online qeydiyyat və müsahibə mərhələləri ilə həyata keçiriləcəkdir.
Layihə iştirakçılarının heç bir xroniki xəstəliyi, astma, ürək qan-damar xəstəlikləri və təzyiq problemi olmamalıdır.
Layihə ödənişlidir. Sadəcə layihəyə seçilmiş şəxslər 25 azn ödəniş edəcəklər. Digər bütün xərclər bizim tərəfimizdən ödəniləcəkdir.
Kimlər iştirak edə bilər?
- ADPU və ADPU-nun region filiallarının tələbələri
- Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri
Layihənin məqsədi
• ADPU tələbələri arasında səmimi dostluq əlaqələrinin yaradılması
• Gənclərin yay istirahətinin səmərəli keçirilməsini təmin etmək
• Tələbələrin sosial-ictimai aktivliklərinin artırılması
• Tələbələrin ekstrimal vəziyyətlərdə dözümlüyünün ölçülməsi
Məkan: Quba rayonu Qırız Dəhnə
Tarix: 15-27 iyul 2017
Son müraciət tarixi: 20.05.2017
Düşərgənin keçirilmə tarixi: 15.07.2017-27.07.2017
Məkan: Quba, Qırız

Əlavə məlumat üçün
Bakı şəhəri, Üzeyir Hacıbəyli 68, AZ1000
Telefon: +994(51) 751 13 76
E-mail: [email protected]

Sosial şəbəkə hesablarımız
Facebook: https://www.facebook.com/adpu.tgt.az
İnstagram: https://www.instagram.com/adpu_tgt
Twitter: https://twitter.com/adpu_tgt
Online qeydiyyatdan keçmək üçün linkə daxil olun: https://goo.gl/ek7Wab

Photos 27/04/2017

Diqqət!Diqqət!

*ADPU TGT* yenidən ənənəvi turlara başlayır.
Bu ilin ilk turu 30.04.2017 tarixində
*Qebele Turu* təşkil ediləcəkdir.
Unudulmaz və əyləncəli gün keçirmək istəyən,istirahətini səmərəli dəyərləndirmək istəyən hər kəs bizə qoşula bilər.
Tura daxildir:
📌Səhər saat 07:30-da 20 yanvar metrosunun qarşısında Şəhidlər abidəsinin önündə görüş və yola düşmək
📌Səhər yeməyi
📌Yol boyu əyləncəli oyunlar(mafia,secret friends və s.)
📌Canlı musiqi və gitara ifası
📌Qebele rayonuyla tanışlıq və Gezinti
📌Günorta yeməyi(kabablar,sulu yeməklər,salatlar,müxtəlif qazlı və qazsız içkilər və s.)
📌Müxtəlif maraqlı oyunlar (futbol,voleybol, doğruluq-cəsarət və s.)
📌Limitsiz fotosessiya
📌Çay süfrəsi
📌Saat 21:30-dan gec olmayaraq Bakıya dönüş
Bütün bunlar isə şok giymətə! Sadəcə və sadəcə 22AZN !!!
*Qeyd* :ADPU TGT-nim *Smile day* partisində iştirak etmiş şəxslərçün endirimli qiymət 18AZN💥
Gəlin bu istirahət günümüzü fərqli və maraqlı keçirək.
Tura qatılmaq istəyən şəxslər yazsin..Əlavə məlumat: 0517511376-Cavid Hüseynov

Photos from Adpu Tgt Kimya Və Biologiya's post 14/04/2017

Əziz Tələbələrimiz! Bu gün 14.04.2017ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Kimya və Biologiya fakültəsinin təşkilatçılığı ilə fakültənin tələbələri Zoologiya İnstitunun nəznində fəaliyyət göstərən Zooloji Müzeydə ekskursiyada oldular. Ekskursiya zamani Zooloji Müzeyin müdiri Səbinə Bünyatova müzeyin ekspozisiya fondunda sergilənən Azərbaycan ve dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqametində görülən işlər haqqında geniş məlumat vermişdir. Daha sonra Protozoologiya şöbəsinin elmi işçisi Türkan Qurbanova hüceyrədaxili ibtidai parazitlerin öyrenilməsi metodikası, onların quruluşu ve həyat dövriyyəsi, həmçinin insanda və digər canlılarda parazitlik edən birhüceyreliler haqqında melumat verdi. Sonda tələbələr ayrılıqda əyani şəkildə mikroskop vasitəsilə preparatlardakı parazit ibtidailərə baxdılar.

Photos from Adpu Tgt Kimya Və Biologiya's post 10/04/2017

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Kimya-Biologiya fakültəsi ve Genclərin Maarifləndirilməsi Departamentinin birgə təşkilatçılığı ilə sırf Kimya-Biologiya fakültəsinin tələbələri üçün " Bana adını sor'' filmi nümayiş olunmuşdur.

Photos from Adpu Tgt Kimya Və Biologiya's post 09/04/2017

Əziz tələbələr!
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Kimya-Biolgiya fakültəsi və Kitab klubunun birgə təşkilatçılığı ilə "Gün var əsrə bərabər" layihəsinin 1-ci mərhələsi baş tutmuşdur. Kitab Klubun üzvləri və Kimya-Biologiya fakültəsinin tələbələri Orxan Fikrətoğlunun "Alternativ Kino" kitabının təqdimatına getmiş və asudə vaxtlarını səmərəli keçirmişlər. Təqdimatda millət vəkilləri, yazıçılar, şairlər iştirak etmişdir.

Photos from Adpu Tgt Kimya Və Biologiya's post 08/04/2017

Əziz tələbələrimiz!
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Kimya və Biologiya fakültəsinin təşkilatçılığı ilə "Hər Kağız Bir Yarpaq " adlı Ekologiya layihəsi keçirilmişdir.Lahiyə imeclik xarakterli olmuşdur.

Photos from Adpu Tgt Kimya Və Biologiya's post 07/04/2017

Əziz tələbələrimiz!
Bu gün (07.04.2017) Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Kimya və Biologiya fakültəsi və Elm Təhsil Departamentinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Kimya Günü " nə özəl seminar təşkil edilmişdir. Seminarda kimyanın tarixi baresinde usaqlara müəlumat verilmiş,eyni zamanda sual cavablarda aktiv iştirak edən tələbələrə sertifkat verilmişdir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku